Məhkəmə qərarları › İş №2(006)-4455/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4455/2024

12.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4455/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X7 Zahid oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 ay üçün ümumilikdə 960 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin Qaradağ rayonunda yerləşən müəssisəsində mühafizəçi vəzifəsində 3 ay işləsə də, həmin ayların əmək haqqısını ala bilməmişdir. Cavabdeh təşkilat Qobustanda yeləşən günəş panellərinin mühifəzsi ilə məşğul olur. İddiaçı 2024-cü ilin aprel-avqust ayları ərzində ümumilikdə 3 ay mühfizəçi kimi işləmişdir. Əmək haqqı olaraq iddiaçıya günlük 40 manat ödənilməsi sözü verilmişdir və bu barədə mart ayında müqavilə imzalanmışdır. İş günü 24 tam iş saatı işləyib, sonra 48 saat istirahət edirdi. İddiaçı aprel ayında 10 dəfə 24 saat, may ayında isə 11 dəfə 24 saat işləmişdir. İddiaçı iyun ayında da 10 dəfə işə çıxmışdır. İddiaçı hazırkı vaxta qədər cavabdehdən əmək haqqısını ala bilməmişdir. Bu barədə rəhbərliyə öz etirazını bildirsə də, onlar iddiaçını işdən çıxarmaqla hədələyib işə çıxmağına imkan verməmişdirlər. İşə başlamamışdan əvvəl qiyməti 200 manata yaxın olan xüsusi geyimi də iddiaçıya öz hesabına aldırmışdılar. İddiaçı orada işə çıxdığı müddətdə həmin paltara görə ödədiyi pulu geri ala bilməmişdir. İyul ayından etibarən iddiaçı işə çıxa bilmədiyinə görə 02 iyul 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. Xidmətdən iddiaçıya verilən cavabda götərilmişdir ki, DƏMX tərəfindən qanun pozuntusu müəyyənləşdirmiş və cavabdeh haqqında inzibati məsuliyyətə cəlb olunması ilə bağlı araşdırma başlanmışdır. "xxxx" ASC-dən əldə etdiyi maaş kartından çıxarışdan görünür ki, işlədiyi müddət ərzində iddiaçının hesabına cəmi 174,92 manat vəsait daxil olmuşdur. Yəni cavabdeh bütün bu müddət ərzində iddiaçıya ancaq bu qədər ödəniş etmişdir. İddiaçı nağd şəkildə cavabdehdən hansısa ödəniş almamışdır. Daha sonra iddiaçı yaxınlarının tövsiyəsi və köməyi ilə elektron hökümət portalına baxmış və onunla əmək müqaviləsinin rəsmi 2024-cü ilin aprel ayında deyil, may ayının 8-də bağlandığını görmüşdür. Əmək haqqının da 400 manat deyil, minimum əmək haqqı olan 345 manat olduğunu görmüşdür. İddiaçı işə daxil olarkən həyat yoldaşının ağır xərçəng xəstəsi olduğunu, maddi vəziyyətinin çətin olduğunu bildirmişdir. Lakin cavabdeh bütün bunları nəzərə almadığı kimi, əmək müqaviləsini də gec bağlamışdır. Digər tərəfdən işə götürən qismində çıxış edən cavabdeh Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə zidd olaraq minimum əmək haqqı məbləğində belə iddiaçıya əmək haqqı ödəməmişdir. Əmək müqaviləsi 3 aylıq müddətin bitimində Əmək Məcəlləsinin 68-ci maddəsini “b” bəndinə əsasən xitam verilib. Lakin cavabdeh iddiaçı ilə son haqq-hesabı aparmamışdır. Məhkəmə iclasında İddiaçı cavabdehlə razılığa gəldiklərini, aralarında barışıq sazişi bağladıqlarını bildirmişdir. Buna əsasən barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaçı ilə razılığa gəldiklərini, aralarında barışıq sazişi bağladıqlarını bildirmişdir. Buna əsasən barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1) Cavabdeh "X5 Group" MMC İddiaçı iki aylıq kompensasiya olaraq 690 manat pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2) İddiaçı kompensasiyanın ödənilməsindən sonra iddiadan imtina etməyi öhdəsinə götürür. 3) İddiaçı kompensasiyanın məbləği və şərtləri barədə ictimaiyyətə məlumat verməyəcəkdir. İddiaçı bu öhdəliyi pozduğu halda məsuliyyət daşımağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 12 sentyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Cavabdeh "X5 Group" MMC İddiaçı iki aylıq kompensasiya olaraq 690 manat pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2) İddiaçı kompensasiyanın ödənilməsindən sonra iddiadan imtina etməyi öhdəsinə götürür. 3) Tərəflər razılığa gəlirlər ki, iddiaçı kompensasiyanın məbləği və şərtləri barədə ictimaiyyətə məlumat verməyəcəkdir. İddiaçı bu öhdəliyi pozduğu halda məsuliyyət daşımağı öhdəsinə götürür. İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar