Məhkəmə qərarları › İş №2(006)-4595/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4595/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4595/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cehiz əşyalarının qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cehiz əşyalarının qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxx 2012-ci il də faktiki ailə qurmuşlar. İddiaçı xx.xx.2019-cu ildən valideynlərinin yanına köçməyə məcbur oldu. İddiaçının həyat yoldaşı X3 2020-ci il yanvar ayında vəfat edib, faktiki nikahlarından övladları yoxdur. İddiaçı valideynlərinin evinə köçdükdən sonra dəfələrlə cehizlərini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İddiaçının cehiz əmlakı valideyinləri tərəfindən cavabdehlərin yaşadığı ünvana gətirilmiş və hazırda həmin ünvandadır. İddiaçıya hədiyyə edilmiş 1000 manat dəyərində olan qızıl üzük və sırğa cavabdehlərin evində qalmışdır. Cehiz əmlakları iddiaçının valideynləri tərəfindən alınıb ona toy ərəfəsində hədiyyə edilmişdir. Göstərilənlərə əsasən cavabdehlərin faktiki yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi ünvanında olan cehiz əşyalarının - 3100 manat dəyərində olan yataq dəsti; 350 manat dəyərində olan qorka; 650 manat divan-kreslo dəsti; 450 manat dəyərində olan Azərbaycan istehsalı stolstul; 200 ABŞ dolları dəyərində olan 2 ədəd 3x4 ölçüdə xalça; 350 ABŞ dəyərində olan 5x3 ölçüdə türk istehsalı xalça; 95 manat dəyərində olan tozsoran; 100 manat dəyərində olan pərdə tül 3 metr və 2metr uzunluğunda; 45 manat dəyərində olan 2 ədəd can dəsmalı; 30 manat dəyərində olan 6 ədəd əl-üz dəsmalı; 160 manat dəyərində olan 4 ədəd pastel; cəmi 35 manat dəyərində olan 2 ədəd tək yataq üçün 20 manatlıq 1 ədəd ədyal və taxt üçün 15 manatlıq; cəmi 210 manat dəyərində olan taxt döşəyi, yorğan, 2 tük yastıq, 1 silikon 2 ədəd, silikon yorğan 30 manatlıq; 70 manat dəyərində olan yolka və oyuncaqları; 50 manat dəyərində olan 2 ədəd süfrə; 20 manat dəyərində olan 6 ədəd çay dəsmalı; 120 manat dəyərində olan çay dəsti; 20 manat dəyərində olan 5 qutu sadə çay dəstləri; 140 manat dəyərində olan 2 ədəd saxsı gül qabı; 65 manat dəyərində olan 6 ədəd bakal; 30 manat dəyərində olan 6 ədəd qənd qabı; 25 manat dəyərində olan tort üçün boşqab dəsti; 25 manat dəyərində olan 1 ədəd meyvə qabı; cəmi 85 manat dəyərində olan 2 ədəd bıçaq dəsti- çamadan dəsti 55 manatlıq və digər qutu dəsti 30 manatlıq; 5 manat dəyərində olan 2 ədəd çörək qabı; 20 manat dəyərində olan 6 ədəd sadə xörək boşqabı; cəmi 12 manat dəyərində olan 3 qutu 4 manatlıq duz qabı; 30 manat dəyərində olan 3 ədəd 1 ədəd dəmir sini və 1 ədəd plastmas sini; 45 manat dəyərində olan 1 ədəd divar saatı; 35 manat dəyərində olan qrafinka dəsti 2 ədəd ayrı-ayrılıqda qiyməti 20 manatlıq və 15 manatlıq; 20 manat dəyərində olan saxlama şüşə qab; cəmi 12 manat dəyərində olan 6 ədəd 2 manatlıq tək fincanlar; 6 ədəd kola bakalı; 1 ədəd divan və 2 ədəd kreslo üçün ədyal; yemək üçün qaşıq dəsti; sürtgəc, ət döyən, konserva açan; 50 manat dəyərində olan 2 ədəd 25 manatlıq tava; 30 manat dəyərində olan 2 ədəd 15 manatlıq qənd qabı; 2 ədəd quran kitabı, namaz xalçası, təsbeh, möhür; 1 ədəd divar üçün mənzərə şəkil albomları, kasetlər, vinetka, iynə-sap dəsti, qol saatı, gümüş üzük, bijuteriyalar, mücrü qabı, daraq; 2 ədəd gödəkçə, paltarlar; cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) manat dəyərində olan əmlakların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlar verərək, iddia tələbinin “bir xalça və qızıl” hissəsində təmin edilməməsini xahiş etdilər. Belə ki, qızıl-zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə aparıb. Həmçinin, iddiaçının cehiz əşyalarının içində yalnız bir ədəd 3x4 xalça vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlərə məxsus mənzilə köçmüş, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı ona məxsus cehiz əşyalarını cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlakların (qızıl-zinət əşyaları və 3x4 ölçüdə olan xalçalardan biri istisna olmaqla) cavabdehlərin mənzilində olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1000 manat dəyərində olan qızıl-zinət əşyalarının (üzük və sırğa) və 2 ədəd, 3x4 ölçüdə olan xalçaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdehlər 3x4 ölçüdə olan xalçaların yalnız birinin onlara məxsus evdə olmasını etiraf etmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus əmlaklar - 3100 manat dəyərində olan yataq dəsti; 350 manat dəyərində olan qorka; 650 manat divan-kreslo dəsti; 450 manat dəyərində olan Azərbaycan istehsalı stol-stul; 100 ABŞ dolları dəyərində olan 1 ədəd 3x4 ölçüdə xalça; 350 ABŞ dəyərində olan 5x3 ölçüdə türk istehsalı xalça; 95 manat dəyərində olan tozsoran; 100 manat dəyərində olan pərdə tül 3 metr və 2 metr uzunluğunda; 45 manat dəyərində olan 2 ədəd can dəsmalı; 30 manat dəyərində olan 6 ədəd əl-üz dəsmalı; 160 manat dəyərində olan 4 ədəd pastel; cəmi 35 manat dəyərində olan 2 ədəd tək yataq üçün 20 manatlıq 1 ədəd ədyal və taxt üçün 15 manatlıq; cəmi 210 manat dəyərində olan taxt döşəyi, yorğan, 2 tük yastıq, 1 silikon 2 ədəd, silikon yorğan 30 manatlıq; 70 manat dəyərində olan yolka və oyuncaqları; 50 manat dəyərində olan 2 ədəd süfrə; 20 manat dəyərində olan 6 ədəd çay dəsmalı; 120 manat dəyərində olan çay dəsti; 20 manat dəyərində olan 5 qutu sadə çay dəstləri; 140 manat dəyərində olan 2 ədəd saxsı gül qabı; 65 manat dəyərində olan 6 ədəd bakal; 30 manat dəyərində olan 6 ədəd qənd qabı; 25 manat dəyərində olan tort üçün boşqab dəsti; 25 manat dəyərində olan 1 ədəd meyvə qabı; cəmi 85 manat dəyərində olan 2 ədəd bıçaq dəsti- çamadan dəsti 55 manatlıq və digər qutu dəsti 30 manatlıq; 5 manat dəyərində olan 2 ədəd çörək qabı; 20 manat dəyərində olan 6 ədəd sadə xörək boşqabı; cəmi 12 manat dəyərində olan 3 qutu 4 manatlıq duz qabı; 30 manat dəyərində olan 3 ədəd 1 ədəd dəmir sini və 1 ədəd plastmas sini; 45 manat dəyərində olan 1 ədəd divar saatı; 35 manat dəyərində olan qrafinka dəsti 2 ədəd ayrı-ayrılıqda qiyməti 20 manatlıq və 15 manatlıq; 20 manat dəyərində olan saxlama şüşə qab; cəmi 12 manat dəyərində olan 6 ədəd 2 manatlıq tək fincanlar; 6 ədəd kola bakalı; 1 ədəd divan və 2 ədəd kreslo üçün ədyal; yemək üçün qaşıq dəsti; sürtgəc, ət döyən, konserva açan; 50 manat dəyərində olan 2 ədəd 25 manatlıq tava; 30 manat dəyərində olan 2 ədəd 15 manatlıq qənd qabı; 2 ədəd quran kitabı, namaz xalçası, təsbeh, möhür; 1 ədəd divar üçün mənzərə şəkil albomları, kasetlər, vinetka, iynə-sap dəsti, qol saatı, gümüş üzük, bijuteriyalar, mücrü qabı, daraq; 2 ədəd gödəkçə, paltarlar alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cehiz əşyalarının qaytarılması tələbi"nə dair iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus əmlaklar - 3100 manat dəyərində olan yataq dəsti; 350 manat dəyərində olan qorka; 650 manat divan-kreslo dəsti; 450 manat dəyərində olan Azərbaycan istehsalı stol-stul; 100 ABŞ dolları dəyərində olan 1 ədəd 3x4 ölçüdə xalça; 350 ABŞ dəyərində olan 5x3 ölçüdə türk istehsalı xalça; 95 manat dəyərində olan tozsoran; 100 manat dəyərində olan pərdə tül 3 metr və 2 metr uzunluğunda; 45 manat dəyərində olan 2 ədəd can dəsmalı; 30 manat dəyərində olan 6 ədəd əl-üz dəsmalı; 160 manat dəyərində olan 4 ədəd pastel; cəmi 35 manat dəyərində olan 2 ədəd tək yataq üçün 20 manatlıq 1 ədəd ədyal və taxt üçün 15 manatlıq; cəmi 210 manat dəyərində olan taxt döşəyi, yorğan, 2 tük yastıq, 1 silikon 2 ədəd, silikon yorğan 30 manatlıq; 70 manat dəyərində olan yolka və oyuncaqları; 50 manat dəyərində olan 2 ədəd süfrə; 20 manat dəyərində olan 6 ədəd çay dəsmalı; 120 manat dəyərində olan çay dəsti; 20 manat dəyərində olan 5 qutu sadə çay dəstləri; 140 manat dəyərində olan 2 ədəd saxsı gül qabı; 65 manat dəyərində olan 6 ədəd bakal; 30 manat dəyərində olan 6 ədəd qənd qabı; 25 manat dəyərində olan tort üçün boşqab dəsti; 25 manat dəyərində olan 1 ədəd meyvə qabı; cəmi 85 manat dəyərində olan 2 ədəd bıçaq dəsti- çamadan dəsti 55 manatlıq və digər qutu dəsti 30 manatlıq; 5 manat dəyərində olan 2 ədəd çörək qabı; 20 manat dəyərində olan 6 ədəd sadə xörək boşqabı; cəmi 12 manat dəyərində olan 3 qutu 4 manatlıq duz qabı; 30 manat dəyərində olan 3 ədəd 1 ədəd dəmir sini və 1 ədəd plastmas sini; 45 manat dəyərində olan 1 ədəd divar saatı; 35 manat dəyərində olan qrafinka dəsti 2 ədəd ayrı-ayrılıqda qiyməti 20 manatlıq və 15 manatlıq; 20 manat dəyərində olan saxlama şüşə qab; cəmi 12 manat dəyərində olan 6 ədəd 2 manatlıq tək fincanlar; 6 ədəd kola bakalı; 1 ədəd divan və 2 ədəd kreslo üçün ədyal; yemək üçün qaşıq dəsti; sürtgəc, ət döyən, konserva açan; 50 manat dəyərində olan 2 ədəd 25 manatlıq tava; 30 manat dəyərində olan 2 ədəd 15 manatlıq qənd qabı; 2 ədəd quran kitabı, namaz xalçası, təsbeh, möhür; 1 ədəd divar üçün mənzərə şəkil albomları, kasetlər, vinetka, iynə-sap dəsti, qol saatı, gümüş üzük, bijuteriyalar, mücrü qabı, daraq; 2 ədəd gödəkçə, paltarlar alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar