Məhkəmə qərarları › İş №2(006)-4590/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4590/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4590/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci il təvəllüdlü mərhum hərbi xidmət zamanı həlak olan X1 atasıdır. Övladı xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətə N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan zaman həlak olmuşdur. Mərhum hərbi xidmət zamanı həlak olan övladı X2 ölümündən sonra (11.000 manat) ödənilməli olan sığorta pulu (qan pulu) ödənilməmişdir. 1997-ci ildə hərbi qulluqçuların icbari sığorta olunması barəsində qanun qəbul olunmuşdur. Həmin qanunlar qəbul olunmamışdan qabaq həlak olan hərbi qulluqçulara ödənilməli olan sığorta pulu uzun müddət mübahisələrə səbəb oldu. Ona görə də həmin qan pulunun hərbi qulluqçulara ödənilməsi barəsində çoxsaylı məhkəmə qətnamələri verilmiş və icra olunmuşdur. Həmin mübahisəli hal barəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də qəbul etdiyi Qərarı ilə “qan pulunun” şəhid olan hərbi qulluqçulara ödənilməsi barəsində müsbət qərar vermişdir. Xeyli sayda hərbi qulluqçular məhkəmə qətnaməsi ilə həmin pulu almışlar. Lakin həmin vaxtlarda bildirdilər ki, gələcəkdə bu haqda Prezidentin Fərmanı olacaqdır. Ona görə də o məhkəməyə müraciət etməmişdir. Həqiqətən də xx xxxxx 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi barəsində ərman verilmişdir. Lakin həmin Fərmanın verilməsindən sonra da oğlunun şəhid olması ilə əlaqədar ona sığorta pulu ödənilməmişdir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olarkən həlak olmuş mərhum oğlu X4 ilə əlaqədar ona verilməli olan 11.000 (on bir min manat) icbari sığorta pulunun ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyaraq məhkəmə qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək iddianı qəbul etmədiyini, mərhumun özünü öldürməsi siğorta hadisəsi deyildir və xidməti vəzifələrinin icrası zamanında olmamasını bildirdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı mərhum oğlu X4 AZS-106 №-li ölüm haqqında tibbi şəhadətnaməyə əsasən “Boyun üzvlərinin ilgəklə sıxılması-asılma” nəticəsində xx.xx.2019-cu il tarixdə vəfat etdiyi üçün, xx.xx.2019-cu il tarixdə şəxsi heyyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Qanun üzrə X5 Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi atası İddiaçıdur. O miras əmlakından 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Füzuli rayon filialının xx.xx.2019-cu il tarixli 224 №-li məktuba əsasən Dövlət Sığorta Kommersiya Şirkətində olan 11 000 (on bir min) manat sığorta ödənişindən ibarətdir. İş materiallarında olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, vətəndaş X4 xx.xx.2019-cu ildə ölmüşdür. Ölüm səbəbi “Mexaniki asifikasiya” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 997№-li Arayışdan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı mərhum oğlu 2000-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiq hərbi xidmət keçmişdir. Xidməti vəzifə borcunu yerinə yetirərkən xx.xx.2019-cu il tarixdə özünü asaraq intihar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 998 №-li Sığorta olunmuş hərbi qulluqçuların, Məhkəmə-hüquq və mühafizə orqanları işçiləri və polis əməkdaşlarının Xidməti dövrü haqqında Arayışdan görünür ki, X1 rütbəsi Əsgər, xidməti vəzifəsi xətt nəzarətçisi olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; Həmin Qanunun 7-ci maddəsinə görə, həlak olması (ölümü) halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; - vərəsəlik hüququnu təsdiq edən sənəd; - sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə siğorta məbləğinin ödənilməsi barədə müraciət olunmasına baxmayaraq ona müsbət hər hansı cavab verilməmişdir. Həmçinin cavabdehin məhkəmə iclasında bildiriyi izahatına münasibət olaraq məhkəmə qeyd edir ki, mərhumun özünə qəs etməyi siğorta məbləğinin verilməməsinə (xidməti vəzifəsinin icrası zamanı baş verməməsi) əsas hesab oluna bilməz. Səbəb olaraq mərhumun özünə qəsd etməyində məqsəd siğorta məbləğinin alınmasının olmamasıdır. Odur ki, məhkəmə hesab edir ki, aradakı qeyri-müəyyənlik mərhumun xeyrinə yönəldilərək onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olması kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 ( on bir min) manat məbləğində icbari sığorta məbləği tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar