Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-434/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Vəliyeva (Səfərova) Səidə Əsgər qızının Cavabdeh oğluna qarşı "aliment" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vəliyeva (Səfərova) Səidə Əsgər qızı Cavabdeh oğluna qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəliyeva (Səfərova) Səidə Əsgər qızının Cavabdeh oğlu ilə olan nikahına 30.08.2019-cu il tarixində məhkəmənin qətnaməsi əsasında xitam verilmişdir və bu 23.10.2019-cu il tarixində Nəsimi rayon qeydiyyat idarəsi tərəfindən qeydə alınmışdır. Tərəflərin birgə nikahdan iki övladları olmuşdur: 25.02.2000-ci il təvəllüdlü X4 və 25.10.2009-cu il təvəllüdlü X6. Məhkəmənin qətnaməsinə əsasən 25.10.2009-cu il təvəllüdlü X6 iddiaçının himayəsində qalmışdır. Ötən müddətdə cavabdeh uşağın saxlanmasında iştirak etməmiş, maddi yardım göstərməmişdir və hal-hazırda da cavabdeh uşağın böyüməsində maddi kömək etməkdən boyun qaçırır. Cavabdeh oğlu faktiki olaraq Gürcüstanda yaşayır, “İNPHA LLP” və “Avita LTD” şirkətlərində direktor işləyir, Moldovada payçı olduğu müəssisə də mövcuddur. Cavabdeh bu iddiada tələb olunan məbləğləri ödəmək üçün müvafiq qzanclara malikdir. Ona dəflərlə müraciət etsə də, o, uşaqlara heç bir maddi yardım göstərməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən 25.10.2009-cu il təvəllüdlü X2 üçün nikahın pozulduğu gündən – 30.08.2019-cu il tarixdən, Cavabdeh oğlundan hər ay sabit pul məbləğində 500 (beş yüz) manat və qazancının dördə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinə dəyişiklik barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, Cavabdeh oğlu ilə nikah pozulduqdan sonra İddiaçı əvvəlki soyadı Səfərova soyadına qayıtmışdır. Bu səbəbdən, iddia ərizəsində bütün mətn üzrə Vəliyeva sözləri Səfərova sözləri ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandirilmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X5 Agentliyi Ximəti tərəfindən 29 oktyabr 2009-cu il tarixində verilmiş HK № 993828 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Vəliyev Davud 25.10.2009-cu il tarixində Tbilisi şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş AZ-İ № 356092 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh və İddiaçı nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 30 avqust 2019-cu il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 10-cu ayının 23-cü günündə 375 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Vəliyev, qadına Səfərova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 25.02.2000-ci il təvəllüdlü X4 və 25.10.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuş, nikahları 30.08.2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. 25.10.2009-cu il təvəllüdlü X6 ana ilə birlikdə yaşayır. İddiaçı övladı X1 maddi çətinlik çəkir və cavabdehdən hər ay sabit pul məbləğində 500 (beş yüz) manat və qazancının dördə bir hissəsi miqdarında aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh oğlundan övladı 25.10.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı hər ay sabit pul məbləğində 500 (beş yüz) manat və qazancının dördə bir hissəsi miqdarında alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu və cavabdehin zəruri imkanlara malik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Bundan əlavə, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasının əvvəlki dövr üçün hesablanması barədə iddia tələbinin hissəsinə də qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu normanı müəyyənləşdirərkən qanunvericilik belə bir müddəanı əsas götürür ki, aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməyibsə, bunun mənfi nəticələri onun üzərinə düşür. Ailə Məcəlləsinin 100.3-cü maddədə müəyyən edilmiş hallarda keçmiş müddət üçün aliment tutula bilər. Aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Qanunda bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb. Səbəbindən asılı olmayaraq, keçmiş müddət üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. İşə baxılarkən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək cavabdehə bununla əlaqədar müraciət edilməsi, onun yaşayış və ya iş yerinin aşkar olunması üçün tədbirlər görməsini, bununla bağlı ona müraciət etməsini və cavabdehin bu hallardan qəsdən yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alimentin əvvəlki dövrə görə hesablanması hissəsində də təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 23 iyun 2020-ci il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(006)- 434/2021 saylı qərardadı ilə hazırki mübahisə üzrə məhkəmə qətnaməsi çıxarılanadək 14.06.2021-ci il tarixindən hesablanmaqla Cavabdeh oğlundan 25.10.2009-cu il təvəllüdlü X2 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Səfərova (Vəliyeva) Səidə Əsgər qızına verilməsi qərara alınmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia ərizəsi məhkəməyə 23.06.2020-ci il tarixində daxil olduğu üçün aliment məbləği həmin tarixdən başlayaraq (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(006)-434/2021 saylı qərardadı nəzərə alınmaqla) 01.01.2021-ci il tarixinədək 170 manat, 01.01.2021-ci il tarixindən isə uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25.10.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23.06.2020-ci il tarixindən başlayaraq, (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(006)-434/2021 saylı qərardadı nəzərə alınmaqla) 01.01.2021-ci il tarixinədək hər ay 170 (bir yüz yetmiş) manat, 01.01.2021-ci il tarixindən başlayaraq isə yetkinlik yaşına çatanadək hər ay 175 (bir yüz yetmiş beş) manat aliment Cavabdeh oğlundan tutularaq iddiaçı Vəliyeva (Səfərova) Səidə Əsgər qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 25.10.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23.06.2020-ci il tarixindən başlayaraq, (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(006)-434/2021 saylı qərardadı nəzərə alınmaqla) 01.01.2021-ci il tarixinədək hər ay 170 (bir yüz yetmiş) manat, 01.01.2021-ci il tarixindən başlayaraq isə yetkinlik yaşına çatanadək hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçı Vəliyeva (Səfərova) Səidə Əsgər qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-434/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-434/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver