Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4459/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümyəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X11 üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X11 üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 Şirkətindən, 17 yanvar 2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi Lancer" markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olan 4320 manat pulun və dövlət rüsumu olan 30.40 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 yanvar 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyi "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, iş üzrə üçüncü şəxs X3 idarə etdiyi "Mitsubishi Lancer" markalı **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan vuraraq, ona maddi zərər vermişdir. Həmin avtomobil iş üzrə cavabdeh "Dövlət Sığorta Kommersiya Şirkəti"xxxx"X10 Şirkəti"nə məlumat verilmiş və şirkətin əməkdaşları tərəfindən avtomobillərə baxış keçirilmişdir. Siğorta hadisəsinin üzərindən 1 (bir) ilə yaxın müddət keçməsinə baxmayaraq siğorta şirkəti, iş üzrə üçüncü şəxs X4 məxsus "Mitsubishi Lancer" markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəmir və bundan qərəzli olaraq yayınır. Nəticədə, X4 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan özü tərəfindən ödənilmişdir. İş üzrə cavabdeh "Dövlət Sığorta Kommersiya Şirkəti" ona göndərdiyi, 12 avqust 2020-ci il tarixli, 06-06/1569 nömrəli məktubla sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməyinin səbəbi də, "X10 Şirkəti"ndən iş üzrə üçüncü şəxs X4 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanının ödənilməsini məhkəmədən xahiş etməkdir. Məlumat üçün bildirir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsində qeyd olunur ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. İddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçının əsl İddiaçı Əbdülrəhman oğlu ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaçının subyektiv hüququnun olmadığına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İXP seriyalı, ******* nömrəli, 18.01.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17.01.2020-ci il tarixli, 011 nömrəli aktın surətindən görünür ki, müayinə olunan şəxs X6 alkoqol qəbul etməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17.01.2020-ci il tarixli, 012 nömrəli aktın surətindən görünür ki, müayinə olunan şəxs X11 alkoqol qəbul etməmişdir. AD serialı, 657213 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. AD serialı, 133484 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. PDS**********4 saylı, 13.01.2020-ci il tarixli elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, İddiaçı məxsus "Tofaş Şahin" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Əmlaka vurulan zərər görə sığorta məbləği 5000 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 12.08.2020-ci il tarixli, 06-06/1569 nömrəli cavab məktubundan görünür ki, 17.01.2020-ci il tarixində Oğuz şəhərində "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin baş vermiş yol nəqliyyat hadisəsi, şirkətin sığorta hadisələri departamentinin qiymətləndirmə şöbəsinin baş mütəxəsisi R.Abbasovun və Oğuz rayon filiallının direktoru S.Seyidovanın iştirakı ilə tərtib edilmiş akta və kənd sakinlərinin söhbətinə əsasən müəyyən edilmişdir ki, yuxarda göstərilən avtomobillər həmin vaxt həmin yerdə toqquşmamışlar. Bu səbəbdən də "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin verilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.11.2021-ci il tarixli, 9/7118 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “**********” VÖEN-nin 18.01.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.940 manat müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi 17.01.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus "Mitsubishi Lancer" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, sahibi İddiaçı sahibi olduğu "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X9 baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş, bu avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər iddiaçı tərəfindən tam ödənildiyindən, həmçinin sığortaçının sığorta ödənişinin həyata keçirilməsindən imtina etmək üçün qanuni əsası olmadığından, İddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.11.2021-ci il tarixli, 9/7118 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “**********” VÖEN-nin 18.01.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Mitsubishi Lancer" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.940 manat müəyyən edilmişdir. Məhkəmə İddiaçı məxsus "Mitsubishi Lancer" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3.940 manat məbləğdə müəyyən edilməsini daha ağlabatan sayaraq qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehdən İddiaçı xeyrinə sığorta ödənişi qismində 3.940 manat məbləğində pul tutulmalıdır. Belə ki, avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi kimi 3.940 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 27 manatı, cəmi 3.967 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməlidir. Ekspertiza təqdiqatının aparılmasına görə isə 100 manatın 9 manatı İddiaçı, 91 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişi kimi 3.940 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 27 manatı, cəmi 3.967 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 9 manatı İddiaçı, 91 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4459/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4459/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver