Məhkəmə qərarları › İş №2(006)-453/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-453/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-453/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və mülkiyyətində olan avtomobilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin siinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 04- 905/3 saylı saxta ipoteka müqaviləsinin ləğv edilməsi, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin, ipoteka yüklülüyündən azad edilməsi, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə rəsmi məlumat verilməsinin təmin edilməsi və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli 04-905/3 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilməsi, bununla bağlı rəsmi məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İpotekaya xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin silinməsi barədə” iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X2, X1 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi üzrə tələbinə Yasamal Rayon Məhkəməsində (hakim X3) baxılmışdır. Yasamal Rayon Məhkəməsində 2(004)-237/2014 nömrəli iş üzrə 05 noyabr 2014- cü il tarixdə qətnamə çıxarılarkən iddiaçının cavabdeh İddiaçı münasibətdə ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobilin DİN BDYPİ-İ tərəfindən tutularaq bankın saxlancına verilməsi və açıq hərracdan satılmasına dair tələbi üzrə məhkəmə araşdırması zamanı xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni imzanın cavabdeh İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi cavabdeh İddiaçı aid hissədə rədd edilərək iddia qismən təmin edilmişdir. İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilərək xx.xx.2012-ci il tarixli 04-905/3 nömrəli saxta ipoteka müqaviləsinin ləğv edilərək ona məxsus «Ranqe Rover» markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip:Universal, 2006 buraxılış ili, ban: SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilib bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirdliyinin Baş X7 İdarəsinə rəsmi məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunda xx.xx.2023-cü il tarixli ərizəyə baxılaraq Əmanətlərin Sığorta Fondunun xx.xx.2023-cü il tarixli **********784 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməsindən imtina edilərək kredit borcu bağlandıqdan sonra qeyd olunan avtomobilimin girovdan azad edilməsinin mümkün olması bildirilmişdir. Məhkəmə iclasnda iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan avtomobili 2015-ci il tarixdən bankda girovdadır. Borcunun olmaması ilə bağlı məhkəmə qərarı mövcuddur. Bununla bağlı banka yazılı qaydada müraciət də edib. Qeyd edilən iş üzrə cinayət işi başlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2(004)-237/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdehlər X2, X1 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi cavabdeh İddiaçı münasibətdə təmin edilməmişdir (xx.xx.2012-ci il tarixli 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən LPO Cavabdeh ASC-yə ünvanlanmış ərizədən görünür ki, ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilərək, bununla bağlı məlumatı AR DİN BDYPİ-yə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli LPO Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda kredit borcu bağlandıqdan sonra “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, buraxılış ili 2006-cı il, ban SALMF15426A235545, qara rəngli) avtomobilin girovdan azad edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı Qərarı ilə Cavabdeh ASC müfliis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədə bildirilmişdir ki, LPO "xxxx" ASC olaraq icraatda olan 2(006)-4548/2023 saylı mülki işe elektron müvafiq ərizə va vəsatətlə müraciət imkanı yalnız 25 dekabr tarixindən yaranmışdır. Bankla cavabdehler arasında kredit öhdəliyi və ipotekaya tutma yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi 2014-cü il tarixində yekunlaşsa da tərəf müvafiq əqdin mübahisələndirilməsini, qanunvericiliklə nəzərdə tutulmus müddəti ötürməklə, 9 ildən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddisinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddisinə əsasən həmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddisinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. O, məhkəmədən İddiaçı Mülki Məcəllənin 354-cü maddəsində göstərilmiş iddia müddətini ötürdüyünü nəzərə alaraq iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 82.3-cü Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh ASCnin cavabdehlər X2, X1 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi üzrə tələbinə Yasamal Rayon Məhkəməsində baxılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2014 nömrəli mülki işi üzrə 05 noyabr 2014- cü il tarixdə qətnamə çıxarılarkən iddiaçının cavabdeh İddiaçı münasibətdə ona məxsus “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobilin DİN BDYPİ-İ tərəfindən tutularaq bankın saxlancına verilməsi və açıq hərracdan satılmasına dair tələbi üzrə məhkəmə araşdırması zamanı xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadakı imzanın saxtalaşdırılması, yəni imzanın cavabdeh İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edildiyindən, iddia tələbi cavabdeh İddiaçı aid hissədə rədd edilərək iddia qismən təmin edilmişdir. İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilərək xx.xx.2012-ci il tarixli 04-905/3 nömrəli saxta ipoteka müqaviləsinin ləğv edilərək ona məxsus «Ranqe Rover» markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip:Universal, 2006 buraxılış ili, ban: SALMF15426A235545, qara rəngli) avtomobilin ipoteka yüklülüyündən azad edilib bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirdliyinin Baş X7 İdarəsinə rəsmi məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunda xx.xx.2023-cü il tarixli ərizəyə baxılaraq Əmanətlərin Sığorta Fondunun xx.xx.2023-cü il tarixli **********784 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməsindən imtina edilərək kredit borcu bağlandıqdan sonra qeyd olunan avtomobilimin girovdan azad edilməsinin mümkün olması bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin vəsatəti əsassızdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır (iş materialları ilə müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2014 nömrəli mülki işi üzrə 05 noyabr 2014cü il tarixdə qətnaməsi qanuni qüvvəyə minməsinə baxçyaraq LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu tərəfindən əsassız olaraq ipoteka predmeti girovdan azad edilməmiş və bununla da İddiaçı mülkiyyət hüququları pozulmuşdur). İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Digər tərəfdən məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC cavabdehlər X2, X1 və İddiaçı qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaklara tələb yönəldilməsi»nə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi cavabdeh İddiaçı münasibətdə təmin edilməmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsi məhkəmə araşdırması zamanı məhkəmə ekspertizasının rəyinə əsaslanaraq İpoteka müqaviləsinin Əlavə Razılaşmasındakı imzanın İddiaçı məxsus olmadığını aşkar etmişdir. Bakı Apellyasiya məhkəməsinə Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini alıb almaması ilə sorğu verilmiş və sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla qətnamənin qanuni qüvvəsini aldığını bildirmişdir. Belə ki, müvafiq qətnamənin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(006)-453/2024 nömrəli qərardaddan görünür ki, ipoteka müqaviləsində iddiaçının imzasının saxtalaşdırılması halı ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, xx.xx.2012-ci il tarixli, 04-905/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməli, İddiaçı məxsus olan “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobil ipoteka yüklülüyündən azad edilməli və bununla bağlı məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə verilməsi öhdəliyi cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlamış 02 fevral 2012-ci il tarixli 04-905/3 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilsin. İddiaçı məxsus olan “Range Rover” markalı ** DU *** dövlət qeydiyyat nişanlı (tip: Universal, 2006 buraxılış ili, ban:SALMF15426A235545, qara rəngli) avtomobil ipoteka yüklülüyündən azad edilsin və bununla bağlı məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə verilməsi öhdəliyi cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu cavabdeh Ləğv Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar