Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4278/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkili X9 və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, X4, İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4250/2020 saylı işi üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X4, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar X6, İddiaçı2 Bəşır qızı, İddiaçı3 Hıkmət oğlunun barədə iddia ərizələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4250/2020 saylı işi üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(ö06)-4250/2020 saylı iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməli, Cavabdeh MMC-nin əmək müqaviləsinin xitam verilməsi barədə 30 iyul 2020-ci il tarixli 19 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 İ likməl oğlunun işə bərpa olunması, İddiaçı1, İddiaçı2, İddiaçı3 işləmədikləri dövrlər ərzində yəni 30 iyul 2020ci il tarixdən indiyə qədər olan müddət ərzində Ödənilməyən əmək haqqlarının cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkili X9 ərizəni məhkəməyə təqdim edərək, iddiaçılar iddianın məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı iddia tələblərini müdafiə etmədiklərini və gələcəkdə də etməyəcəklərini bildirmiş və qətnamə qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili X2 ərizə ilə müraciət edərək, iddiaçılarla müəssisə arasında bağlanmış barışıq sazişinə əsasən, onların kompensasiya ödəmədən işə bərpa edilməsini və ya bərpa tarixindən də öz xahişləri ilə işdən azad edilməsini etiraf etdiklərini, bu etirafdan əlavə olaraq sazişin müddəlarının tam şəkildə yerinə yetirilməsini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220, 372, 385, 386, 388, 390-cı maddələrinə, istinadən hesab edir ki, tərəflər razılığa gəldiklərindən və cavabdeh işə bərpa hissədə iddianı etiraf etdiyindən, iddiaçılar (nümayəndələri) isə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı iddia tələblərini müdafiə etmədiyindən “əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları” tələbi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, digər hissədə iddia rədd edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə - cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər, habelə qanunda göstərilən müstəsna hallar istisna olmaqla hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar X5, X4, İddiaçı3 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4250/2020 saylı işi üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən- “əmək müqaviləsinin xitam olunması barədə əmrin ləğv olunması, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaları” tələbi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin, Cavabdeh MMC-nin əmək müqaviləsinin xitam verilməsi barədə 30 iyul 2020- ci il tarixli 19 nömrəli əmri ləğv edilsin, İddiaçı1, İddiaçı2 və İddiaçı3 işə bərpa olunsunlar. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4278/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4278/2021
03.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver