Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4230/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı oğlunun və Cavabdeh ASC-nin nümayədəsi X6 iştirakları ilə İddiaçı oğlunun Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yanvar ayında iddiaçının “Türkan” qəsəbəsində yaşayan Rövşən adlı tanışı iddiaçıya bankdan kredit götürmək istədiyini bildirmiş və kredit götürərkən ona zamin durmağı xahiş etmişdir. İddiaçı Rövşənin bu xahişini qəbul etmiş və onunla banka getmişdir. 22 yanvar 2015-ci il tarixdə "xxxx", indiki Cavabdeh ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Həmin vaxt, iddiaçı ilə bank arasında zaminlik müqaviləsi imzalanarkən, bankın əməkdaşı kredit müqaviləsi ilə X2 nə qədər kredit ayrıldığı barədə iddiaçıya heç bir məlumat verməmişdir. X4 iddiaçı ilə banka gedərkən bankdan cəmi 2000 manat pul götürəcəyini demişdir. Əgər bankın əməkdaşı Atakişiyev Rövşənə 2000 manat deyil 19000 ABŞ dolları kredit ayrıldığını bildirsəydi iddiaçı həmin vaxt zaminlik müqaviləsini imzalamaqdan imtina edərdi. İddiaçı hesab edir ki, həmin vaxt onun hüquqları pozulmuşdur. O bu barədə məlumatı son illər bankdan öz adına kredit ayrılması üçün banka gedərkən almışdır. Bankdan iddiaçıya məlumat verilmişdir ki, iddiaçının adına "xxxx"-da zaminlik müqaviləsi var. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Nikoil bankda onun zamin olduğu şəxsə 2000 manat deyil, 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Buna görə də iddiaçıya hal-hazırda kredit verilmir, səbəb olaraq adına zaminlik müqaviləsi olması qeyd edilir. Bu isə iddiaçının konstitusion hüquqlarını pozur. Ona görə də konstitusion hüquqlarını müdafiə etmək üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə Cavabdeh ("xxxx") ASC arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddiasını müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayədəsi X7 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2(003)-2217/2018 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" İKB ASC-nin cavabdehlər X4, İddiaçı oğlu və X3 qarşı “kredit borcunun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanan 22 yanvar 2015-ci il tarixli kredit və zaminlik müqavilələri ləğv edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 17.598,05 ABŞ dolları, hesablanmış faizə görə 9.644,5 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları, cəmi 27.342,55 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-2966/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2(003)-2217/2018 saylı qətnaməsindən iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, mübahisənləndirilən hissədə - əsas borc və dəbbə pulu tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli, 2(102)-5298/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-2966/2019 saylı qətnaməsindən "xxxx" İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Baki şəhəri Xəzər Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən görünür ki, "xxxx" İKB ASC ilə İddiaçı və X5 arasında bağlanmış 22.01.2015-ci il tarixli, № 22-M-2-0-72-15 saylı zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı oğlu və X5 borclu X1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. İş materiallarında olan "xxxx" İKB ASC ilə X4, X5 və İddiaçı arasında bağlanmış 22.01.2015-ci il tarixli, № 22-M-2-0-72-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC X2 istehlak məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 19000 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin təminatı kimi isə İddiaçı oğlu və X5 zamin olmuşlar. Eyni müqavilənin 9.6-cı bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.03.2018-ci il tarixli çıxarışa əsasən, İddiaçı oğlu "xxxx" İKB ASC tərəfindən verilmiş 19000 ABŞ dolları məbləğində kreditə zamin olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı oğlu zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqaviləni bağlamışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın bu müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Borclu İddiaçı oğlu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək zaminlər və borcludan müştərək qaydada borcu tələb etmiş və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə "xxxx" İKB ASC ilə X4, İddiaçı oğlu və X5 arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan zaminlik müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin münkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4230/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4230/2021
23.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver