Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-436/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.01.2020-ci il tarixdə təxminən saat 21.30 radələrində iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında X3 tərəfindən idarə olunan «QAZ-3110» markalı,**-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Salyan rayonu ərazisində hərəkətdə olarkən «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmış və X5 idarə etdiyi «VAZ- 21074» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Salyan rayon X10 X12 tərəfindən araşdırma aparılmış, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi «xxxx» ASC tərəfindən sığorta hadisəsi kimi tanınaraq sığorta ödənişinin ödənilməsi məqsədilə «QAZ- 3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı baxış keçirilmişdir. Dəymiş zərər «xxxx» ASC tərəfindən 370 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hesablanmış zərərlə razılaşmamışdır və ona təqdim olunan pul məbləğindən imtina etmişdir. Çünki «xxxx» ASC tərəfindən tərtib olunmuş Qüsur aktında heç də bütün görülməli işlər öz əksini tapmamışdır. Halbuki 05.01.2020-ci il tarixdə «xxxx» X4 Müəssisəsi tərəfindən tərtib olunmuş ziyan aktından göründüyü kimi, ona dəymiş ziyan 370 manat yox, 1220 manat təşkil edir. Buna görə də iddiaçı mülkiyyətində olan «QAZ- 3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə görə dəymiş 1220 manat dəyərində maddi ziyanın ödənilməsini tələb edir. Lazımi sənədlər əqdim olunmasına baxmayaraq «xxxx» ASC-nin əməkdaşları tərəfindən 1220 manatın iddiaçıya ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Halbuki qanunvericilik sığorta hadisəsi nəticəsində üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurulsa da, bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verir. Göstərilənlərə əsasən «xxxx» ASC-dən 1220 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 1250 manat məbləğində pulun tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 tərəfindən iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cəmiyyət ilə X8 arasında 21.08.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «VAZ-21074» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətə ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin 02.01.2020-ci il tarixdə qəzaya uğradığını və nəticədə «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təsnifatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. «xxxx» ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 500 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» ASC-dən 1220 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 1250 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən «xxxx» ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla, dəymiş ziyanın məbləği 500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən 02.01.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək «xxxx» ASC-nin hüququdur. «İcbari sığortalar haqqında» AR Qanunun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. «İcbari sığortalar haqqında» AR Qanunun 16.2-ci maddəsinə əsasən, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi, «Sığorta fəaliyyət haqqında» AR Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı tələbi əsassız hesab olunur. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə Şirvan RQİ və TBŞ tərəfindən verilmiş 23.11.2018-ci il tarixli AD seriyalı 347726 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, ** OL *** qeydiyyat nişanlı «QAZ-31105 120» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan «xxxx» KM-nin Avtoservisi tərəfindən tərtib olunmuş 05.01.2020-ci il tarixli ziyan aktından görünür ki, «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 1220 manat məbləğində ziyan dəymişdir. İş üzrə «xxxx» ASC tərəfindən tərtib edilmiş 01.03.2021-ci il tarixli hesablaşmanın nəticəsinin surətindən görünür ki, «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 500 manat məbləğində ziyan dəymişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2344 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan «xxxx» müəssisəsinin 05.01.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1190 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 02.01.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2344 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2005-ci il buraxılışlı «QAZ-3110» markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1190 manat təşkil etmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Halbuki işin halları sığortaçının iddiaçıya sığorta ödənişi təklif etdiyini, iddiaçının isə həmin məbləğlə razı olmaması səbəbindən bu məbləğin ödənilmədiyinə dəlalət edir. Başqa sözlə, burada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933-cü maddəsində göstərilən sığortaçının sığorta ödənişini qəsdən gecikdirməsi halı mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, sığortalı avtomobilin 2005-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin müəyyənləşdirilmiş 1190.00 manat məbləği əsas kimi tutularaq həmin məbləğ sığorta şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan 2005-ci il buraxılışlı «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1190 (bir min yüz doxsan) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əzəvi olmaqla, cəmi 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat «xxxx» ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan 2005-ci il buraxılışlı «QAZ-3110» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1190 (bir min yüz doxsan) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əzəvi olmaqla, cəmi 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat «xxxx» ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-436/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-436/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver