Məhkəmə qərarları › İş №2(006)-4272/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4272/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4272/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh Şamı̇ l qızının iştirakları ilə İddiaçı Cavabdeh Şamı̇ l qızına qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh Şamı̇ l qızına qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oglu 2010-cu il 13 mart X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Sonradan ailə münasibətləri pozulması məhkəmə müstəvisində öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-368/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 İqrar Cəfər oğlunun himayəsində və xx.xx.2019-cu il təvəllüdlü X9 anası Cavabdeh ilə qalmalı, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. X3 xx.xx.2021-ci il tarixindən onun himayəsindədir. Bir qızı onun himayəsində olmasına baxmayaraq Cavabdeh ondan aliment tələb etməmişdir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafında heç bir maraq göstərməmiş, digər uşağı xx.xx.2019-cu il təvəllüdlü X9 ananın himayəsində qalmasına baxmayaraq ona da ana nəvazişi, qayğısı göstərmir. Özü işlədiyinə görə demək olar ki, onların balaca qızı qonşuların ümüdünə qalmışdır. Bu da onu bir ata kimi narahat edən məsələlərdən biridir. X9 ilə ay ərzində hər həftə görüşürmüş və hər ay iki yüz manatdan çox pul xərcləmişdir. Göstərilənlərə əsasən İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək sqaxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh Şamı̇ l qızının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tələbindən azad edilməsi və yığılmış 4550 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və xx.xx.2011-ci il tarixdə bağlanmış nikah Bakı Apellyasiya Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsi ilə birgə nkahlarındandan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayədindədə, xx.xx.2019-cu il təvəllüdlü X9 isə cavabdehin himayəsində saxlanılmış və X1 üçün xx.xx.2021-ci il tarixdə başlayaraq hər ay 175 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh Şamı̇ l qızına ödənilməsi qət edilmişdir. Bu ədalətli deyil, çünki uşaqlardan biri hazırda onun himayəsindədir və o, qarşı tərəfdən bununla bağlı aliment almır, belə olan halda ondan aliment tutulması ədalətsizlikdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh Şamı̇ l qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəmə iclası zamanı iddiaçı alimentin təyin edilməsinə etirazı olmadığını bildirmişdir. Odur ki, hazırda Bakı Apellyasiya Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 368/2023 saylı qətnaməsi üzrə təyin edilmiş aliment üzrə yığılmış borcun silinməsi və alimentdən azadetmə ilə bağlı tələbi tam əsassızdır və təmin edilməməlidir.

5. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı iki övladları dünyaya gəlmişdir. Daha sonra aralarında olan nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. Tərəflər arasında nikahın pozulması, uşaqların valideynlərdən birinin himayəsinə verilməsi və azyaşlıların saxlanılmaları üçün alimentin tutulması məsələsinə məhkəmədə baxıldığı dövrdə tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 atası İddiaçı ilə və xx.xx.2019-cu il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il təvəllüdlü X7 anası Cavabdeh himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, lakin İddiaçı aliment tələbinə dair iddiası apellyasiya instansiyası məhkəməsində təmin edilməmiş və işə kassasiya qaydasında baxılarkən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin vaxt İddiaçı tərəfindən alimentin ondan tutulması hissəsi mübahisələndirilməmiş, daha sonra o, qarşı tərəfdən alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentdən azad edilməsini və aliment borcunun silinməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3- cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və s” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “uşağın himayəyə qaytarılması və alimentin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

8. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi “xx.xx.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunması, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin edilməməsi, İddiaçı “xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılması” tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 İqrar Cəfər oğlunun himayəsində saxlanılması, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2376/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

13. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını dəqiqləşdirmişdir.

14. Bununla belə, alimentin müəyyənləşdirilməsi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəadan irəli gəldiyi üçün hər hansı obyektiv və ağlabatan əsas olmadan, yalnız formal mülahizələrə əsaslanmaqla valideynləri bu vəzifənin icrasından azad etmək və ya ödənilən alimentin miqdarını azaltmaq yolverilməzdir.

15. Məhkəmə hazırkı mübahisəyə də göstərilən kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra aliment ödəməkdən azadetmə imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Lakin hazırkı mülki iş üzrə İddiaçı ailə və maddi vəziyyətində baş verən dəyişikliyin konkret nədən ibarət olması haqqında hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

17. Həmçinin aliment məbləğindən azad edilməsi tələbinin təmin edilməməsinin əsaslarından biri olaraq isə iddiaçı ilə cavabdeh arasında əvvəl mübahisə predmeti olmuş aliment tələbi ilə bağlı mülki iş üzrə apellyasiya instansiyası məhkəməsində hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aliment ödəməkdən azad edilməsini xahiş etməmiş, əksinə olaraq bir övladı üçün aliment ödəməyə razılıq vermişdir. Bu isə onu deməyə əsas verir ki, yenidən iddiaçının bir növ apellyasiya instansiyası məhkəməsindəki vermiş olduğu özünün mövqeyindən daha sonradan peşman olması yenidən aliment ödəməkdən azad edilməsi ilə bağlı iddiasını əsassız hala gətirmişdir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.11-ci bəndində qeyd edilmişdir ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur).

19. Məhkəmə xüsusilə nəzərə alır ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsini “xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında mübahisələndirməmiş, bu hal isə məhkəmə tərəfindən birbaşa razılıq ifadəsi kimi qiymətləndirilməlidir.

20. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuşdur.

21. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsi ailə qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, yardıma möhtac olanlara kömək etməyin ilk növbədə onların ailə üzvlərinin borcu olmasını özündə ehtiva edən sosial cavabdehlik prinsipinin də pozulmasına səbəb olardı.

22. Məhkəmə iddia tələbinin “yığılmış aliment borcunun silinməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

23. İlk növbədə məhkəmə qeyd edir ki, aliment üzrə borc dedikdə, məhkəmə qətnaməsi və ya aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borclar başa düşülür.

24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin ilkin hissəsi olan xx.xx.2021-ci il tarixdən hesablanmağa balaşayan alimentin ödənilməsindən azad edilməsi hissəsi təmin edilmədiyindən və ikinci tələbi ( xx.xx.2021-ci il tarixdən yığılmış aliment borcunun silinməsi) isə birinci tələblə bağlı olduğundan da təmin edilə bilməz. Belə ki, iddiaçının aliment borcunun silinməsinin kökündə duran əsas hissə onun xx.xx.2021-ci il tarixdən aliment ödəməmək istəməsidir ki, bu hissəyə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilərək təmin edilməmişdir.

25. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddiasının əsası kimi göstərdiklərini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri, birgə nikahdan olan uşağı xx.xx.2019-cu il təvəllüdlü X7 tələbatlarının təmin edilməsi üçün əlavə ödənişlər etməsi yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır.

26. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh Şamı̇ l qızına qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Şamı̇ l qızına qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar