Məhkəmə qərarları › İş №2(006)-472/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-472/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-472/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: N.İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N993-cü il tarixdə anadan olmuşdur. anadan olmuşdur. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.20N6-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə bir müddət təlim keçdikdən sonra N nömrəli hərbi hissədə xidmət etməyə başlamış, N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölük 3-cü tağımda qumbaraatan köməkçisi vəzifəsində xidmət etməyə başlamaqla, həmin vəzifədə xidməti 20N7-ci ilin may ayının əvvəllərinə kimi davam etdirmişdir. İddiaçı 20N6-cı ilin avqust ayından 20N7-ci ilin 30 may tarixinə qədər həmin postda manqa komandiri kimi xidmət etmiş, bu müddət ərzində bölük komandiri Səddam Quliyev olmuşdur. İşlədiyi bu müddət ərzində həftədə N dəfə bölüyün dayaq məntəqəsinə gəldikdə öz evinə gedə bilmiş və bundan başqa həmişə postda olmuşdur. 6 may 20N7-ci il tarixdə gündüz saatlarında 28 saylı postda xidmətdə olarkən 8ci bölüyün dayaq məntəqəsindən rabitə ilə post başçısı ilə əlaqə çıxaraq postdakı şəxsi heyəti bölüyün dayaq məntəqəsinə düşürməyi tapşırmışlar. Rabitə ilə əlaqəyə çıxan şəxsin kim olduğunu və göstərişin posta konkret kimə verildiyini xatırlamış, bu tapşırıqdan sonra bir-iki saat ərzində post heyəti ilə birlikdə onlar bölüyün Tərtərin Çaylı kəndində yerləşən dayaq məntəqəsinə düşmüşlər. Postda onları tanımadığı digər hərbi qulluqçular əvəz etmişlər. Bölüyün dayaq məntəqəsində onları bölük komandirinin əvəzedicisi leytenant Səddam Quliyev qarşılamış və Tərtərin Cəmilli kəndinə yerləşən hərbi poliqona çıxış olduğunu bildirmişdir. Bundan sonra onu və bölüyün şəxsi heyətinin bir hissəsini “Kamaz” markalı maşınlara yığmışlar və həmin vaxtı onlar silahlarını təhvil vermişlər. Onlar həmin Kamazla hərəkət edərək Tərtərin Cəmılli kəndinə yerləşən poliqona gəlmişlər. O, orada əvvəllər atışlarda və dərslərdə olmuş və bu səbəbdən ərazini tanımışdır. Kamazda onların üstündə komandir heyətindən heç kim olmamış, orada onları qara maskalı şəxslər qəbul etmişlər, həmin şəxslər hərbi geyimdə olmaqla, sadəcə üzlərinə maska taxmışlar. Onların kim olduğunu bilməmiş və kamazdan düşən kimi həmin şəxslər onların hamısının əl-qolunu və gözünü yapışqan lent və əsgi ilə bağlamışlar, bundan sonra bədəninə yumruq və təpik zərbələrinin dəydiyini hiss etmişdir. Onların üz-gözünü bağladıqdan sonra onları yumruq-təpiklə döyməyə başlamışlar. Onun gözü bağlı olsa da, cüzi olaraq görə bilmiş, çünki yapışqan lent tam bağlanmamışdır. Ona bir neçə dəfə yumruq təpik zərbələri vurulandan sonra onu N saylı hərbi hissənin komandiri Vüsal Ələsgərovun yanma gətirmişlər. O, həmin poliqonda olmuşdur, Vüsal Ələsgərovu səsindən tanımış və cüzi olaraq üzünü görmüşdür. Vüsalın göstərişi ilə onu gətirib həmin poliqonda bir otağa salmışlar. İddiaçı hazırda da aldığı zərbələrin nəticəsindən əziyyət çəkir, əlləri dayanmır və əsir. Ümumilikdə 6 may 20N7-ci il tarixdən 6 iyun 20N7-ci il tarixədək, cəmi 3N gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız tərxis olunması ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. 07 may 20N7-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. N8 dekabr 202N-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonlan istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş səxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin l-l(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X7 xx.xx.20N7-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq işləməklə İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacanqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstə üzvləri N nömrəli hərbi hissənin qərargah rəisi, mayor XN, həmin hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat tağımının, kəşfiyyat manqasının kəşfiyyatçısı (aviatuşlayıcısı), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər XN0, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci tağım, N-ci manqasının baş kəşfiyyatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş X4 və digərləri ilə birləşib xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq həmin hərbi hissənin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən qanunsuz sorğu sual prosesinə cəlb olunmaları məqsədilə əvvəlcədən dəstə üzvləri ilə razılaşdırılmış qaydada N nömrəli hərbi hissənin Tərtər rayonunun Sarov və Cəmilli kəndlərində yerləşən inzibati binalarında qanunsuz olaraq sorğu sual prosesinə cəlb edilməklə onlara işgəncə verib gələcəkdə onların və digər hərbi qulluqçuların cinayət məsuliyyətinə cəlb edilmələrini təşkil etmək, özlərinin və digər hərbi qulluqçuların əleyhinə həqiqətə uyğun olmayan ifadələr almaq məqsədilə qeyd edilən yerlərdə həmin proseslərin aparılması üçün müvafiq şəraitin yaradılmasım, yəni qeyd edilən yerlərdə sorğulanma prosesinin aparılması məqsədilə dəstə üzvlərinin cəlb edilməsini və sorğuya cəlb edilmiş şəxslərə fiziki və psixi ağrılar yetirmək məqsədilə müvafiq alət və avadanlıqların gətirilməsini təşkil edərək hərbi qulluqçuların silahlı hərbi qulluqçuların müşayiəti altında fiziki və psixi zor tətbiq etməklə gətirilib qeyri-insani, ləyaqəti alçaldan rəftarlara məruz qalmalarını, eləcə də həmin proseslərin davam etdirilməsi və mütəşəkkil dəstənin niyyətinə nail olmaq məqsədilə hərbi qulluqçuların qeyd edilən yerlərdən N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsi və N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarına, habelə N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarına, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsinə (hospital) və ünvan N ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalına aparılmalarını təşkil edərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N4-cü il tarixli 26 No-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydalarının xx.xx.20N4-cü il tarixli72 No-li qəran ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimaf’m və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86- cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçulan ilə əlaqələrinin olmasım etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə N nömrəli hərbi hissənin bir qrup hərbi qulluqçularının xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N57, N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan N ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstə tərəfindən törədilməklə onların həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onlann uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla təkrarən işgəncə vermişdir. Hökmə əsasən təqsirləndirilən şəxslər 3N gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əksetdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N-N(N03)-N7/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Sonradan və son olaraq İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 53.N95 manat, mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 20N4-cü ilin aprel ayından 20N5-ci ilin noyabr ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddianın maddi hissəsində səhhətinə dəymiş xərcin əvəzinin ödənilməsi hissəsində azaldılmaya ehtiyac yaranıb. Belə ki, bugünkü günə müalicəsi üçün lazım olacaq xərcin məbləğ ilə bağlı müvafiq sənədlər təqdim edilmişdir. Çünki iddiaçının səhhətində olan problemlərin həlli mərhələli olduğu üçün iddiaçı tərəfə hazırkı günə lazım olan məbləğ 4370 manat təşkil edir. Həkimlə aparılan məsləhətlər nəticəsində müəyyən edilib ki, İddiaçı ən azı N5 seans psixatr/psixoloq tərəfindən qəbul edilməlidir. Bu proses sonrakı mərhələdə davam da edə bilər. Bu səbəbdən də hazırda iddiaçının səhhətinə vurulmuş ziyanın əvəzi olaraq bugünə olan xərcin məbləği 4370 manat təşkil edir. İddiaçı gələcək xərclərlə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün pulemyot manqa komandiri vəzifəsində, əsgər rütbəsində xidmətdə olmuşdur. Onun aylıq qazancı bu xidmətlə bağlı aldığı əmək haqqı və ona əlavələrdən ibarət olmuşdur. “Kapital Bank" ASC-nin Yevlax rayon filialından verilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.20N6-xx.xx.20N7-ci il tarixləri ərzində ümumi gəliri 6,967.95 (altı min doqquz yüz atanış yeddi manat doxsan beş qəpik) manat olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, zərər vurulanadək, zərərçəkmiş N2 aydan az işlədiyindən iddiaçının orta aylıq qazancı (gəliri) sağlamlığın pozulmasından əvvəlki taktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməklə hesablanır ki, bu da iddiaçının aylıq qazancının (gəlirinin) 775 (yeddi yüz yetmiş beş) manat olduğu deməkdir (6.967.95 : 9 ay= 775). İddiaçının müqavilə müddəti 20N9-cu ilin sentyabr ayına qədər idi, beləliklə, İddiaçı real zərər vurulmaqla 27 aylıq faktiki qazancından məhrum olub ki, bu 20,925 (iyirmi min doqquz yüz iyirmi beş) manat təşkil edir (775*27=20,925). Eyni zamanda İddiaçı 20N9-202N-ci illər üçün əlavə 3 illik müqavilədən də məhrum edilmiş və ona əldən çıxmış fayda şəklində zərər vurulmuşdur ki, bu da 27900 (iyirmi yeddi min doqquz yüz) manat ziyan təşkil edir (775*36 ay=27900). 5.Cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı Ağayev X8 Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin N-N(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir sanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 8.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq iddiaçıya 3N gün müddətində işgəncə verildiyini, hökmün 4-cü səhifəsində də qeyd edildiyi kimi şəxslərin işdən çıxarılmasının qanunsuz olduğunu, xx.xx.20N6-cı və xx.xx.20N7-ci il arasında iddiaçının ümumi gəlirinin aylıq 775 manat olduğunu, faktiki olaraq iddiaçının müqavilə müddətinin 20N9-cu ilin sentyabr ayında bitdiyini, məlum hadisəyə görə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin N56-cı maddəsinin “e” bəndinə əsasən 20N7-ci ildə işdən azad edildiyini (azad edilmənin qanunsuz olması barədə məhkəmə hökmündə qeyd edildiyini), 27 ay qazancından məhrum olunduğunu, iddiaçının psixiatr seanslardan və MRT müayinəsindən keçməli olduğunu, sonda hökmdən apellyasiya şikayətinin verildiyini və hökmün dəyişdirilmədən saxlanıldığını bildirdi. 9.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. N0.Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. NN.Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: N2.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, N-N(093)-58/2023 saylı Hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, həmin Hökmlə iddiaçıya 6 may 20N7-ci il tarixdən 6 iyun 20N7-ci il tarixədək, cəmi 3N gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N-N(N03)- N7/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin N- N(093)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: N3.İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, N-N(093)-58/2023 saylı Hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. N4.Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ...İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X7, XN0 və digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstənin üzvləri ilə birlikdə çoxsaylı zərbələr vurmuş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzindəki inzibati binalarda, daha sonra 8 may 20N7-ci il tarixdə sonuncu özü və dəstənin digər üzvləri tərəfindən N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasına əlləri və gözləri bağlı vəziyyətdə gətirilərək xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək qeyd edilən hərbi hissəyə məxsus inzibati binalarda dəstə üzvləri üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyaraq əskinin üstündən ağzına tökdüyü su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, habelə bədən nahiyələrinə mühəndis istehkam fəaliyyətinə aid xüsusi qurğu vasitəsilə elektrik cərəyanı vermiş, naqil, sillə, yumruq, təpik, habelə metal və plastik dəyənək ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla İddiaçı fiziki və psixi ağrılar vermiş, xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında, xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək 3 gün müddətində mütəşəkkil dəstənin üzvləri tərəfindən əlləri və gözləri bağlı vəziyyətdə azadlığı qanunsuz məhdudlaşdırılmaqla ünvan N ünvanında yerləşən Silahli Qüvvələrin Baş klinik hospitalında, daha sonra barəsində əsassız intizam növündə həbs seçilməklə xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Respublika Hərbi Polisin Bakı qarnizonu haupvaxtında, xx.xx.20N7-ci il tarixdən isə 6 iyun 20N7-ci il tarixədək isə N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında mütəşəkkil dəstənin üzvləri tərəfindən eyni qaydada fiziki və psixi zor tətbiq edilərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə küt əşya ilə yetirməyə xarakterik, bədənin ümumi küt travması, döş qəfəsinin arxa səthinin, sol çiyin, sol bud, hər iki topuq və ayaqların dərialtı qançırları diaqnozu ilə nəticələnən xəsarətləri yetirib İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 6 may 20N7-ci il tarixdən 6 iyun 20N7-ci il tarixədək, cəmi 3N gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız tərxis olunması ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. N5.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N-N(N03)-N7/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, N-N(093)-58/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. N6."Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması həmçinin Bakı Hərbi Məhkəməsinin N-N(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N-N(N03)- 38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. N7.İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 502 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.20N4-cü il tarixdən xx.xx.20N5-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.20N6-cı il tarixdən xx.xx.20N7-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. N8.İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisinə ünvanlanan N2628 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı keçirilmiş qapalı kəllə-beyin travması davamlı qalıq əlamətləri, essensial tremor ilə Asteno-nevrotik təzahürlər, sol bazunun yuxarı N/3-nin bayır səthinin, qarnın ön divarının, sol baldırın aşağı N/3-nin içəri səthinin termiki yanığından sonrakı (20N7) piqmentasiyaları diaqnozu qoyulmuş, travmanın hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. N9.İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı baş beynin travmatik ödemi, keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri, qeyri-iradi avtomatik essesial tremor. Vegetativ sinir sisteminin somatoform disfunksiyası kəskin asteo-nevtorik hal diaqnozu qoyularaq ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 20.İş materiallarında olan İddiaçı məxsus SX seriyalı, ******* nömrəli hərbi bilet və "xxxx" ASC tərəfindən verilən İddiaçı məxsus ödəniş kartı üzrə çıxarış və cd-disk. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 2N.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2N.N-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.Həmin Məcəllənin N096, N097.N-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.Həmin Məcəllənin NN00-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 24.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 25.Məhkəmə İddiaçı qanunsuz olaraq azadlığının məhdudlaşdırılması və işgəncələrə məruz qalmasına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 26.İlk növbədə məhkəmə iddia tələbinin “53.N95 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 20N6-cı il tarixdə 3 illik müqavilə əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamış, məlum hadisə baş verdikdən sonra iddiaçı 20N7-ci il tarixdə “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır (Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə iddiaçının işdən azad edilməsinin hüquqa zidd olması qeyd edilmişdir, yəni məhkəmə tərəfindən buna hüquqi qiymət verilmişdir). İş materiallarına əlavə edilmiş bank çıxarışından görünür ki, 20N6-20N7-ci illər aralığından iddiaçının ümumi əmək haqqı məbləği 6967.95 manat təşkil etmişdir ki, bu da iddiaçının aylıq qazancının 775 manat olduğu deməkdir. İddiaçı 20N6-cı il tarixdə 3 illik müqavilə bağlamasına baxmayaraq 20N7-ci il tarixdə işdən çıxmış və nəticədə, 27 aylıq qazancından məhrum edilmişdir (775 x 27 = 20.925 manat). 27.Bundan başqa, iddiaçıya işgəncə verilməsi nəticəsində onun sağlamlığına ziyan vurulması işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cd-disk-də olan səs yazısından müəyyən edilmişdir ki, iddiaçının hazırda N5 seans psixatr/psixoloq müayinəsinə ehtiyacı vardır. İddiaçının səhhətində yaranmış problemlərin həlli mərhələli olduğu üçün hazırki vəziyyətdə müayinə və müalicə üçün tələb olunan xərc 4370 (280 x N5 + N70) manat təşkil edir (“Bona Dea” Hospital tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilən sənədlərə əsasən). Qeyd edilən N70 manat məbləğində pul isə iddiaçının həkim müayinəsi zamanı keçirilməsi nəzərdə tutulan bir müayinənin pulu olduğundan bu məbləğ də iddiaçıya ödənilməlidir. 28.Bununla yanaşı, məhkəmə maddi ziyanla bağlı tələbin əldən çıxmış fayda olaraq 27.900 manat tələb etməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, əldən çıxmış fayda şəkildə vurulmuş zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olubolmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. 29.Hazırda iddiaçı ona məlum hadisə nəticəsində əlavə 3 illik müqavilə bağlamasından məhrum edilməsi ilə bağlı əldən çıxmış fayda şəklində ümumilikdə 27.900 manat məbləğində zərər vurulduğunu bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. 30.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.N-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 3N.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 32.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 33.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 34.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 35.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2N və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 36.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 38.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın N3-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 39.Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin N-N(093)-58/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N-N(N03)-N7/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. 40.Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 300.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(N02)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 4N.Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 3N gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği N7.000 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. 42.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının məruz qaldığı rəftara görə ona N7.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. 43.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 25.295 (iyirmi beş min iki yüz doxsan beş) manat məbləğində maddi ziyanın və N7.000 (on yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N4.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 46.Eyni Məcəllənin 2N7.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 47.Həmçinin, MPM-nin 2N7.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 25.295 (iyirmi beş min iki yüz doxsan beş) manat məbləğində maddi ziyanın və N7.000 (on yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar