Məhkəmə qərarları › İş №2(006)-4422/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4422/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4422/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat edən hərbi qulluqçu olan oğlu Qasımov Böyükağa Hüseynağa oğluna görə ona nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat edən hərbi qulluqçu olan oğlu Qasımov Böyükağa Hüseynağa oğluna görə ona nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət vəzifələrinin icrası zamanı xilməti yerində döyüş postunda düşmənlə üzbəüz səngərdə vəfat etmiş hərbi qulluqçu olan oğlu Qasımov Böyükağa Hüseynağa oğluna görə ona ödənilməyən arada olan fərq – 9.900 manat məbləğində sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət X4 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Qasımov Böyükağa Hüseynağa oğlu Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidmətləri olmuşdur. Oğlu B.Qasımov düşmənlə üzbəüz döyüş mövqelərində düşmənlə təmas xəttində, Xanlar rayonu ərazisində Murovdağ dağ silsilələrində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı ağır xəstələnmiş və xx.xx.2000-ci il tarixdə kəskin ağ ciyər-ürək damar çatmamazlığından vəfat etmişdir. Övladı xx.xx.2000-ci il tarixdə Zərdab rayonu Alıcanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Alıcanlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2000-ci il tarixdə oğlunun ölüm faktını təsdiq edən AZ seriyalı 048027 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin o, bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin döyüşən hərbi hissəsində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı vəfat etmiş oğluna görə icbari sığorta pulunu ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət X2 aldıqları məktubda ona 1.100 manat ödənildiyi bildirilərək, ona fərqin ödənilməsindən mədəni şəkildə imtina edilmişdir. 11.000 manat ödənilməmişdir. Sığorta məbləği onun ailəsinə ödənilməmişdir. Hamıya bu məbləğ ödənildiyi halda nədənsə ona 1.100 manat ödənilmişdir. Ona görə də hesab edir ki, həbi xidməti vəzifələrinin icrası zamanı vəfat etmiş oğluna görə qanunla nəzərdə tutulan sığorta məbləğinin ödənilməsi üçün Dövlət X3 etirazı əsassızdır. Hesab edir ki, onun xidməti vəzifələrinin icrası zamanı döyüş mövqeyində düşmənlə üzbəüz səngərdə vəfat etmiş oğlu barəsində sığorta ödənişindən imtina əsassızdır. Ona 1.100 manat verilmişdir. Arada olan fərq – 9.900 manat təşkil edir və həmin məbləğ ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Firudin oğlu Azərbaycan Respublikası Dövlət X4 müraciət edərək, övladı, mərhum hərbi qulluqçu Qasımov Böyükağa Hüseynağa oğluun vəfat etməsi ilə əlaqədar onun vərəsələrinə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilmədiyini bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət X6 araşdırma aparmış və müəyyən olunmuşdur ki, B.İddiaçı vəfat etməsi ilə əlaqədar Şirkətin elektron informasiya bazasının məlumatına əsasən Zərdab rayon dövlət sığorta filialı tərəfindən 5.500.000 AZM, yəni 1.100 AZN sığorta məbləği xx xxxxxx 2000-ci il tarixdə onun vərəsəsinə ödənilmişdir. Bu səbəbdən, hesab edirlər ki, hazırkı iddia əsassızdır, təmin edilə bilməz. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2000-ci il tarixdə Zərdab RHK-dan çağırılmış, 1981-ci il təvəllüdlü Qasımov Böyükağa Hüseynağa oğlu N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 4 saylı əmri ilə əsgər hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 4-cü motoatıcı bölükdə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə döyüş gözləmə mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən kəskin ağ ciyər – ürək-damar çatışmazlığından vəfat etmişdir. Dövlət X3 xx.xx.2020-ci il tarixli 07-07-151 saylı məktubundan görünür ki, İddiaçı Firudin oğlu Azərbaycan Respublikası Dövlət X4 müraciət edərək, oğlu, mərhum hərbi qulluqçu Qasımov Böyükağa Hüseynağa oğluun vəfat etməsi ilə əlaqədar onun vərəsələrinə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilmədiyini bildirmişdir. B.İddiaçı vəfat etməsi ilə əlaqədar Şirkətin elektron informasiya bazasının məlumatına əsasən Zərdab rayon dövlət sığorta filialı tərəfindən 5.500.000 AZM, yəni 1.100 AZN sığorta məbləği xx xxxxxx 2000-ci il tarixdə onun vərəsəsinə ödənilmişdir. Göründüyü kimi, xx xxxxxx 2000-ci il tarixdə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilərək, 1.100 AZN sığorta məbləği B.İddiaçı vərəsəsinə ödənilmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat edən hərbi qulluqçu olan oğlu Qasımov Böyükağa Hüseynağa oğluna görə ona nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat edən hərbi qulluqçu olan oğlu Qasımov Böyükağa Hüseynağa oğluna görə ona nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar