Məhkəmə qərarları › İş №2(006)-4632/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4632/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4632/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü Familli Səccad Röya oğlunun 18 yaşına çatanadək saxlanılması üçün tutulan 170 manat sabit pul məbləğində alimentin 80 manatadək azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, Cavabdeh ona qarşı xx.xx.2015-ci il təvəllüdlü Səccad Famillinin saxlanmasl üçün alimentin tutulması ilə bağlı iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-553/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan 137 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh yenidən məhkəməyə müraciət edərək tutulmuş 137 manat məbləğində alimentin 200 manatadək artırılmasına dair iddia irəli sürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və 137 manat məbləğində müəyyən edilmiş aliment artırılaraq 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamə ilə razı olmadığından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7855/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun ailə vəziyyəti və maddi imkanı aşağı olması səbəbindən müəyyən olunmuş aliment məbləğini ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, ailə qurmuşdur və halhazırda aliment ödədiyi uşaqdan başqa daha 2 azyaşlı xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü biri də ana bətnində olan dünyaya yeni göz açacaq öladları var. Həyat yoldaşı işləmir, özü isə yas mərasimləri qurulan “palatkalarda” işləyir. Onun gündəlik qazancı 10-15 manat məbləğində olur. Bu isə onun öz ailəsi və uşaqlarını saxlamağa yetmir. Eyni zamanda onun üçün çox yüksək məbləğdə olan alimenti ödəməyinə yetərli deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-4715 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. Mediasiya xərci olan 50 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7855/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-553/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 137 manat məbləğində müəyyən edilmiş aliment Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artırılaraq 170 manat həcmində müəyyən edilmişdir. Sonuncu qətnamədən narazı qalan cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7855/2020 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 1 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məkhəmədə iddia qaldırılması üçün 31 manat məbləğində dövlət rüsumu Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, aliment məbləğinin azaldılmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəmədən alimentin azaldılmasını xahiş etmişdir. Xahişini isə maddi vəziyyətinin aşağı olması, başqa ailəsinin də olması, başqa 2 azyaşlı övladının və ana bətnində övladının olması, həyat yoldaşının da işləməməsi, özünün isə gündəlik qazancının 10-15 manat olması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd etdiyi halların heç biri ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş 170 manat məbləğində alimentin azaldılması barədə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda isə həmin halların baş verməsi müəyyən edilməmişdir. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi xx.xx.2015-ci il təvəllüdlü Familli Səccad Röya oğlunu maddi cəhətdən təmin etməyə borcludur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ciddi dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar