Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4325/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi,Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və valideynin uşağa görə əlavə xərclərə cəlb olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment və valideynin uşağa görə əlavə xərclərə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 avqust 2015-ci ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat alimentin; 2020-ci ilin sentyabr ayından sonrakı 30 ay müddətində ödəməli olan alimenti hər ay 150 manat hesabıyla, ümumilikdə 4500 manat alimentin alınaraq ona verilməsi; uşağa çəkilmiş əlavə xərclərə görə 1000 manat məbləğində pulun və uşağın saxlanılması üçün (həkim müayinəsi, müalicə, dərman və s.) ödənilməsi vacib əlavə xərc üçün cavabdehdən hər ay sabit pul məbləğində 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 2014-cü ildə rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Ailə quran vaxt o, özünə məxsus malını, cehizini apararaq cavabdehin yaşadığı mənzilə gəlin köçmüşdür. Həmin nikahdan 04 avqust 2015-ci ildə X5 adında övladları anadan olmuşdur. Ailə münasibətləri uzun çəkməmiş, cavabdehin təqsiri üzündən ailələri dağılmış və Lənkəran Rayon Məhkəməsinin qətnaməsilə nikahları pozulmuş, nikah pozulduqdan sonra qızları Zeynəb onun yanında qalmışdır. Lakin, qızları Zeynəbin saxlanması üçün aliment kəsilməmişdir. Qızları Zeynıb anadan qüsurlu doğulmuş və bu səbəbdən daimi olaraq müalicəyə ehtiyacı vardır. Cavabdeh isə bugünə kimi uşaqla maraqlanmamış, uşağın saxlanmasına bir manat da olsa, pul verməmişdir. Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulması barədə 2020-ci ilin avqust ayında Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin, maddi imkansızlıqdan məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə baxış iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 16 iyun 2021-ci il tarixli, AZ-İ № 370887 seriyalı Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilən nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikaha Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 154№ ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 04 noyabr 2015-ci il tarixli, AZ-İİİ № 611614 seriyalı Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 04 avqust 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. Mülki işin materiallarında olan 13 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 13 iyul 2022-ci il tarixində 15:00-15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəmişdir (Mediator: Ə.Adıgözəlov). Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, X6 xx.xx.2021-ci il tarixində serebrial iflic diaqnozu ilə X11 müraciət etmiş, müayinə olunmuşdur. Müalicə tədbirini davam etdirmə səbəbi ilə xx.xx.2021-ci il tarixində DAFO ortezi ilə təmin olunmuşdur. Mülki işin materiallarında olan AR ƏƏSMN DTSERX 3 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən 12 oktyabr 2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumata və həmçinin, Nəsimi rayon 1 saylı Uşaq Poliklinikasından verilən 27 iyul 2021-ci il tarixli Tibbi Arayışa əsasən, X1 spastik serebral iflici. Hidrosefal sindrom. Psixo fiziki inkişafın geriliyi diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar ayrı yaşamışlar, cavabdeh övladı ilə maraqlanmır. Hazırda iddiaçı 04 avqust 2015-ci ildə anadan olmuş qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat alimentin; 2020-ci ilin sentyabr ayından sonrakı 30 ay müddətində ödəməli olan alimenti hər ay 150 manat hesabıyla, ümumilikdə 4500 manat alimentin alınaraq ona verilməsi; uşağa çəkilmiş əlavə xərclərə görə 1000 manat məbləğində pulun və uşağın saxlanılması üçün (həkim müayinəsi, müalicə, dərman və s.) ödənilməsi vacib əlavə xərc üçün cavabdehdən hər ay sabit pul məbləğində 100 manat pulun alınaraq ona verilməsini məhkəmədən tələb edir. İddia tələbi dörd hissədən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay alimentin tutulması hissəsində qismən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyinə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə və “Yaşayış minimumu haqqında” Qanuna əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi “04 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat məbləğində alimentin alınması” hissəsində qismən əsaslıdır və birgə nikahdan anadan olmuş 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin “2020-ci ilin sentyabr ayından sonrakı 30 ay müddətində ödəməli olan alimenti hər ay 150 manat hesabıyla, ümumilikdə 4500 manat alimentin alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı aliment tələbi ilə bağlı ilk dəfə 09 sentyabr 2020ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının “2020-ci ilin sentyabr ayından sonrakı 30 ay müddətində ödəməli olan alimenti hər ay 150 manat hesabıyla, ümumilikdə 4500 manat alimentin alınaraq iddiaçıya verilməsi” tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq, iddiaçının aliment tələbi ilə bağlı ilk dəfə məhkəməyə müraciət etdiyi vaxtdan sonrakı 3 il müddət üçün aliment tutulmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək, yəni 24 ay müddətində cavabdehin hər ay 150 manat olmaqla, cəmi 3.600 manat məbləğində ödəməli olduğu aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün (həkim müayinəsi, müalicə, dərman və s.) ödənilməsi vacib əlavə xərc üçün cavabdehdən hər ay sabit pul məbləğində 100 manat pulun tutulması” və “uşağa çəkilmiş əlavə xərclərə görə 1000 manat məbləğində pulun tutulması” hissələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2 və 84.2.3-cü maddəsinə əsasən, Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvadbuna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi tərəflərin birgə nikahından olan 04 avqust 2015-ci il təvəllüdlü X5 qüsurlu vəziyyətdədir və məhkəmə uşağın saxlanılması üçün alimentin iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar hesab edir ki, iddiaçının uşağa qulluq etdiyinə görə işləmək imkanı olmadığından İddiaçı Ailə Məcəlləsinin 84.2.3-cü maddəsinə əsasən, cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin gəlirləri barədə məlumat olmadığından və onun əlavə gəlirlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından, məhkəmə hesab edir ki, iddia bu hissələrdə qismən təmin edilməli, iddiaçıya hər ay sabit pul məbləği şəklində 50 manat məbləğində aliment ödənilməli və əlavə olaraq, uşağa çəkilmiş əlavə xərclərə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan doğulmuş 04 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalı, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək 24 ay üçün ödənilməli olan aliment hər ay 150 (yüz əlli) manat hesablanmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməli, uşağın sağlamlığı üçün (həkim müayinəsi, müalicə, dərman və s.) ödənilməsi vacib əlavə xərc üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, alimentə dair hissələr dərhal icraya yönəldilməli, uşağa çəkilmiş əlavə xərclərə görə 500 (beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin ödənilməsi ilə bağlı hissələrdə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 04 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. 2020-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək 24 ay üçün ödənilməli olan aliment hər ay 150 (yüz əlli) manat hesablanmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Uşağın sağlamlığı üçün (həkim müayinəsi, müalicə, dərman və s.) ödənilməsi vacib əlavə xərc üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentə dair hissələr dərhal icraya yönəldilsin. Uşağa çəkilmiş əlavə xərclərə görə 500 (beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4325/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4325/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver