Məhkəmə qərarları › İş №2(006)-4792/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4792/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4792/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdə olduğu zaman xəstəliyi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi aldığı üçün hazırkı mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.6NN manat sığorta ödənişinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx xxxxxxx 2NN6-cı il tarixdə Salyan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə, xx xxxx 2NN7-ci il tarixdə Şizofreniya xəstəliyi almışdır. Bu səbəbdən də, hərbi uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız sayılmışdır. xx xxxxxx 2NN8-ci il tarixdə isə İİ qrup əlillik dərəcəsi almışdır. Əlilliyi ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Həmin müraciətə xx xxxxx 2N2N-ci il tarixli N7-N7-137 saylı məktubla qeyri-məqbul cavab verilmişdir. Məktubda onun xx xxxxxx 2NN8-ci il tarixdə İİ qrup əlillik dərəcəsi aldığı, buna görə də, sığorta hadisəsindən 12 ildən artıq vaxt keçdiyi əsas gətirilərək, ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Lakin həmin imtina məktubunda istinad edilən Qanunun 7-ci maddəsinin sonuncu abzası Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli 62N saylı Fərmanına əsasən ləğv edilmişdir. Cavabdehin məktubundan da göründüyü kimi, ona sığorta verilməsindən imtina edilməsi üçün heç bir əsas yoxdur. Bundan başqa, ona daha yüksək əlillik pensiyasının təyin edilməsi və 2NN8-ci ildən hazırkı dövrədək ödənilməmiş məbləğin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ə müraciət etmişdir. Həmin Fondun Bakı Ərazi şöbəsinin xx xxxx 2N2N-ci il tarixli **********8 saylı məktubla cavab verilərək, TSEK-in əlillik vərəqəsi əsasında əlilliyə görə əmək pensiyası hüququ olmadığı üçün ona xx xxxx 2N16-cı il tarixdən əlilliyə görə xx.xx.2N16-cı il tarixdən xx.xx.2N18-ci il tarixədək 55 manat, xx.xx.2N18-ci il tarixdən xx.xx.2N19-cu il tarixədək 61 manat, xx.xx.2N19-cu il tarixdən xx.xx.2N2N-ci il tarixədək sosial müavinət təyin edildiyi bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəməyə iddia ərizəsinə etiraz təqdim etdi və izahatında bildirdi ki, işdə olan sənədlərə əsasən iddiaçı X3 əlillik istifefaya buraxıldığı gündən 3 il müddətində deyil, 7 il sonra təyin edildiyi üçün sığorta ödənişinin verilmiəsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1988ci il tarixdə Salyan rayonunda doğulmuşdur. xx.xx.2NN6-cı il tarixdə hərbi xidmətə çağırılan İddiaçı DİN DQ N saylı hərbi hissəsində xidmət keçmişdir. xx.xx.2NN6-cı il tarixdən xx.xx.2NN7-ci il tarixədək DQ hospitalının ruhi-əsəb xəstəlikləri şöbəsində «depressiv psixoz» diaqnozu ilə müşahidə və müalicədə olmuşdur. Müalicədən sonra xəstəyə xx.xx.2NN7-ci il tarixdə Hospitalın HHK-sı tərəfindən hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə məzuniyyət məqsədə uyğun hesab edilmişdir. Xəstə təkrar olaraq xx.xx.2NN7-ci il tarixdə DQ Hospitalının ruhi-əsəb xəstəlikləri şöbəsinə «Şizofreniyaya bənzər psixoz» diaqnozu ilə qəbul edilmişdir. Müşahidə və müalicə dövründə xx.xx.2NN7-ci il tarixdə xəstə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı, professor A.Sultanov tərəfindən konsultasiya edilmiş və «Şizofreniyaya bənzər psixoz» diaqnozu təyin edilmişdir. Xəstə təkrar olaraq xx.xx.2NN7ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı, professor A.Sultanov tərəfindən konsultasiya edilmiş və «Şizofreniya» diaqnozu təyin edilmişdir. xx.xx.2NN7-ci il tarixdə DQ hospitalının klmandirinə məruzə edilmiş və hərbi xidmətə yararlığının təyin edilməsi üçün HHH-na təqdim edilməsinə müvafiq sərəncam verilmişdir. Hərbi xidmət dövründə alınmış xəstəliyə görə hərbi uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız olan iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu barədə məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən özünə çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2N2N-ci il tarixli N7-N7-137 saylı məktubundan görünür ki, iddiaçının haqlı tələbi təmin edilməmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı xx.xx.2NN8-ci il tarixdə ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 6N faiz. İddiaçının İİ qrup əlil olması, əlilliyin hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.6NN (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22N, 227, 233, 36N-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.6NN (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar