Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4810/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızının cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızı cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızı Cavabdeh ilə faktiki nikaha 2006-cı ildə daxil olmuşlar. Faktiki nikahdan iki övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X5 dünyaya gəlmişlər. Son zamanlar münasibətləri uyğun gəlmir, cavabdehlə bir evdə yaşamaq mümkün deyil. Ona görə də bu ilin iyun ayından uşaqlarını götürüb atasının evinə getmişlər. Hazırda işləyir və aylıq 500 manat əmək haqqı alır. Faktiki nikahda olduqları dövrdə ümumi xərclər üçün bankdan 7600 manat kredit götürmüşlər. Kredit borcunu da hal-hazırda o ödəyir. Buna görə də uşaqlara həmin maaşla baxmağı mümkün deyildir. Cavabdehin rəsmi işi və əlavə gəlirləri mövcuddur. O, rəsmi işindən əlavə sürücü kimi fəaliyyət göstərir və bu fəaliyyətdən təxminən aylıq 1200 manat gəlir əldə edir. Atası evinə gəldiyi vaxtdan cavabdeh uşaqların heç bir təlabatını ödəməmiş və onlarla maraqlanmamışdır. Ona görə də, alimentin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün iddia ərizəsi verildiyi gündən uşaqların yetkinlik yaşlarına çatanadək hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin, mediasiyada iştiraka görə ödənilmiş 50 manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(006)- 4810/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğlundan 07 oktyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda hissəvi aliment, habelə 283 (iki yüz səksən üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızına ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğlundan tutularaq iddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızına ödənilməsi qət edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, hazırki iş üzrə çıxarılmış qətnamənin nəticə hissəsində dövlət rüsumu haqqında məsələ müzakirə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Tərəflər qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (386 x 12 = 4632 manat. 3632 x 1% = 36,32 manat. 30+36,32= 66,32 manat) Məhkəmə həmçinin qeyd edir ki, sonuncu qətnamə ilə iddaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum dövlət büdcəsinə ödənildiyindən (mediasiya xərci kimi) 66 manat 32 qəpikdən ödənilmiş 50 manat məbləğində pul çıxılmalıdır. Beləliklə, məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, əlavə qətnamə çıxarılmalı, iddiaçı Əmı̇ rxanova Anara Şahvələd qızı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğludan 16,32 AZN (on altı manat, otuz iki qəpik) məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh İbrahı̇ mov Ramı̇ l Dursun oğlundan 16,32 AZN (on altı manat, otuz iki qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Əlavə qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4810/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-4810/2022
07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver