Məhkəmə qərarları › İş №2(006)-4721/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4721/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4721/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2014-cü il təvəllüdlü X8, xx xxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin qazancının yarısının aliment olaraq tutularaq ona ödənilməsi barədə və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 3 yaşına qədər hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, tərəflər ailə həyatı quraraq nikahları xx xxxxxx 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx xxxxxxx 2014-cü il təvəllüdlü X8, xx xxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2020-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Tərəflərin arasında yaranan narazılıq səbəbi ilə onlar ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya köməklik etmir. Sonda, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək iddiaçıya maaşının 50 faizini və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər hər ay 100 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianı qismən etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən təsdiq olunmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 889163 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, tərəflərin arasında xx xxxxxx 2013-cü il tarixdə nikah bağlanaraq bu barədə Nərimanov rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 886 saylı qeyd aparılmışdır. İş materiallarında olan AZ-İİİ 973213, AZ-İV 428522 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-cü il təvəllüdlü X4 valideynləridirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı ilə müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Lakin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh iş yerindən müntəzəm əmək haqqı alır. Bundan başqa cavabdeh iddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün aylıq qazancının və digər gəlirlərinin yarısını aliment ödəyəcəyini etiraf etmişdir. Qeyd olulanları nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment məhz cavabdehin aylıq qazancının və digər gəlirlərinin yarısı miqdarında tutulmalıdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, alimentməbləğinin hamısını cavabdeh iddiaçıya ödəməyə borcludur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının “...xx xxxxxx 2020-ci il təvəllüdlü X4 3 yaşına qədər 100 manat alimentin alınması...” tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin tələb təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının AM-nin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı tərəfin təqdim etdiyi sübutlardan göründüyü kimi, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2020-ci il tarixdə anadan olmuş X10 hələ 3 yaşına çatmamışdır. Bu da öz növbəsində iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsi barədə tələbinin əsaslı olduğunu göstərir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxx 2017-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay cavabdehin qazancının yarısı və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 3 yaşına qədər hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxx 2017-ci il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay cavabdehin qazancının yarısı və xx xxxxxx 2020ci il təvəllüdlü X4 3 yaşına qədər hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi andan 1(bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar