Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4345/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsini, cavabdehin “X5 Ltd” şirkətində işləməsi və gəlirlərinin müəyyən edilməsi barədə sorğu göndərilməsini, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olan andan etibarən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin aliment qismində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 2015-ci ilin aprel ayından 2018-ci ilin aprel ayınadək faktiki nikah münasibətlərində olmuşlar. Belə ki, cavabdeh onun qonşusu olaraq, onunla gələcəkdə rəsmi nikaha daxil olmasını dəfələrlə vəd etmişdir. xx.xx.2016-cı il tarixdə qızları X6 doğulmuşdur. Uşağın atası olması barədə cavabdeh müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmişdir və bu barədə 1 saylı Bakı “Asan xidməti”nin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Faktiki nikah dövründə, cavabdeh ünvan 1 ünvanında icarəyə ev götürərək onunla həmin evdə yaşamış, ümumi təsərrüfat aparmış və uşağının tərbiyyəsi ilə yaxından məşğul olmuşdur. Həmin müddət ərzində, övladları doğulandan sonra da cavabdeh dəfələrlə onunla rəsmi nikaha daxil olacağını vəd etmişdir. 2018-ci ilin aprel ayından etibarən cavabdeh yaşadıqları ünvana bir neçə ay gəlməyərək, övladı ilə maraqlanmayaraq, tərəfindən heç bir maddi yardım etməyərək onda şübhələr yaratmışdır. Bir neçə telefon əlaqəsindən sonra cavabdeh digər qadınla rəsmi nakaha daxil olmasını bildirmiş və bu səbəbdən onunla və övladı ilə birgə yaşaya bilməyəcəyini qeyd etmişdir. Cavabdehin dəfələrlə rəsmi nikahda olan qadınla münasibətləri pozulmuş və o yenidən övladının yanına qayıdıb, rəsmi nikahını pozub onunla rəsmi hikaha daxil olmasını yenidən vəd edərək onu aldatmışdır. 2018-ci ilin aprel ayından etibarən bu günə qədər cavabdeh tərəfindən övladının saxlanılması üçün ona cəmi bir neçə dəfə 200-300 manat pul vəsaiti verilib. Bundan başqa heç bir yardım göstərilməyib. Dəfələrlə övladının səhhətində olan problemlər ilə əlaqədar əlaqə saxlamağa cəhd göstərsə də, uğursuz olub. O, hal hazırda işsizdir və azyaşlı övladının tərbiyyəsi ilə məşğuldur. Cavabdeh hal-hazırda “X5 Ltd” şirkətində işləyir və rəsmi gəliri vardır. Göstərilənlərə əsasən iddia ərizəsinə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsini, cavabdehin “X5 Ltd” şirkətində işləməsi və gəlirlərinin müəyyən edilməsi barədə sorğu göndərilməsini, xx.xx.2016cı il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olan andan etibarən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin aliment qismində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh onun qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, eyni zamanda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 1 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 315788 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 224 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 813910 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 4552 nömrə ilə qeyd edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-nin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı uşağın saxlanması üçün cavabdehin aylıq maaşının 1/4 hissəsi miqdarında aliment təyin edilməsini tələb edir, cavabdehin isə iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını və eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşağın saxlanılması üçün aliment cavabdehin qazancının (başqa gəlirlərinin) müəyyən hissəsi kimi tutulmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4345/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4345/2020
10.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver