Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4498/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment » tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 29.06 2018-ci il tarixində Sumqayıt “ASAN xidmət" mərkəzində 1645 № ilə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2019-cu il tarixdə X4 adlı bir qızları var. Ər-arvad olduqları ilk vaxtlarda mehriban yaşasalarda,sonradan ailə münasibətləri pozulmağa başlamışdır.Teztez aralarında mübahisələr yaranmağa başlamışdır. Cavabdeh onu aldatmış və xəyanət etmişdir.Fuad bir qadın kimi ona hörmət qoymamış və evə vaxtında gəlib getməmişdir. İddiaçı, Cavabdeh özündən və uşağından soyuduğunu bildirişdir. Dəfələrcə ailəsini bərpa etməyə çalışmışdir.O isə bundan sui istifadə etmiş,qazandığı pulları kafe, restoranlarda xərcləyərk özü üçün əylənmişdir.Ailə münasibətləri tamamilə pozulmuşdur. Cavabdeh fərdi əməklə,yəni elektrik əaliyyəti ilə məşğuldur. Onun qazancı dəyişkəndir. O, üzərinə düçən valideynlik hüququnu ümumiyyətcə yerinə yetirməmişdir. Uşağına hecbir maddi köməklik göstərməmişdir. Cavabdeh ilə nigahları rəsmi olaraq pozulmuşdur.İddiaçı ona görə də ozünün və uşağının maddi təminatlarının təmin olunması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh olan X1 üçün iddiaçıya maddi köməklik lazımdır, bunu isə cavabdeh könüllü olaraq etmək istəmir. Belə bir vəziyyətdə iddiaçı olduqca çətinlik çəkir, uşağın maddi ehtiyaclarını təkbaşına ödəyə bilmir. xx xxxx 2019-cu ildə anadan olmuş X2 iddiaçının, 18 yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit məbləğdə alimentin və X4 3 yaşına çatana qədər hər ay 200 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 izahat verərək, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 278259 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1645 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Parlanzadə soyadı verilmişdir. İş materiallarındakı 1 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 269628 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5xx xxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan bir övladları olmuşdur. İddiaçı 200 manat aylıq sabit pul məbləğində alimentin, eləcə də, xx xxxx 2019-cu il təvəllüdlü X2 3 yaşına çatana qədər 200 manat alimentin tutulmasını tələb edir, cavabdeh isə iddianı qismən qəbul edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianın qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçı uşağa görə aylıq sabit pul məbləğində 200 (iki yüz) manat pulun tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdehin əmək haqqının məbləği qeyri-müəyyən olaraq alır (bu məbləğ müəyyən edilmiş yaşayış minimumundan aşağı ola bilər). «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Belə olan halda, məhkəmə, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ayda 170 (bir yüz yetmiş) manat pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir. İddiaçının alimentlə bağlı digər tələbi xx xxxx 2019-cu il təvəllüdlü X4 3 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pulun tutulması ilə bağlı olmuşdur. İddiaçı tələbini bu hissədə bir uşağın 3 yaşına çatmaması, bu səbəbdən özünün işləyə bilməməsi ilə əsaslandırmışdır. İş materiallarından göründüyü kimi, xx xxxx 2019-cu il təvəllüdlü X4 hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, iddia tələbinin bu hissədə qismən təmin edilməsini, X5 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment məbləğləri həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat, habelə X4 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat, habelə X4 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4498/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4498/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver