Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4258/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin və maddi zərərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin və maddi zərərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin, bundan başqa doğuş zamanı qeysəriyyə əməliyyatı üçün ödədiyi 1.240 manat pul vəsaitinin və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödədiyi 20 manat rüsumun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək, nikahları xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsində 105 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2018ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki övladları var. Cavabdeh ilə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmağa başladı. Belə ki, Cavabdeh ilə bir-birilərini başa düşə bilməmişlər. Tez-tez aralarında mübahisələr yaranmağa başlamışdır. Belə ki, Taleh onu aldatmışdır və ona xəyanət etmişdir. Bunun üstündə mübahisələri tez-tez baş vermişdir. Taleh bir qadın kimi ona hörmət qoymur, onu başqa qadınların yanında alçaldır və bunlar azmış kimi öz işlədiklərini ört-basdır edə bilmək üçün ona şər-böhtanlar ataraq onu pis bir insan kimi qələmə verməyə çalışırdı. Cavabdeh ondan və uşaqlarından soyuduğunu hiss etmişdir. Dəfələrlə ailələrini bərpa etməyə çalışmış və bunu fədakarcasına etmişdir. Taleh isə bundan sui-istifadə etmişdir. Qazandığı pulları kafe, restoranlarda xərcləyərək özü üçün əylənirdi. Onlarla maraqlanmırdı. Onu və uşaqlarını valideynlərinin himayəsində qoyub özü üçün belə bir həyat tərzi seçmişdir. Onlar Taleh ilə artıq barışıb ailələrini bərpa edə bilmirlər. Ailə münasibətləri tamamilə pozulmuşdur. Uşaqlar azyaşlı olduğundan özü sərbəst işləyə bilmir. Cavabdeh fərdi əməklə, yəni taksi fəaliyyəti ilə məşğuldur. Onun qazancı dəyişkəndir. Lakin o, üzərinə düşən valideynlik hüququnu ümumiyyətlə yerinə yetirmir. Onlarla maraqlanmır, uşaqlarına heç bir maddi köməklik göstərmir. O, hal-hazırda uşaqları ilə birlikdə valideyninin himayəsindədir. Uşaqlar da onun himayəsindədirlər. Cavabdeh Azərbaycan Respublikasının qanunlarına tabe olmayaraq, üzərinə düşən valideynlik hüququnu ümumiyyətlə yerinə yetirmir. Cavabdeh ilə nikahları rəsmi olaraq pozulmamışdır. Ona görə də, ailəsinin və uşaqlarının maddi təminatının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3291/2020 saylı qətnaməsinə əsasən böyük qızları X1 üçün 170 manat aliment müəyyən edilmişdir. Həmin vaxt o, hamilə idi və oğulları Tuncay Nəbiyev həmin vaxt hələ doğulmamışdı deyə ona aliment təyin edilməmişdir. Cavabdeh onlara maddi köməklik göstərmədiyi üçün hesab edir ki, cavabdehdən aliment Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən sabit pul məbləğində tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh ilə X2 arasında nikah xx xxxxxx 2018-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 105 saylı akt qeydi ilə bağlanmış, nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki övladları var. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3291/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2018-ci il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qəbul edilən vaxt iddiaçı ikinci uşağa hamilə olmuşdur. Uşaq xx.xx.2020-ci il tarixdə, anada qeysəriyyə əməliyyatı keçirilməklə doğulmuşdur. Təqdim olunmuş ödəniş sənədlərindən müəyyən olunur ki, uşağın doğulması üçün həyata keçirilmiş qeysəriyyə əməliyyatına görə iddiaçı tibb müəssisəsinə 1.240 manat pul vəsaiti ödənilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı, uşaq doğularkən keçirilən qeysəriyyə əməliyyatına görə ödənilmiş pul vəsaitinin yarısı – 620 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlir əldə etməsinə dair sübutları, həmçinin sənədlərin notarial qaydada təsdiqi üçün 20 manat pul vəsaiti ödəməsi barədə ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qeysəriyyə əməliyyatının keçirilməsi üçün sərf edilmiş vəsaitin tam həcmdə cavabdehdən tutulması yolverilməzdir. Çünki, ailənin ümumi məsrəfləri ərlə-arvad arasında bərabər şəkildə bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Uşaq doğularkən keçirilən qeysəriyyə əməliyyatına görə ödənilmiş pul vəsaitinin yarısı – 620 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4258/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4258/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver