Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4238/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilənlərə əsasən mərhum oğlu X9 hərbi xidmət dövrü həlak olmasına (vəfat etməsinə) görə “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanununda nəzərdə tutulmuş NN000 manat sığorta ödənişinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mərhum qardaşı XN6 N994-cü ilin yanvar ayında Göyçay rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və xidmət etmək üçün AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə göndərilmişdir. O, N994-cü ilin sentyabr ayının N8-də hərbi hissədə naməlum səbəbdən yoxa çıxmışdır. Onun ərizəsinə əsasən Göyçay rayon məhkəməsinin N4.N2.20N2-ci il tarixli, 2(046)-N065/20N2 saylı qətnaməsi ilə qardaşı XN6 ölmüş elan edilmişdir. Onun ölüm faktı Göyçay rayon qeydiyyat şöbəsində 22.02.2020-ci il tarixdə məhkəmə qətnaməsi əsasında qeydə alınmamışdır. Lakin bu günədək qardaşının hərbi xidmətdə olarkən itkin düşdüyünə görə “Hərbi qulluqçuların icbari dövlət şəxsi sığortası haqqında” AR Qanununda nəzərdə tutulmuş NN000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. İddiaçı iddia tələbinin dəqqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum qardaşı X7 hərbi xidmət dövründə vəfat etməsinə görə NN000 manat sığorta ödənişinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) N85.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Qızıl-Ağac kənd soveti tərəfindən 3N.0N.N970-ci ildə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.N970-ci il tarixdə doğulmuşdur. Şəhadətnamədən uşağın atasının X4, anasının isə X3 olduğu müəyyən edilmişdir. Qızıl-Ağac kənd soveti tərəfindən 26.NN.N975-ci ildə verilmiş İİİ-ЖГ seriyalı, 4242N4 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XNN 24.NN.N975-ci il tarixdə doğulmuşdur. Şəhadətnamədən uşağın atasının X4, anasının isə X3 olduğu müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-N065/20N2 saylı, N4.N2.20N2-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı qardaşı 24.NN.N975-ci il təvəllüdlü X7 ölmüş elan edilməsi qət edilmişdir. Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 22.02.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, XNN N8.0N.20N3-cü ildə məhkəmə qətnaməsi ilə ölmüş elan edilmişdir. SHXÇDX-nın Göyçay rayon şöbəsi tərəfindən verilmiş 328 saylı, 02.02.202N-ci il tarixli arayışdan görünür ki, İddiaçı qardaşı mərhum N975-ci il təvəllüdlü XNN həqiqətən o, yanvar N994-cü ildə keçmiş Göyçay RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göyçay rayon Məhkəməsinin İş 2(046)-N065/20N2 nömrəli Qətnaməsinə əsasən ölmüş hesab edilmişdir. 0N.02.202N-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X8, XN2 və XN3 N8.0N.20N3-ci il tarixdə vəfat etmiş qardaşları X5 qalmış bütün miras əmlakından onlara çatası payı qəbul etməmişlər. Miras əmlakı faktiki idarə etməyə başlamamışlar. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlar. Mirasın bir hussəsindən imtinanın bütövlüklədə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması onlara notarius tərəfindən izah edilmişdir. Göyçay RİH Başçısının Cəyirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş N8.0N.202N-ci il tarixli arayışından görünür ki, mərhum XNN ölən günə kimi atası – X4 (N999-cu ildə vəfat edib), anası - X6 (2004-cü ildə vəfat edib), bacısı - XN3, bacısı - XN8, qardaşı - İddiaçı və qardaşı - XN2 ilə birlikdə yaşamışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 Rayon Məhkəməsinin N4.N2.20N2-ci il tarixli qətnaməsinə əsasən ölmüş hesab edilmişdir. Həmin qətnamə əsasında X7 2N yanvar N994-cü ildə həqiqi hərbi xidmətə getdiyi, N8 sentyabr N994-cü ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən N saylı hərbi hissədə naməlum səbəbdən yoxa çıxdığı, barəsində axtarış elan edildiyi, həmin tarixdən bu günədək N6 ilə yaxın müddət keçməsinə baxmayaraq onun haqqında hər-hansı məlumatın əldə edilmədiyi müəyyən olunmuşdur. XN həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ölməsi halı işin mübahisələndirilməyən halıdır. Cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsaslanaraq hesab etmişdir ki, sığorta hadisəsi günündən 3 ildən artıq vaxt keçdiyinə görə X7 həlak olması ilə əlaqədar onun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının 03.N0.N997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N5N-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr N99N-ci il tarixli Azərbaycan Respublikası Qanununun sonradan edilmiş dəyişiklərlə 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin N faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri sığorta məbləğinin N00 faizi nisbətlərində verilir “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.N997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Göründüyü kimi iddiaçının qardaşı XNN hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan müvafiq qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, Göyçay Rayon Məhkəməsinin 2(046)-N065/20N2 saylı, N4.N2.20N2ci il tarixli qətnaməsinə əsasən hərbi əməliyyatla əlaqədar itkin düşdüyü və bu əməliyyatların qurtardığı gündən iki ildən artıq müddətin keçdiyi üçün ölmüş elan edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmənin qənaətinə görə sığorta hadisəsi baş verdiyindən sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin X7 qanun üzrə vərəsəsi olan iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Qeyd edilməlidir ki, X7 digər vərəsələri (bacıları XN3 və XN8, qardaşı XN2) sığorta ödənişindən ibarət mirasın qəbulundan imtina etmişlər. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə və ya eyni səbəbdən həlak olmuş, itkin düşmüş şəxslərin vərəsələrinə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri, şəhid ailəsi statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil və ya həlak olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri, şəhid ailələri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.N-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2N7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N6-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən NN.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən N (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən N (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4238/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4238/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver