Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4250/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlunun, İddiaçı2 Bəşı̇r qızının, İddiaçı3 Hı̇kmət oğlunun nümayəndəsi və vəkili Məmişov Anar Mövsüm oğlunun, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlunun, İddiaçı2 Bəşı̇r qızının, İddiaçı3 Hı̇kmət oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlu, İddiaçı2 Bəşı̇r qızı, İddiaçı3 Hı̇kmət oğlu cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx xxxxxx 2017-ci il tarixdə kommersiya direktoru vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. xx xxxxxx 2017-ci ildə İddiaçı1 həyat yoldaşı İddiaçı2 ilə Cavabdeh MMC arasında əməyin mühafizəsi üzrə icraçı direktor müavini vəzifəsi üzrə, xx xxxxxx 2018-ci ildə isə İddiaçı1 oğlu İddiaçı3 ilə Cavabdeh MMC arasında kommersiya direktorunun müavini vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli, 19 saylı əmri ilə hər üçünün əmək müqaviləsinə qanunsuz və heç bir əsas olmadan, iddiaçılara məlumat verilmədən, fikirləri öyrənilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə xitam verilmişdir. İddiaçı1 təxminən 2015-ci il tarixdən X5 tanımış və onların arasında şəxsi münasibət yaranmışdır. 2017-ci ilin avqust ayında Emin Quliyev İddiaçı1 arasında şərikli qaydada Rusiyanın “Torqoviy Dom Başxim” şirkətindən bir dəmir yol vaqonu həcmində “ Tobbi Kids” uşaq yuyucu tozunun ölkəyə gətirilib satılmasını təklif etmişdi. Bu məqsədlə iddiaçı H.X10 sonradan notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli borcun etirafı haqqında müqavilə ilə də öz təsdiqini tapmış 55.000 (əlli beş min) pul vəsaiti vermişdir. Sonra həmin məbləğ o zaman adı gedən şirkətin yeganə təsisçisi olan, Emil Quliyevin arvadı Günel Quliyeva tərəfindən təsisçi borcu qismində şirkətin hesabına yatırılmış və həmin malın Azərbaycana idxal edilməsi məqsədilə qeyd olunmuş satıcıya ödənilmişdir. Malın dəyərinin digər hissəsi isə şirkətin öz vəsaiti hesabına ödənilmişdir. Mal ölkəyə gətirilmiş və bu məqsədlə icarəyə götürülmüş anbara yerləşdirilmişdir. Sonra Bakıda yerləşən bir sıra supermarket şəbəkələri vasitəsi ilə qismən pərakəndə satışa çıxarılmışdır. Satış zamanı müəyyən olunmuşdur ki, malın istehsal tarixi köhnə olduğundan malın satışı üçün kifayət qədər vaxt yoxdur və bu əməliyyat ciddi ziyanla nəticələnmişdir. Bundan sonra 2017 ilin sonlarında Emil Quliyev İddiaçı1 Cavabdeh MMC- də 50% paya sahib olmağı təklif etmiş və İddiaçı1 həmin təklifi qəbul edərək şirkətə təsisçi borcu qismində 113.000 ABŞ dolları vəsait yatırmışdır. Sonradan İddiaçı1 tərəfindən bir neçə dəfə olmaq şərti ilə ümumilikdə 350.405 manat pul vəsaiti Emil Quliyevə təqdim olunmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən qeyd olunan vəsaitlər Cavabdeh MMC-nin öz fəaliyyətini genişləndirilməsinə yönəldilməli, Emil Quliyev və İddiaçı1 həmin şirkətin şəriki olmalı və bütün gəlir və xərclər onların arasında bölünməli idi. 2018-ci ilin sonlarında Emil Quliyev tərəfindən Cavabdeh MMC-nin həmin il üçün illik vergi hesabatları İddiaçı1 təqdim etmiş və orada şirkətin 200.000 (iki yüz min) manata yaxın gəlir əldə etdiyi qeyd olunmuşdur. 2019-cu ilin sonunda da Emil Quliyev tərəfindən analoji qaydada illik vergi hesabatları İddiaçı1 təqdim olunmuş və orada da şirkətin 200.000 (iki yüz min) manata yaxın gəlir əldə etdiyi qeyd olunmuşdur. 2019-cu ilin sonlarında 75000 manat pul vəsaiti divident kimi götürülmüş, qalan pul vəsaitinin isə Cavabdeh MMC-nin öz fəaliyyətini genişləndirilməsinə yönəldilməsi barədə razılıq əldə olunmuşdur. Həmin dividend kimi götürülmüş məbləğ təsisçilər arasında bölünmüş, İddiaçı1 özünə düşən məbləğin daha 5000 manat hissəsini şirkətə geri qaytarmışdır. Emil Quliyev İddiaçı1 bildirmişdir ki, Cavabdeh MMC-nin bütün fəaliyyəti tam rəsmi qaydada həyata keçirilir. O, əlavə olaraq X6 Mehman Rəşidova məxsus olan kitabçada da qeydiyyatların aparılmasını bildirmişdir. Həmin kitabçada olan qeydiyyatlar müəyyən müddətdən bir İddiaçı1 da təqdim olunmuşdur. İllik vergi hesablarında şirkətin gəlir əldə etməsi göstərildiyi üçün İddiaçı1 həmin kitabçada aparılan qeydlərə xüsusi diqqət yetirməmişdir. Sonradan İddiaçı1 məlum olmuşdur ki, X6 Mehman Rəşidova məxsus kitabçada aparılan qeydlərdə təsdiqsiz və vergi ödənişləri zamanı nəzərə alınmayacaq xərclər mövcuddur. Bu barədə Emil Quliyevdən soruşduqda o, buna ağlabatan formada cavab verə bilməmişdir. Həmin kitabçada qeyd olunan faktlara baxdıqda açıq aşkar Emil Quliyevin şirkətin xərclərini süni şəkildə artıraraq pul vəsaitlərini mənimsədiyi müəyyən olunur. Bundan sonra iddiaçı H.X9 M. Rəşidovun işdən azad edilməsini tələb etmiş, buna əməl olunmadıqda isə Emil Quliyevə şərik işləməkdən imtina etməyini bildirmiş və müvafiq payların hesablanması üçün müstəqil auditorun dəvət olunmasını tələb etmişdir. Təsisçilərin qərarı ilə auditin keçirilməsi təsdiq olunmuş və şirkətdə audit keçirilmişdir. Bundan sonra auditorun ilkin rəyindən bəlli olmuşdur ki, şirkət 2018-ci ildə ziyan edib, 2019 ildə əhəmiyyətsiz gəlir əldə edib, baxmayaraq ki, vəziyyətin başqa olması, şirkətin əhəmiyyətli gəlir əldə etməsi ilə bağlı vergi hesabatları ilə Emil Quliyev tərəfindən İddiaçı1 təqdim olunmuşdur. Audit öz hesabatında 2018 və 2019-cu il illər üçün ümumi olaraq üç yüz min manatdan artıq təsdiqlənməmiş xərclərin olduğunu bildirmişdir. 2019-cu ilin sonlarında Emil Quliyevin özü tərəfindən təsisçilərin qərarı olmadan qanunsuz olaraq şirkətdə audit keçirilmiş, bunun üçün audit keçirən şəxs üçün rəsmi və qeyri-rəsmi olmaqla ödənişlər həyata keçirilmişdir. İddiaçı1 həmin auditin nəticələrini qəbul etməmişdir. Bundan sonra tərəfindən bu qanunsuzluqlar barədə Emin Quliyevin özünə, həm də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlamışdır. Həmçinin, Emin Quliyevdən pandemiya ilə əlaqədar Bakı şəhərində yalnız xüsusi razılıq əsasında hərəkət etməyin mümkünlüyü səbəbindən elektron portalda onlar üçün icazə verilməsini bildirmişdir. X16 bunlardan imtina etmiş və heç bir hüquqi və faktiki əsas olmadan Cavabdeh MMC-nin direktoru kimi imzaladığı xx xxxx 2020-ci il tarixli 19 saylı əmri ilə hər üçünün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Göstərilənlərə əsasən “Cavabdeh MMC-nin əmək müqaviləsinin xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli, 19 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 işə bərpa olunması, İddiaçı1, İddiaçı2, İddiaçı3 işləmədikləri dövrlər ərzində, yəni xx xxxx 2020-ci il tarixdən indiyə qədər olan müddət ərzində ödənilməyən əmək haqlarının cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlunun, İddiaçı2 Bəşı̇r qızının, İddiaçı3 Hı̇kmət oğlunun nümayəndəsi və vəkili Məmişov Anar Mövsüm oğlu iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan işəgötürən "Cavabdeh" MMC-nin direktoru Emil Quliyev ilə işçi İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 "Cavabdeh" MMC-də kommersiya direktoru vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan işəgötürən "Cavabdeh" MMC-nin direktoru Emil Quliyev ilə işçi İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 "Cavabdeh" MMC-də icraçı direktorun müavini vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan işəgötürən "Cavabdeh" MMC-nin direktoru Emil Quliyev ilə işçi İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı3 "Cavabdeh" MMC-də kommersiya direktorunun müavini vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış əmək müqavilələrinin 4.27-ci bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq beş günlük iş həftəsi ilə işləyir. İş materiallarında olan "Cavabdeh "MMC-nin icraçı direktoru X7, şirkətin baş mühasibi X12 və meneceri X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, şirkətin kommersiya direktoru İddiaçı1, icraçı direktorun əməyin mühafizəsi üzrə müavini İddiaçı2 və kommersiya direktorun müavini İddiaçı3 xx.xx.2020-ci il tarixdən -xx.xx.2020-ci il tarixinə kimi işə gəlməmişdilər. İş materiallarında olan “Cavabdeh" MMC-nin xx.xx.2020-ci il tarixli, 14 saylı əmrindən görünür ki, müəssisənin kommersiya direktoru İddiaçı1 Kəmran oğlunun, icraçı direktorun müavini İddiaçı2, kommersiya direktorunun müavini X3işə gəlməmələri ilə əlaqəli araşdırma aparılması, nəticədən asılı olaraq iş vaxtının qeydiyyata alınması tabel cədvəlindəqeydlərin aparılması, bu işçilər üçün 2020-ci il iyun ayının əmək haqlarının hesablanması, işə gəlməmələrinin səbəblərinin aydınlaşdırılmasına kimi müvəqqəti olaraq dayandırılması, əmək haqqı mühasibat hesabatlarında bu dəyişikliklərin nəzərə alınması, əmrin həyata keçirilməsinə nəzarətin baş mühasib Ə.E.Pənahova tapşırılması əmr edilmişdir. İş materiallarında olan "Cavabdeh "MMC-nin icraçı direktoru X7, şirkətin baş mühasibi X12 və meneceri X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, şirkətin kommersiya direktoru İddiaçı1, icraçı direktorun əməyin mühafizəsi üzrə müavini İddiaçı2 və kommersiya direktorun müavini İddiaçı3 xx.xx.2020-ci il tarixdən -xx.xx.2020-ci il tarixinə kimi işə gəlməmişdilər. İş materiallarında olan "Cavabdeh "MMC-nin icraçı direktoru X7, şirkətin baş mühasibi X12 və meneceri X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, şirkətin kommersiya direktoru İddiaçı1, icraçı direktorun əməyin mühafizəsi üzrə müavini İddiaçı2 və kommersiya direktorun müavini İddiaçı3 xx.xx.2020-ci il tarixdən -xx.xx.2020-ci il tarixinə kimi işə gəlməmişdilər. İş materiallarında olan "Cavabdeh "MMC-nin icraçı direktoru X7, şirkətin baş mühasibi X12 və meneceri X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “işçinin iş yerində olmaması barədə” aktdan görünür ki, şirkətin kommersiya direktoru İddiaçı1, icraçı direktorun əməyin mühafizəsi üzrə müavini İddiaçı2 və kommersiya direktorun müavini İddiaçı3 xx.xx.2020-ci il tarixdən -xx.xx.2020-ci il tarixinə kimi işə gəlməmişdilər. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli, 19 saylı əmrindən görünür ki, İddiaçı1 - kommersiya direktoru, xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən (əmək vəzifəsinin kobud şəkildə pozulması 72 maddənin "a" bəndi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı2 - icraçı direktor müavini əməyin mühafizəsi üzrə, xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- maddənin "ç" bəndinə əsasən (əmək vəzifəsinin kobud şəkildə pozulması 72-ci maddənin “a" bəndi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı3 - kommersiya direktorun müavini, xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70maddənin "ç" bəndinə əsasən (əmək vəzifəsinin kobud şəkildə pozulması 72 maddənin “a" bəndi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, 2020-ci ilin iyun-iyul ayları üzrə bu işçilərə işə gəlməmələrinə görə əmək haqqı hesablanmaması, bu işçilərin əmək haqqı kartlarına istifadə edilməmiş məzuniyyətlərinə, görə pul əvəzinin iki iş günü ərzində ödənilməsi, əmrin surəti, əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişin surəti, əmək kitabçasının geri götürülməsi barədə xəbərdarlıqlar və məlumatların bu işçilərə çatdırılması əmr edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlu, İddiaçı2 Bəşı̇r qızı və İddiaçı3 Hı̇kmət oğluəmək müqavilələriüzrə vəzifələrini kobud şəkildə pozduqlarına görə onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçılar yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar əmək fəaliyyətləri zamanı yol verdikləri kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşlar. Nəticədə iddiaçılarcavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişlər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə gəlməmişlər. Bununla bağlı iddiaçıların həmin müddətdə işə çıxmamaları barədə Cavabdeh MMC-nin əməkdaşlarının imzası ilə təsdiqlənmiş aktlar məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçılar karantin və ya normal iş rejimlərində onlar üçün dövlət portalından xüsusi icazələrin alınmasına baxmayaraq, işə çıxmamışlar. Yazılı şəkildə, elektron poçt vasitəsilə tələb edilən işə gəlməməyin üzrlü səbəblərini təsdiq edən sənədləri və izahatları verilmədiyindən, müəssisənin rəhbərliyi tərəfindən məlum əmr qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqavilələrinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişlər. Buna görə də işəgötürən iddiaçıları Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» hissələri də əsassız hesab olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlunun, İddiaçı2 Bəşı̇r qızının, İddiaçı3 Hı̇kmət oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Məmmədov Hı̇kmət Kamran oğlunun, İddiaçı2 Bəşı̇r qızının, İddiaçı3 Hı̇kmət oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4250/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4250/2020
21.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver