Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-46/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 BOKT nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı "ipoteka müqavilələrinə əlavə sazişlərin qismən ləğv edilməsi, əmlakın 1/2 hissəsinin yüklülükdən azad edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.10.2015 tarixli və 26.10.2015 tarixli ipoteka müqavilələrinə əlavə sazişlərin qismən - daşınmaz əmlakların İddiaçı məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m yaşayış. 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilin, Qəbələ rayonu Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli 196.8 kv.m ümumi, 196.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0.02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətindəki 2 mərtəbəli 105.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan hissələrinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91.9 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzil 26.10.2015-cü il tarixli İpoteka müqaviləsinə əlavə sazişlə Qəbələ rayonu Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki İ.B.Qutqaşınlı küçəsində 0,02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə miilkiyyətindəki 2 mərtəbəli 105,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 24.10.2015-ci il tarixli İpoteka müqaviləsinə əlavə sazişlə X10 ilə "xxxx" ASC arasında bağlanmış MZ/PB-0546/10/15 saylı, 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2017 saylı, 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə "Parabank” ASC-nin cavabdehlər X9 və İddiaçı qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X4 23.1.2015-ci il tarixli, MZ/PB-0546/10/15 nömrəli kredit müqaviləsi üzrə cəmi 174879,84 ABŞ dollarının, eləcə də 30 manat dövlət rüsumunun iddiaçı "Parabank” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1239/2017 saylı, 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetinə tutuma yönəldilməsi tələbi ilə bağlı hissədə ləğv edilmiş, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər X9, İddiaçı qarşı iddiasının borcun əvəzinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilə, ilkin satış qiyməti 30000 manat müəyyən edilməklə, Qəbələ rayonu Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli 196,8 kv.m ümumi 196,8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi), ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0.02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə miilkiyyətindəki 91,9 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzildən orada yaşayan X7 və İddiaçı çıxarılması və mənzilin boşaldılması, Qəbələ rayonu, Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X5 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli, 196.8 kv.m ümumi 196.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) boşaldılması, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsindəki 0,02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və onun tərkibindəki Liter A: 59,76 kv.m sahədən ibarət tikintialtı sahənin boşaldılması barədə hissəsi qismən təmin edilmiş, borcun əvəzinin ilkin satış qiyməti 150000 manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X5 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91.9 kv.m ümumi, 56.8 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilə, ilkin satış qiyməti 150250 manat müəyyən edilməklə, Qəbələ rayonu Hacallı kəndi ərazisində 0.15 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli 196,8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaqdoldurma məntəqəsi), ilkin satış qiyməti 281250 manat müəyyən edilməklə, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0.02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və onun tərkibindəki Liter A: 59.76 kv.m sahədən ibarət tikintialtı sahəyə yönəldilsin, qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsi) və qeyriyaşayış binasının (mağaza) açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m ümumi, 56,8 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzildən orada yaşayan X10 və İddiaçı çıxarılması və mənzilin boşaldılması; tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Qəbələ rayonu, Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X6 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli, 196,8 kv.m ümumi, 196.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) boşaldılması; tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsindəki 0.02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və onun tərkibindəki Liter A: 59.76 kv.m sahədən ibarət tikintialtı sahənin boşaldılması qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamə və qərarları ilə təsdiq edilmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar X10 ilə İddiaçı ümumi birgə mülkiyyətindədir. Lakin bildirirlər ki, əmlaklar ipoteka ilə yüklü edilərkən həmin əmlakların X10 ilə İddiaçı ümumi birgə mülkiyyətində olması banka məlum ola-ola bank təkcə Mehdi Heydərovla ipoteka müqaviləsi imzalamaqla əmlakları bütünlüklə ipoteka ilə yüklü etmişdir. Halbuki, əmlakların ər-arvadın birgə mülkiyyətində olması məlum idi və belə olan halda, bank ipoteka qoyan kimi həm də İddiaçım da cəlb elməli idi. Göstərilən səbəbdən də hesab edirlər ki, ipteka müqavilələrinə əlavə sazişlər qismən - daşınmaz əmlakların İddiaçı məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində ləğv edilməli, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların İddiaçı mülkiyyətində ola Hhissələri yüklülükdən azad edilməlidir. Lakin bank Qanunun yuxarıda sadalanan imperativ göstərişlərinin heç birinə riayət etməmiş və bu qaydaların hamısını kobud surətdə pozmaqla İddiaçı ilə İpoteka müqaviləsi bağlamadan, dövlət qeydiyyatına almadan onun mülkiyyətində olan əmlakları ipoteka ilə yüklü etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 27 nömrəli evin 91.9 kv.m ümumi, 56.8 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2016 nömrəli reyestr kitabının 186363 nömrəli vərəqində 25.12.2013-cü il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət olan qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində 29.10.2010-cu il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş 10.02.2009-cu il tarixli texniki pasportun surətindən görünür ki, Qəbələ rayonu, Hacallı kəndi ünvanında yerləşən qeyri-yaşayış binası X7 şəxsi mülkiyyətindədir. Qəbələ rayon Notariat kontoruna ünvanlanmış 13.10.2011-ci il tarixli ərizədən görünür ki, İddiaçı əri X9 məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən qeyriyaşayış binasının (yanacaq doldurma) məntəqəsinin ipoteka (girov) qoyulmasına və satılmasına etiraz etmir. Qəbələ rayon Notariat kontoruna ünvanlanmış 24.10.2011-ci il tarixli ərizədən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə əri X9 məxsus olan ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan daşınmaz əmlakın "xxxx" ASC və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda öhdəsinə götürür ki, onu qeyd şərtsiz tərk edəcək. Cavabdeh2na ünvanlanmış 26.10.2015-ci il tarixli ərizədən görünür ki, X9 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz etmir və öhdəlik götürür ki, bu əmlaka tutuma yönəldikdə onu tərk edəcək. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan X10 arasında bağlanılmış 29.09.2011-ci il tarixli, MZ/PB-797/09/11 saylı ipoteka (girov) müqaviləsinin surətindən görünür ki, İpoteka saxlayanla borcalan arasında bağlanmış 29.09.2011-ci il tarixli MZ/PB- 797/09/11PK saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 24 ay müddətinə illik 32% ödəmək şərti ilə 1.000 ABŞ dolları kredit kartı və 29.09.2011-ci il tarixli MZ/PB-797/09/11PK saylı kredit müqaviləsinə müvafiq olaraq 24 ay ( 3 ay güzəştli dövrü olmaqla) müddətinə illik 22% ödəmək şərti ilə 100.000 ABŞ dollar məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Qəblə rayonu, Hacallı kəndində 0,15ha torpaq sahəsində yerləşən 10 girişli 196.8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (yanacaq doldurma məntəqəsi) ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. 29.09.2011-ci il tarixli, MZ/PB-797/09/11 saylı ipoteka (girov) müqaviləsinin 2 saylı, 29.09.2011-ci il tarixli Əlavəyə əsasən ipoteka qoyan X10 həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təmini məqsədi ilə mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət olan qeyri-yaşayış binasının (mağazanın) ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 74.000 manat qiymətləndirlmişdir. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan X10 arasında bağlanılmış 10.12.2013-cü il tarixli, MZ/PB-0359/10/13 saylı ipoteka (girov) müqaviləsininə 01 saylı, 26.10.2015-ci il tarixli Əlavənin surətindən görünür ki, İpoteka saxlayanla borcalan arasında bağlanmış 23.10.2015-ci il tarixli MZ/PB-0546/10/15 saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 150.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 27 nömrəli evin 91.9 kv.m ümumi, 56.8 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 10 nömrəli mənzil ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. 2 saylı, 24.10.2015-ci il tarixli Əlavə Sazişinə əsasən ipoteka qoyan X10 həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təmini məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində 0,15ha torpaq sahəsində yerləşən 10 girişli 196.8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ( yanacaq doldurma məntəqəsi) ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 21.000 manat qiymətləndirlmişdir. Qəbələ Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli, 2(025)-100/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X4 23.10.2015-ci il tarixli, MZ BP-0546/10/15 nömrəli kredit müqaviləsi üzrə 146,925 ABŞ dolları əsas, 24.405,87 ABŞ dolları faiz və 3.548,97 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 174.879,84 ABŞ dolları, eləcə də 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.07.2017-cı il tarixli, 2(107)- 1239/2017 saylı qətnaməsi ilə Cavabdeh1 BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinə tutma yönəldilməsi tələbi ilə bağlı hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər X9, İddiaçı qızma qarşı iddiasının borcun əvəzinin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və X3 ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m ümumi, 56,8 kv.m yaşayış, 35,1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilə, ilkin satış qiyməti 30000 manat müəyyən edilməklə, Qəbələ Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli, 196,8 ümumi, 196,8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaqdoldurma məntəqəsi), ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0,02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105,2 kv.m sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və onun tərkibindəki Liter A: kv.m sahədən ibarət tikintialtı sahəyə yönəldilməsi, qeyriyaşayış binalarının açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və Heydərova Fəhmi qızının ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m ümumi, 56,8 kv.m yaşayış, kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzildən orada yaşayan Heydərov Mehdi oğlunun və İddiaçı çıxarılması və mənzilin boşaldılması, Qəbələ rayonu Hacıllı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən Heydərov Mehdi oğlunun və İddiaçı qızmm ümumi birgə mülkiyyətlərindəki 10 girişli 196,8 kv.m ümumi, 196,8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının) boşaldılması, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsindəki 0,02 ha torpaq sahəsindən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105,2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası və onun tərkibindəki Liter A: 59,76 kv.m sahədən ibarət tikintialtı sahənin boşaldılması barədə hissəsinin qismən təmin edilməsi, borcun əvəzi ilkin satış qiymətinin 150000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X7 və İddiaçı qıznının ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m i, 56,8 kv.m yaşayış, 35,3 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilə, ilkin satış qiyməti 150250 manat müəyyən edilməklə, Qəbələ rayonu Hacaİlı kəndi ərazisində 0,15 ha sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli, 196,8 kv.m ümumi, 196,8 kv.m əsas sahədən 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaqdoldurma məntəqəsi), ilkin satış qiyməti manat müəyyən edilməklə, Qəbələ şəhəri 1.B.Qutqaşınlı küçəsində 0,02 ha torpaq də yerləşən X7 və Heydərova tlhamə Fəhmi qızmm birgə mülkiyyətlərindəki 105,2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (mağaza) və onun tərkibindəki Liter A: 59,76 kv.m sahədən ibarət tikintialtı sahəyə yönəldilsin, qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsi) və qeyri-yaşayış binasının açıq hərracdan satılaraq tələb edilən borc ödənilməsi, tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Bakı şəhəri rayonu Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən Heydərov Mehdi oğlunun və İddiaçı qızmm ümumi birgə mülkiyyətlərindəki 91,9 ümumi, 56,8 kv.m yaşayış, 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzildən yaşayan X10 və İddiaçı çıxarılması və boşaldılması, tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Qəbələ rayonu kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X7 İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli, 196,8 kv.m i, 196,8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) boşaldılması, tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsindəki 0,02 ha torpaq sahəsində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 105,2 kv.m sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və onun tərkibindəki Liter A: 59,76 kv.m sahədən ibarət tikintialtı sahənin boşaldılması qət edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 23.10.2015-ci il tarixdə "xxxx" ASC ilə X10 arasında MZ/BP-0546/10/15 saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinin təminatı olaraq MZ/BP-0359/10/13 saylı, 10.12.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə razılaşmalar imzalanmışdır. Belə ki, ipoteka müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış müxtəlif tarixli əlavə razılaşmalara görə X10 və İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən mənzil, Qəbələ rayonu, Hacallı kəndində yerləşən qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı ünvanında yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət olan qeyri-yaşayış binası (mağaza) qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 23.10.2015-ci il tarixli, MZ/BP-0546/10/15 saylı kredit müqaviləsi üzrə borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə kredit müqaviləsinin təminatı kimi MZ/BP- 0359/10/13 saylı, 10.12.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə razılaşmalara əsasən ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ ilə X7 kreditor-"xxxx" ASC-yə olan borcun ödənilməsi işə baxan məhkəmə tərəfindən qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X10 arasında bağlanmış MZ/BP-0359/10/13 saylı, 10.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən tərtib edilmiş 24.10.2015-ci il və 26.10.2015-ci il tarixli əlavə razılaşmaların ona aid hissədə ləğv edilməsi, mübahisəli əmlakların ona məxsus olan ½ hissələrin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını tələb etmiş, tələbini ipoteka müqaviləsinin predmeti olan daşınmaz əmlakın X10 ilə birgə nikahda olduğu zaman əldə etdiklərinə, müqavilə bağlanarkən onun razılığının alınmadığına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür. Bunlardan, birincisi, Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. İkinci hal, Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Bu maddəyə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Beləliklə iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı, mübahisə predmeti olan ipoteka müqaviləsi və müqaviləyə əlavə edilmiş razılaşmalar bağlanarkən, yəni ona birgə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlak bankın xeyrinə yüklü edilərkən, razılığının alınmadığına istinad etsə də, işdə olan sənədlərə əsasən razılıq ərizələrinin mövcudluğu, həmçinin "xxxx" ASC-nin X10 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılan zaman onun cavabdeh qismində cəlb edildiyi və bu işə baxılarkən məhkəməyə sözügedən halları iddiaya etiraz olaraq bildirmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən müqavilənin ləğv edilməsinə səbəb ola biləcək əsaslar kimi qiymətləndirilə bilməz. İşin hallarını və qeyd olunan maddələrin tələblərini nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə öz hüquqlarından sui-istifadə etmişdir. Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızıdr. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı "ipoteka müqavilələrinə əlavə sazişlərin qismən ləğv edilməsi, əmlakın 1/2 hissəsinin yüklülükdən azad edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı "ipoteka müqavilələrinə əlavə sazişlərin qismən ləğv edilməsi, əmlakın 1/2 hissəsinin yüklülükdən azad edilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-46/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-46/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver