Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-429/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 qarşı «öhdəliklərin xitam edilməsinə dair» iddia ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 qarşı «öhdəliklərin xitam edilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələb etmək hüququnun müddəti keçdiyinə görə 29.08.2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsinin, habelə 29 avqust 2013-cü il tarixli 001/01 nömrəli İpoteka Müqaviləsinin qüvvəsinin itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mülkiyyət hüququ 28.03.2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir, bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış verilmşdir. 29.08.2013-cü il tarixdə Cavabdeh1 ASC (bundan sonra Bank) ilə Cavabdeh3 arasında 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi bağlanılmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən Bank 29.08.2014-cü il tarixədək Borcalana 12 ay müddətinə 20% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit vermişdir. Bundan başqa aralarında razılaşdırılmış şərtə əsasən 1 il müddətinə 29.08.2013cü il tarixdə Cavabdeh1 ASC, Cavabdeh3 və o, İddiaçı arasında 001/01 nömrəli İpoteka Müqaviləsi bağlanılmışdır. X4 əsasən o Borcalan Cavabdeh3lə Bank arasında 1 il müddətinə bağlanılan Kredit Müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini Banka ipotekaya qoymuşdur. Lakin 7 ilə yaxın müddət keçməyinə baxmayaraq mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsi üzərində hələ də məhdudiyyət qalmaqdadır. Belə ki, Borcalan Bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550, 551.2.1, 554.1, 554.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, tələb etmək hüququnun müddəti keçdiyinə görə 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrə İstehlak Kredit Müqaviləsi üzrə, habelə həmin tarixli Cavabdeh1 ASC, Cavabdeh3 və o, İddiaçı arasında bağlanılmış 001/01 nömrəli İpoteka Müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Məhkəmə baxışı dövründə iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək tələb etmək hüququnun müddəti keçdiyinə görə 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış 001/01 nömrəli İpoteka Müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsi üzərində olan ipoteka müqaviləsi üzrə öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Z.Niftəliyev iddia tələblərinin məzmununa uyğun izahat verərək, çıxışında onu da əlavə etmişdir ki, məhkəməyə təqdim etdiyi məhkəmə qətnamələrindən göründüyü kimi oxşar işlər üzrə yuxarı məhkəmə instansiyalarının artıq formalaşmış təcrübəsi mövcuddur, bununla da iddia tələblərinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi M.Süleymanov iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidır. Belə ki, əvvəla iddiaçının Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsinin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin, həmin müqavilənin təminatı olaraq bağlanmış 001/01 nömrəli İpoteka Müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsi üzərində olan ipoteka müqaviləsi üzrə öhdəliklər hazırki vaxta kimi yerinə yetirilməmişdir. Hazırda bankın fəaliyyəti ilə bağlı bu iş üzrə sənədlər digər sənədlər kimi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduğu üçün onların əsli və ya surəti məhkəməyə təqdim oluna bilmir. Digər cavabdeh olan Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında 001/01 nömrəli İstehlak Kredit Müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən Bank 29.08.2014-cü il tarixədək Borcalana 12 ay müddətinə 20% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit vermişdir. - Cavabdeh1 ASC, Cavabdeh3 və İddiaçı arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 001/01 saylı ipoteka müqaviləsindən görünür ki, sonuncu Borcalan Cavabdeh3lə Bank arasında 1 il müddətinə bağlanılan Kredit Müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini Banka ipotekaya qoymuşdur. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə 28 mart 2013-cü ildən iddiaçıya məxsusdur. İşin araşdırılmış hallarından məlum olur ki, 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi bağlanılmış və həmin Müqavilənin şərtlərinə əsasən Bank 29.08.2014-cü il tarixədək Borcalana 12 ay müddətinə 20% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit vermişdir. Eyni tarixdə Cavabdeh1 ASC, Cavabdeh3 və İddiaçı arasında 001/01 nömrəli İpoteka Müqaviləsi bağlanılmış və bu müqavilənin şərtlərinə əsasən də borcalan Cavabdeh3lə Bank arasında 1 il müddətinə bağlanılan Kredit Müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini Banka ipotekaya qoymuşdur. İddiaçı tərəfin izahatlarına əsasən borcalan Bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də, bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icra etməməsi ilə bağlı məhkəməyə müraciət edilməməsini etiraf etməklə, hazırda onun bu müqavilə ilə hansı məbləğdə borcunun qalmasına dair də sübutları izahatında qeyd etdiyi səbəblərdən təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, borcalan, hazırki iş üzrə Cavabdeh3 Bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də iddiaçının mülkiyyətində olan bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalması sonuncunun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, məhkəmənin qənaətinə görə sözügedən Kredit Müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə iddiaçı özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini Banka ipotekaya qoyulmasının qanuniliyini mübahisələndirilməsə də, o, hazırki vaxta kimi borcalanın Bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməməsi və Bankın da bu öhdəliklərin yerinə yetirməməsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq hərəkətlər etməməsi (məhkəməyə iddia vermək və s.) nəticəsində hazırda bağ sahəsi üzərində olan ipoteka müqaviləsi üzrə öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsinə dair cavabdeh banka qarşı iddia qaldırmaqda tam haqlıdır. Bankın isə ləğv etmə prosesində olmasına baxmayaraq isə bu tələb üzrə cavabdeh olması qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər.Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 iyun 2017-ci il tarixli qərarında yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın MPM-in 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyildir. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən ləğv prosesində olan banklar hüquq qabiliyyətinə malikdir və mülki işlər üzrə cavabdeh qismində çıxış edə bilərlər. Məhkəmə iddia tələbləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. - 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. -554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. - 554.3-ci maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə hesab edir ki, 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi üzrə borclunun kredit öhdəliklərinin (əsas tələb) tam icra edib-etməməsi barədə sübut təqdim edilmədiyindən və icra etmədiyi halda bundan sonrakı hansı müddət ərzində icra edilməsi aydın olmadığı üçün həmin müqavilənin təminatı olaraq bağlanmış 001/01 nömrəli İpoteka Müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsinin ipoteka ilə yüklü qalması mülkiyyətçinin mülkiyyət hüquqlarını pozduğuna görə bu müqavilə üzrə öhdəliklərə xitam verilməlidir. Məhkəmə bu qənaətə gələrkən iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqlarını mütləq şəkildə nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, xitam verilməsi mübahisələndirilən ipoteka müqaviləsi 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlansa da iddiaçının sözügedən kredit müqaviləsi üzrə kredit öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsinə dair iddiası əsaslı sayıla bilməz. Belə ki, iddiaçı qeyd edilən müqavilə üzrə tərəf olmamaqla belə bir iddia qaldırmaqda da subyektiv hüquqa malik deyildir. Kredit müqaviləsi üzrə kredit öhdəlikləri ilə bağlı mübahisə qaldırma müqavilə tərəflərinin hüquqlarıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ, şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də məhkəmə hesab edir ki, 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsinin təminatı olaraq bağlanmış 001/01 nömrəli İpoteka Müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsi üzərində olan ipotekaya xitam verilməli, ipoteka müqaviləsi üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsinin təminatı olaraq bağlanmış eyni tarixli 001/01 nömrəli İpoteka Müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsi üzərində olan ipotekaya xitam xitam verilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* nömrəli Çıxarışlı bağ sahəsi ilə bağlı 29 avqust 2013-cü il tarixli 001/01 nömrəli İpoteka Müqaviləsi ipoteka müqaviləsi üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-429/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-429/2021
21.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver