Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4655/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, 1992-ci ildə Ağdam rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 323 nömrəli qərarından görünür ki, döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 rəyinə əsasən ona diaqnoz “qəlpə yaralamalarından sonra başın ön alın nahiyəsində iki ədəd, sağ yanaq nahiyyəsində bir ədəd, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları” – “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Eyni zamanda Respublika əlilləri bərpa mərkəzində müalicə zamanı verilmiş diaqnoz: “Sağ dirsək və orta sinirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan astenonevrotik sindromu”. Habelə xx.xx.1995-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş travmanın nəticəsi diaqnoz: “sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək və orta sinirin postravmatik neyroraatsiya” “travmadır, Hərbi xidmət dövründə alınmışdır”. Həmin ərizəyə əlavə edilmiş ƏƏSMN-nin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, ikinci dərəcəli əlildir və əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxx 2019-cu il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarında olan № 008698 saylı vəsiqədən görünür ki, İddiaçı oğlu İİ qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, №282 saylı arayışından görünür ki, İddiaçı 1992-ci ilin iyun ayından xx.xx.1995-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ilin iyul ayından xx.xx.1994-cü ilə qədər döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər qarnizonu hərbi prokurorluğu tərəfindən xx.xx.1998-ci ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsində iki ədəd, sağ yanaq nahiyyəsində bir ədəd, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları» (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 360 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 377 saylı arayışı, MN Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Ağdam rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR», hərbi xidmət dövründə xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Respublika əlilləri bərpa mərkəzində müalicə olunduğu travmanm nəticəsi - diaqnoz: «Sağ dirsək və orta sinirin travmatik neyropatiyası, qapalı kəllə-beyin travmasının fəsadları, kəskin nəzərə çarpan no-nevrotik sindromla» və xx.xx.1995-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticələri diaqnoz: «Sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək orta sinirin postravmatik (xx.xx.1995) neyropatiyası» «TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR» (Respublika Əlilləri Bərpa mərkəzindən verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1995-ci il tarixli 1076 nömrəli arayış, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), və hərbi xidmət dövründə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Respublika əlilləri bərpa mərkəzində müalicə olunduğu xəstəlik - diaqnoz: «Ürəyin işemik xəstəliyi» Respublika Əlilləri Bərpa mərkəzindən verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, MN HK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasənAzərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxx 2019-cu il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıyacavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4655/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4655/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver