Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4443/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayənəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X7 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Nərimanov" filialı ilə X7 arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-78 nömrəli kredit müqaviləsinə əsasən X6 12 (on iki) ay müddətinə illik 18 faiz dərəcəsində hesablanmaqla, 65.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə onun verdiyi etibarnaməyə əsasən X7 ilə Bank arasında 01 aprel 2011-ci il tarixli. 11-26 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 0,05129 ha torpaq sahəsində. 7 saylı binada yerləşən, bir mərtəbəli, dörd otaqlı 165,74 kv.nı ümumi sahəsi olan, 6 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.Qubadlı Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli, 2(028)-586/2015 saylı qətnaməs ilə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi və borcun ipoteka predmetı olan mənzilə yönəldilməsi tələbi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli, 2(105)-28 2017 saylı qətnaməsi ilə iddiaçı «Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Problemli Kreditlərlə iş Departamentinin direktoru A.Əliyevin apelyasiya şikayəti qismən təmin ediərək. Qubadlı Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)- 586/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X4 prosessual hüquqi varisi İddiaçı 01 aprel 2011-ci il tarixli, 11-78 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 29.600 (iyirmi doqquz min altı yüz) manat əsas borc, 10.440,85 (on min dörd yüz qırx manat səksən beş qəpik) manat məbləğində faiz borcu və 1.000 (bir min) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 41.040,85 (qırx bir min qırx manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhindar Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh X4 prosessual hüquqi varisi İddiaçı bankın xeyrinə tutulmalı olan məbləğ ilk növbədə 01 aprel 2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 0,05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən bir mərtəbəli, dörd otaqiı, 165,74 kv.m ümumi sahəsi olan, 6 saylı mənzilə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 0,05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən, bir mərtəbəli, dörd otaqlı, 165,74 kv.m ümumi sahəsi olan, 6 saylı mənzilin hərracda satılması üçün ilkin satış qiyməti 100.000 (bir yüz min) manat müəyyən edilib, mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan cavabdeh İddiaçı tutduğu yaşayış sahəsi ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzil boşaldılması, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X4 prosessual hüquqi varisi cavabdeh İddiaçı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı’’ ASC-yə ödənilməsi və iddia tələbinin - «cavabdeh İddiaçı ilə birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzil boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilsin» hissəsində təmin edilməməsi və iddiaçı tərifindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdeh İddiaçı alınıb AZ.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013(**********003944 SWİFT BiK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Ümumiyyətlə, yuxarıda göstərdiyi məsələlərdən təzəlikcə xəbəri olmuşdur. Belə ki, 2011-ci ilin əvvəllərində X7 ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin, bank tərəfindən onun adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün ona etibarnamə verilməsini xahiş etmişdir. O, da kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə Beynəlxalq Bankdan kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka mlqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Elxan krediti götürdüyü vaxtdan sonra 18 aprel 2011-ci il tarixdə vəfat etmişdir. O, sonra hesab etmişdir ki Elxanın götürdüyü kredit məbləği sığortalı olduğundan borc hansısa sığorta şirkəti tərifindən ödəniləcəkdir. Özü yaşlı və xəstə olduğundan bu məsələlərlə məşğul olmağı tanışı olan X5 xahiş etmiş və ona etibarnamə vermişdir. Hazırda, ailənin yeganə yaşayış evi olan mübahisəli mənzil əlindən çıxmaq təhlükəsi ilə üz-üzədir. Onunla bağlanmış ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamış və bu səbəbdən də, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət elmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(006)-1761/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edərkən iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Halbuki, o, iddia ərizəsində qeyd etdiyi kimi, ipoteka müqaviləsinin bağlanmasından icra hərəkətləri zamanı məlumatı olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Nərimanov" filialı ilə X7 arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-78 nömrəli kredit müqaviləsinə əsasən X6 12 (on iki) ay müddətinə illik 18 faiz dərəcəsində hesablanmaqla, 65.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə İddiaçı verdiyi etibarnaməyə əsasən X7 ilə Bank arasında 01 aprel 2011-ci il tarixli. 11-26 nömrəli ipoteka müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 0,05129 ha torpaq sahəsində. 7 saylı binada yerləşən, bir mərtəbəli, dörd otaqlı 165,74 kv.nı ümumi sahəsi olan, 6 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilk əvvəl götürdüyü kredit məbləği üzrə ödənişləri vaxtıvaxtında etsə də, sonradan kredit məbləğini vaxtı-vaxtında qaytarmamışdır. Müqavilə hazırda qüvvədədir, onun ləğv üçün hər hansı əsas yoxdur. Ödənişlər isə ödəniş gününün məzənnəsinə uyğun olaraq həyata keçirilməlidir. Faizlər də daxil olmaqla, ödənişin forması, qaydası və müddətləri tərəflər arasında qarşılıqlı razılığa əsasən müqavilə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianı əsassız hesab edirlər və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan X7 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı lakin AR-İ N 035000 saylı etibarnaməyə əsasən X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsində istifadədə olan 0.05129 ha torpaq sahəsində yerləşən 7 nömrəli 1 mərtəbəli binada yerləşən 165.74 kv.metr ümumi, 82.8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 6 nömrəli mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1761/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1727/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(006)-1761/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(006)-1761/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2698/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1727/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Nərimanov" filialı ilə X7 arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-78 nömrəli kredit müqaviləsinə əsasən X6 12 (on iki) ay müddətinə illik 18 faiz dərəcəsində hesablanmaqla, 65.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə İddiaçı verdiyi etibarnaməyə əsasən X7 ilə Bank arasında 01 aprel 2011-ci il tarixli. 11-26 nömrəli ipoteka müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 0,05129 ha torpaq sahəsində. 7 saylı binada yerləşən, bir mərtəbəli, dörd otaqlı 165,74 kv.nı ümumi sahəsi olan, 6 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda iddiaçı ipoteka müqaviləsinin bağlanmasından yenicə xəbər tutduğunu qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi, "xxxx" ASC cavabdehlər X6 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə birinci və apelyasiya instansiyası məhkəmələrində baxılan dövrdə məhkəmə iclaslarında İddiaçı adından onun nümayəndəsi X9 iştirak etmiş və mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsindən xəbərdar olmuşdur. Beləliklə iddiaçının ipoteka müqaviləsinin bağlanmasından uzun müddət öncə məlumatlı olması yuxarıda qeyd edilən iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanan ipoteka müqaviləsinin ləğv edilməsini tələb etsə də, müqavilənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmadı. Əksinə tərəflərin mübahisəsiz izahatlarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, hazırda onun cavabdehə mübahisəli müqavilə üzrə borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin ləğv edilməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4443/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4443/2023
01.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver