Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4430/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 fevral 2015-ci il tarixdə doğulmuş övladı X2 və 04 iyul 2021-ci il tarixdə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləği kimi hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat miqdarında alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlanaraq, Cavabdeh ilə aralarında bağlanmış 03 iyul 2018-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin iyul ayının 03 tarixində 1766 nömrə ilə qeyd olunmuş nikahın ləğv edilməsi, 03 fevral 2015-ci il tarixdə övladları X2 və 04 iyul 2021-ci il tarıxdə X3 anası İddiaçı yanında və himayəsində saxlanılması, 03 fevral 2015-ci il tarixdə doğulmuş X2 və 04 iyul 2021-ci il tarıxdə doğulmuş X3 atasının razılığı olmadan ölkə xaricinə sərbəst surətdə gedib-gəlmə və atasının razılığı olmadan onlara xarici pasport verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonradan İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlanaraq, nikahın pozulması, uşaqların himayəsində saxlanılması və onların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə 03 iyul 2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin iyul ayının 03 tarixində 1766 nömrə ilə qeyd edilmişdir. Bu evlilikdən 03 fevral 2015-ci il tarixdə övladları X6 və 04 iyul 2021-ci il tarıxdə X8 doğulmuşdur. İlk əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehin iddiaçıya qarşı münasibəti soyuq olmuş və hal-hazırda 2024-cü il tarixdən bu günə qədər ayrı yaşayırlar. Cavabdeh bu günə qədər uşaqları bir dəfə də olsun görməmiş və mənəvi-maddi dəstək göstərməmişdir. Bütün bu olanlar səbəbindən iddiaçı uşağa aliment tələb etmək fikrindədir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, uşaqlarına baxmağa razıdır, sadəcə tələb olunan məbləğdə ödəniş etməyə imkanı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı Bakı ASAN X10 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-T seriyalı, 073032 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1766 nömrəli akt qeydi ilə qeydə alınmaqla bağlanmışdır. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 239258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 avqust 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 542606 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X9 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Nəsimi rayonu MTK-nın 33 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 347 saylı arayışından görünür ki, İddiaçı 3-cü Alatava küçəsi 394 saylı evin öz/HİK nömrəli mənzilində ailəsi ilə birlikdə müvəqəti qeydiyyatsız yaşayır. “Olimpik Star idman və əyləncə Mərkəzi”nin xx.xx.2025-ci il tarixli, 003 saylı arayışından görünür ki, İddiaçı “Olimpik Star idman və əyləncə Mərkəzi”ndə nəzarətçi vəzifəsində işləyir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/2025-00633 saylı, xx.xx.2025-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışa əsasən, xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya prosesində yalnız İddiaçı iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. (mediator: A.Hacıyev) Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 1980/2025 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı və Cavabdeh 2018-ci ilin iyul ayının 03 tarixində nikaha daxil olmuşdular. İddiaçı və Cavabdeh birgə nikahından 03 fevral 2015-ci il təvəllüdlü X6 və 04 iyul 2021-ci il təvəllüdlü X9 doğulmuşdur. 2024-cü ilin avqust ayından tərəflər ayrı yaşayırlar. Azyaşlılar-03 fevral 2015-ci il təvəllüdlü X6 və 04 iyul 2021- ci il təvəllüdlü X9 isə anaları-İddiaçı ilə birgə ünvan 1 ünvanında yaşayırlar. İddiada qaldırılan məsələyə dair rəy verilməsi üçün tərəflər və azyaşlı uşaqlar Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyasına” dəvət edilmiş və onların məsələyə dair münasibətləri öyrənilmişdir. İddiaçı komissiyanın iclasında çıxış edərək, azyaşlı övladları - 03 fevral 2015-ci il təvəllüdlü X6 və 04 iyul 2021-ci il təvəllüdlü X4 onun yanında saxlanılması barədə rəy verilməsini xahiş etdi. Bunu onun ilə əsaslandırdı ki, azyaşlıların təlim-tərbiyəsi və sağlamlığı ilə daima o, özü məşğul olub. Cavabdeh isə komissiyanın iclasında iştirak etməsədə telefon (+99450871-02-35) ilə yaradılan əlaqə zamanı azyaşlı övladları-03 fevral 2015-ci il təvəllüdlü X2 və 04 iyul 2021-ci il təvəllüdlü X4 iddiaçı-İddiaçı yani analarının yanında saxlanılması etiraz etmədiyini bildirmişdir. Komissiyada Azərbaycan Respublikası Ailə məcəlləsinin 52-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 7.4-cü bəndinin tələbinə uyğun olaraq, 03 fevral 2015-ci il təvəllüdlü X2 fikiri dinlənildi. Azyaşlı hal-hazırda anası ilə birgə qaldığını qeyd edərək, bundan sonra da anası-İddiaçı yanında saxlanmasını istədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1 maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56.1 maddəsinə əsasən valideynlər öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər ayrı yaşadıqda belə bu hüquq və vəzifələri özlərində saxlayırlar. Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” qeyd olunanları, uşağın fikirini, uşaqların yaşını, onların hər iki valideynə bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, uşaqların tərbiyə edilməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini, həmçinin tərəflərin Ailə Məcəlləsinin 60.4-cü maddəsinə uyğun olaraq razılığa gəldiklərini nəzərə alaraq: Azyaşlılar - 03 fevral 2015-ci il təvəllüdlü X2 və 04 iyul 2021-ci il təvəllüdlü X4 anaları (iddiaçı) İddiaçı yanında saxlanılmasını məqsədə uyğun hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024cü il tarixli Qərarı: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Onların xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladları vardır. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaqlar isə faktiki olaraq analarının yanındadırlar. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, müsbət nəticə əldə etməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, cavabdeh nikahın pozulması və uşaqların ananın himayəsinə verilməsi hissəsində iddianı qəbul etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı qəbul etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşaqların da mənafelərinə uyğundur. Buna görə də onun həmin hissədə iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Eyni zamanda qəyyumluq və himayəçilik orqanından alınmış rəydə də uşaqların analarının himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu baxımdan hər iki tərəfin nikahın pozulmasında mövqeyi nəzərə alınmaqla məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək ananın, yəni hazırkı iş üzrə İddiaçı himayəsində saxlanmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın ananın yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə, mənafeyinə xidmət edəcəkdir. Aliment tələbinə dair hissəyə gəldikdə məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməli və hər uşağa görə 2025-ci il üzrə minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,5 misli həddində (400 x 0,5 = 200 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə X5 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1766 nömrəli akt qeydi ilə qeydə alınmaqla bağlanmış nikah pozulmalı, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalmalı, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli, ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda iddiaçının mediasiya xərci kimi ödədiyi 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Şirəliyeva (Məmmədova) Bənövşə Mayıl qızı arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1766 nömrəli akt qeydi ilə qeydə alınmaqla bağlanmış nikah pozulsun. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 Bənövşə Mayıl qızının yanında (himayəsində) qalsın. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli, ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4430/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4430/2025
28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver