Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4583/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən vurmuş olduğu mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır, ailəlidir, 4 (dörd) övladı vardır. İddiaçı 1995-ci ilin fevral ayından 01 mart 2021-ci il tarixinə qədər Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında işləmiş, hal-hazırda təqaüdçüdür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçiləri tərəfindən İddiaçı yaşadığı evə istifadə etmədiyi elektrik enerjisinə görə 180,13 manat debitor borc və xx.xx.2017-ci il tarixdə 367,08 manat, 5.12.2020-ci il tarixdə 300,99 manat, cəmi 848,20 manat məbləğində cərimə yazılmışdır. Bununla əlaqədar Əzizov X4 Rayon Məhkəməsinə qanunsuz olduğundan qeyd edilən cərimələrin silinməsi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının iddia ərizəsinə məhkəmədə baxılan vaxtlarda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçının barəsində yenidən akt tərtib edilərək 1093 manat məbləğində cərimə yazılmışdır. Onlar bu hərəkətləri ilə bir növ güc nümayiş etdirmişlər. Bu məsələ ilə əlaqədar İddiaçı X1 rəisinə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, “səninlə həmişə bu cür rəftar edəcəyik, get hara deyirsən de, sənə işıq verilməyəcək və cərimələr həmişə olacaqdır”. Məhkəmədə iddia ərizəsinə baxıldığı üçün İddiaçı yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək yeni yazılmış cərimə məbləğinin də ləğv edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)- 841/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş, həmin şöbənin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədov tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, məhkəmə qətnaməsi icra edilmişdir. Lakin bütün bunlara baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qanunların tələblərinə əməl etməyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi İddiaçı hazırda yaşadığı ünvan 1 ünvanına elektrik enerjisinin verilişi heç bir səbəb olmadan qanunsuz olaraq dayandırılmışdır. İddiaçı 11 ay generatordan istifadə etmək məcburiyyətində qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bu qanunsuz hərəkətləri vəzifəsini qanun əsasında və tam məsuliyyətlə icra etmiş, uzun illər gecə-gündüz Daxili İşlər Nazirliyinin polis əməkdaşı kimi cəmiyyətinin və vətəndaşlarının asayişini qorumuş bir şəxsə həddindən artıq dərəcədə pis təsir etməklə bir insan kimi İddiaçı şərəf və ləyaqətinə toxunmaqla, işgüzar nüfuzuna zərər vurmuşdur. İddiaçı ünvanına yönəldilmiş bu ədalətsizlik, şər və böhtan xarakterli olduğundan İddiaçı mənəvi əzab verdiyindən iztirab çəkib sarsıntılar keçirməsinə səbəb olmuşdur. Yaşadığı evə elektrik enerjisinin verilməsini dayandırmaqla ondan əvvəl də dəfələrlə qanunsuz cərimə olunması haqqında aktlar tərtib etmək kimi qanunsuz hərəkətlər İddiaçı əsəb keçirməsinə səbəb olmuş və səhhətinə zərər vurmuşlar. Cavabdehin əməkdaşları dəfələrlə iddiaçının yaşadığı evə elektrik xəttini kəsməyə getmiş, dəfələrlə gecə saatlarında yoxlama aparmışlar. Hər dəfə onların bu hərəkətləri barədə iddiaçı tərəfindən onlardan bu hərəkətlərini izah etmələrini soruşmuş, həmin şəxslər cavabında iddiaçı haqqında şər və böhtan xarakterli ifadələr işlətmişlər. Həmin vaxtlarda da orada qonşular və ya yoldan keçən İddiaçı tanıyan insanlar toplaşmışdılar. Cavabdehin əməkdaşlarının cavabından və etdikləri hərəkətlərdən belə bir məntiqi nəticə çıxırdı ki, İddiaçı elektrik enerjisini oğurlayır. Kənar şəxslərdə bu cür fikir yaradırdılar. Əslində isə cavabdehin əməkdaşları bu hərəkətləri ilə onlara verilmiş səlahiyyətlərini aşmaqla qanunların tələblərinə əməl etmirdilər. Bundan başqa cavabdeh tərəfindən iddiaçının işlədiyi orqana məktublar göndərilmişdir. Hər iclasda rəhbərlik İddiaçı danlamışdır. İddiaçı isə rəhbərliyə sübut edə bilməmişdir ki, bütün bunlar yalan və böhtandır. Cavabdehin əməkdaşları dəfələrlə polis orqanına şikayətlər edərək iddiaçının nüfuzuna ziyan vuran hərəkətlər etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Əzizov X4 şəhəri, Mübariz İbrahimov küçəsi 5, ev 7 ünvanında yaşayır. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, ünvan 3 ünvanında yaşayan abonent X5 (abunə kodu: **********00763) xx.xx.2017-ci il tarixə 1110,40 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsinə əsasən, İddiaçı 01 oktyabr 2015-ci il tarixədək mövcud olan qalıq 180 (yüz səksən) manat 13 (on üç) qəpik məbləğində debitor borc qanunla müəyyən edilmiş müddət ötürüldüyündən silinmiş, habelə 18 noyabr 2017-ci il tarixli (Akt R № 073204), 22 dekabr 2020-ci il tarixli (Akt R № 207210) və 22 sentyabr 2021-ci il tarixli (Akt R № 236776) aktlar qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün (müvafiq qaydada tərtib edilmədiyi üçün) ləğv edilmiş və həmin aktlar əsasında hesablanmış cərimə borcları silinmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Mülki işin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmək üçün vaxt verilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı hazırda ailə üzvləri birlikdə ünvan 3 ünvanında yaşayır. Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsinə əsasən İddiaçı 01 oktyabr 2015-ci il tarixədək mövcud olan və ödənilməli olan qalıq borcu öhdəliyinin icrasının qanunla müəyyən edilmiş müddətinin keçməsi nəticəsində 180 manat 13 qəpik məbləğində debitor borcu silinmiş, habelə 18 noyabr 2017-ci il tarixli (Akt R № 073204), 22 dekabr 2020-ci il tarixli (Akt R № 207210) və 22 sentyabr 2021-ci il tarixli (Akt R № 236776) aktlar qanunvericiliyin tələblərinə cavab vermədiyi, yəni müvafiq qaydada tərtib edilmədiyi üçün ləğv edilmiş və həmin aktlar əsasında hesablanmış cərimə borcları silinmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, məhkəmə qətnaməsi icra edilmişdir. İddiaçı iddia edir ki, bütün bunlara baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qanunların tələblərinə əməl etməyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı hazırda yaşadığı ünvan 1 ünvanına elektrik enerjisinin verilişi heç bir səbəb olmadan qanunsuz olaraq dayandırılmışdır. Cavabdehin bu cür hərəkətləri nəticəsində şərəf və ləyaqətinə toxunmaqla, işgüzar nüfuzuna zərər vurmuşdur. İddiaçı ünvanına yönəldilmiş bu ədalətsizlik, şər və böhtan xarakterli olduğundan İddiaçı mənəvi əzab verdiyindən iztirab çəkib sarsıntılar keçirməsinə səbəb olmuşdur. Yaşadığı evə elektrik enerjisinin verilməsini dayandırmaqla ondan əvvəl də dəfələrlə qanunsuz cərimə olunması haqqında aktlar tərtib etmək kimi qanunsuz hərəkətlər İddiaçı əsəb keçirməsinə səbəb olmuş və səhhətinə zərər vurmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı isə ona cavabdeh tərəfindən 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın vurulduğunu iddia etməsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçının tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçı 30000 (otuz min) manat həcmində mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4583/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4583/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver