Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4384/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-99/2023-03 nömrəli qərara əsasən İddiaçı oğlu X4 iddiaçıdan alınaraq anası Cavabdeh verilməsi və verildiyi tarixdən aylıq 200 manat məbləğində alimentin hesablanması nəzərdə tutulan qətnaməsidir. Bildirilir ki, oğlunun anaya verilməsi qətnaməsi qərarın verildiyi tarixdən 7 ay sonra zorla verilmişdir. Ümumiyyətlə, oğlu 19 ay məhkəmə prosesləri zamanı iddiaçının himayəsində olub. MTT(006)-98/2022, xx.xx.2022ci il tarixli məhkəmə aktına əsasən oğlu Paşa Mikailin, Cavabdeh ilə ünsiyyətinə şərait yaradılması üçün qərar çıxarılıb və görüşlər ayda 2 dəfə olmaqla icra şöbəsində hər biri 20-30 dəqiqə olmaqla icra məmurlarının və iddiaçının iştirakı ilə keçirilib. 2(006)-99/2023- 03 nömrəli məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə uşağın iddiaçıdan alınaraq anasına verilərək işə yekun verilmişdir. Göründüyü kimi bu qərarlara əsasən 17 ay uşaq iddiaçıda olmuşdur. Öncəsində isə 2 ay daha bir ümddət var ki, ilk qərara qədər uşağa sadəcə iddiaçı baxmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 19 aya görə toplam 3800 AZN tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra iş üzrə Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi ilə razı deyildir. Belə ki, iddia aşağıdakılara görə aşkar əsassızdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-99/2023 saylı qətnaməsinə əsasən övladları xx.xx.2017-ci il təvəllüdlü Mikailin onun yanında saxlanılması, onun saxlanılması üçün atasından alimentin tutulması və alimentin uşağın atasında alınıb ona verildiyi vaxtdan hesablanması qərara alınmışdır. İddiaçı onun iradəsinə zidd olaraq, övladlarını götürüb qaçırmış, aylarla ondan gizlətmiş, uzun çəkən mübarizədən sonra o, övladına qovuşa bilmişdir. Həmin ilin oktyabr ayında icra təyin edilərək, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilmiş və uşaq iddiaçıdan alınaraq ona verilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir ki, surəti etiraza əlavə edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı bu müddətlərdə övladını qanuni əsas olmadan, əksinə qanunları pozaraq özündə saxlamışdır. Bundan əlavə, əgər bu müddətdə ata kimi uşağı saxlaya bilmirdisə, o zaman məhz həmin müddətdə ona qarşı aliment tələbinə dair iddia ilə və ya müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərdi. Lakin o, bunların heç birini etməmişdir. Deməli, bu müddətdə uşağı saxlamaq üçün alimentə ehtiyacı olmamışdır. Axı özü məhkəmələrdə həmişə hər fürsətdə həm də qışqıraraq bəyan etməyə çalışmışdır ki, kifayət qədər imkanlı şəxsdir, pullarının sayı-hesabı yoxdur, uşağını həmişə krallar kimi saxlamışdır. Hazırda isə uşaq onun yanındadır. Maraqlıdır ki, belə olan halda iddiaçı ondan almaq arzusunda olduğu alimenti kimin saxlanılmasına xərcləyəcək? Məhkəmədən xüsusi olaraq nəzərə alınmasını xahiş etmişdir ki, bu müddətlərdə ümumiyyətlə uşaqlarının iddiaçıda qalmasının hər hansı qanuni əsası olmamışdır. Göstərilənlərə əsasən, əsassız olan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, digər hakimin icraatında olan və cavabdehlə onun arasındakı başqa bir məhkəmə mübahisəsi zamanı o, cavabdehdən birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin ödənilməsini tələb etmişdir. Bu məhkəmə iclasının audio-video qeydiyyatına alınıb. Lakin məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmə iclas protokollarında hər hansı bir qeyd yoxdur və məhkəmə iclasının audio-video qeydiyyatı aparılmamışdır. Hesab edir ki, bir vətəndaş kimi bununla bağlı məsuliyyəti o yox, məhkəmə daşıyır. O, məhkəmə iclasında cavabdehdən alimentin ödənilməsini tələb etmiş və hesab etmişdir ki, bu qeydiyyata alınır. Bundan əlavə, elə bir tələbi oluğunu cavabdeh də inkar etmir. Onun məhkəmə iclasına gətirilərək ifadəsinin alınmasını tələb edir. Bu da mümkün olmadıqda bu faktı təsdiq edən şahidləri vardır. Onların məhkəmə iclasına dindirilməsini tələb edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İş üzrə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 17 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 28 dekabr 2017-ci il təvəllüdlü X6 doğulmuş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-99/2023 saylı qətnaməsi əsasında tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 28 dekabr 2017-ci il təvəllüdlü X4 anası X2 himayəsində saxlanılması, 28 dekabr 2017-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı X3 verilməsi, cavabdeh İddiaçı 28 dekabr 2017-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub iddiaçı X3 verilməsi, alimentin əvvəlinin 28 dekabr 2017-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı X3 verildiyi vaxtdan hesablanması qət edilmişdir. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan 28 dekabr 2017-ci il təvəllüdlü X4 ondan alınıb cavabdehə verildiyi tarixə qədər olan dövr üçün cəmi 3800 manat məbləğində alimentin cavabdehdən xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2023-031 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 28 dekabr 2017-ci il təvəllüdlü X6 anası X2 himayəsində saxlanılması, 28 dekabr 2017-ci il təvəllüdlü X6 borclu İddiaçı alınaraq tələbkar X3 verilməsi, borclu İddiaçı 28 dekabr 2017-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulub tələbkar X3 verilməsi və alimentin əvvəli 28 dekabr 2017-ci il təvəllüdlü X4 borclu İddiaçı alınaraq tələbkar X3 verildiyi vaxtdan hesablanması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu İddiaçı icra sənədinin icrası ilə əlaqədar Nəsimi rayon İcra şöbəsinin inzibati binasına xx.xx.2023-cü il tarixdə saat 11:00-da uşağı Paşa Mikailin gətirilməsinin təmin edilməsi tələb olunur. Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından göstərilən tarixdə nümayəndəsinin icra zamanı icrada iştirakının təmin edilməsi xahiş olunur. Eyni zamanda tələbkar X2 göstərilən tarixdə icra yerində iştirak etməlidir. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(006)-98/2022 saylı icra vərəqəsindən görünür ki, maraqlı şəxs (iddiaçı) X5 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə qismən təmin edilmiş, iş (2(006)-2498/2022 saylı əlaqəli mülki iş) üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə minənədək X2 yetkinlik yaşına çatmayan uşağı 28 dekabr 2017-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək ünsiyyətinə edilən maneə İddiaçı qadağan edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00484 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-99/2023 saylı icra vərəqəsindən görünür ki, 28 dekabr 2017-ci il təvəllüdlü X4 anası X2 himayəsində saxlanılması, 28 dekabr 2017-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı X3 verilməsi, cavabdeh İddiaçı 28 dekabr 2017-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub iddiaçı X3 verilməsi, alimentin əvvəlinin 28 dekabr 2017-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı X3 verildiyi vaxtdan hesablanması qət edilmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-99/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin inzibati binasında icra təyin edilmişdir. İcra zamanı 28 dekabr 2017-ci il təvəllüdlü X4 iş üzrə tələbkar X2 himayəsinə verilməsi təmin olunmuş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Tərəflər İddiaçı və X5 arasında yarana biləcək münaqişələri nəzərə alaraq həmin ailələri münaqişəli ailə kimi qeydiyyata götürməklə nəzarətdə saxlanılması xahiş olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 14.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 15.Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. 16.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 17.Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 18.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 19.Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 20.Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 21.Hazırki iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan 28 dekabr 2017-ci il təvəllüdlü X4 ondan alınıb cavabdehə verilməsinə qədərki dövr üçün cavabdehdən aliment tutulmasını tələb etsə də, qanunvericiliyin tələblərinə əsasən məhkəmə iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı hallarını müəyyən etdiyi halda əvvəlki dövr üçün aliment verilə bilər. Halbuki, hazırda qeyd edilən həmin hallar aşkar edilməmişdir. Yəni iddiaçının cavabdehin rəsmi ünvanına bununla bağlı bildirişi, şəxsi yazışmalarını və s. kimi buna bənzər şəxsi iradəsinin olması barədə təsdiqedici sübutları məhkəməyə təqdim etməmiş, yalnız şifahi formada ondan tələb etdiyini bildirmişdir ki, bu da məhkəmə tərəfindən əsassız hesab edilməlidir. 22.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment ” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4384/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4384/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver