Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4645/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 mart 2007-ci il təvəllüdlü X2 və 25 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 avqust 2004-cü il tarixdən rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 07 mart 2007-ci il təvəllüdlü X4 və 25 avqust 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh hərbi qulluqçu olub, hazırda yüksək təqaüdlə Müdafiə Nazirliyindən pensiyaya çıxmışdır. Cavabdehlə bir mənzildə yaşamalarına baxmayaraq, aldığı təqaüdü evə vermir, uşaqların saxlanılmasına köməklik etmir, onların bütün ehtiyaclarını təmin etmək və xərclərini qarşılamaq onun üzərinə düşür. Artıq uşaqlar böyüyüb və ilbəil xərcləri artdığından həmin xərcləri qarşılamaqda çətinlik çəkir. Ona görə də, belə hesab edir ki, cavabdehdə bir valideyn kimi uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün həm aliment ödəməli, həm də digər xərclərdə iştirak etməlidir. Cavabdeh onlarla eyni ünvanda yaşasa da, ünvan 1tdadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddanı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 16.08.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 105988 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 16.08.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 1830 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 07.03.2007-ci il təvəllüdlü X4 və 25.08.2009-cu il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmamış uşaqları var. İddiaçının bildirdiyinə görə, cavabdeh uşaqların saxlanılması üçün zəruri maddi dəstəyi göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 07.03.2007-ci il təvəllüdlü X2 və 25.08.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11.06.2021ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07.03.2007-ci il təvəllüdlü X2 və 25.08.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11.06.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4645/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4645/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver