Məhkəmə qərarları › İş №2(006)-4828/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4828/2022

17.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4828/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın atanın yanında qalması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinin tələblərini uzun müddət ərzində kobud şəkildə pozduğuna görə Cavabdeh məsuliyyətə cəlb edilməsini və cavabdeh tərəfindən faktiki olaraq mənimsənilmiş cəmi 1800 manat məbləğində aliment pulunu oğlu Bilal Əliyevin ehtiyaclarının ödənilməsi üçün ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tələbi ilə “nikahın pozulması və s." barədə iddia ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iclasında baxılaraq (İş № 2(006)-7741/2017) onun tələbi qismən təmin edilmişdir və Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı 12 iyun 2001-ci il tarixdə bağlanmış və VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında Akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin vaxt birgə nikahdan 22 dekabr 2004-cü ildə anadan olmuş X3 anası Cavabdeh yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 136,60 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minən gündən etibarən o şəxsi təşəbbüsü ilə hər ay minimal 150 manat və ötən dövr ərzində vaxtaşırı müvafiq olaraq 180, 200 manat köçürməklə vaxtlı-vaxtında aliment ödənişlərini təmin etmişdir. Boşanmadan sonrakı dövr ərzində oğlunun anası Cavabdeh uşağın onunla görüşməsinə 4 il ərzində faktiki olaraq maneə olub. Bu səbəbədən yalnız Mediasiya Şurasına onun müraciətindən sonra övladı ilə həftə ərzində görüşməkləri üçün vaxt-imkan əldə edilmişdir, Uşaq ilə görüş icazəsi əldə olunandan sonra onun səhhətində ciddi problemlər aşkara çıxdı: qida rejiminin qeyri qənaət-bəxş olması ucbatından alimentar distrofıya; əsəb pozuntusu təsdiqləndi. Bu səbəbdən uşaq 2021-2022-ci tədris ilini tamamlaya bilmədi. Cavabdeh tərəfindən övladının sağlamlığına qarşı uzun müddət soyuq yanaşması səbəbindən uşağın nevrololoj durumunda digər pozuntular əmələ gəlmişdir. Cavabdeh uşağın sağlamlığına laqeyid qalmaqla müalicə-reabilitasiva prosesini bəhanəyə çevirmişdir. Güya (qanun pozuntusu kimi qələmə verərək ) aparılan müalicələrin yalan olmasını iddia edərək, 2021-ci ilin dekabr ayının alimentləri daxil bu günədək 9 ay ərzində uşağın onunla qalmadığı bu dövr ərzindəki pulunu faktiki olaraq mənimsəmişdir. Uşağın “X2”-də müalicəsinin birinci mərhələsi bitəndən sonra o onu anasının yanına göndərərək həmin tibb müəssisəsinin verdiyi arayışı cavabdehə verməyi tövsiyə etdi. Amma cavabdeh onunla “iş gördüyünü” və “əməkdaşlıq” etdiyini uşağa irad tutaraq “bu işlərə qarışmayacağını qəti olaraq ona bildirmişdir. Cavabdeh göndərdiyi tibbi sənədlə tanış olmaqdan imtina edərək , hətta onun (cavabdehin) kirayədə qaldığı evdə özünün olmadığı vaxtlarda uşağın oraya gəlməsinə qadağa qoymuşdur. Nə qədər qəribə səslənsə belə, guya (qanun pozuntusu kimi qələmə verərək ) aparılan müalicələrə inanmadığını bildirmiş, 2021-ci ilin dekabr ayından etibarən və bu günədək uşağın onun yanında qalmamasına baxmayaraq oğlu üçün keçirilən aliment pullarını ona vermir. Dəfələrlə telefon bağlantısı yaradaraq oğlu Bilal anası ilə danışıb , aliment pulunu özünün ehtiyacları üçün istəməsinə baxmayaraq, göstərdiyi dövr ərzində cavabdehdən müxtəlif bəhanələrlə rədd cavabı almışıdır. Bu azmış kimi, cavabdeh Bakı şəhəri Səbail rayonu DİŞ-in 8 №-li ərazi Polis Bölməsinə oğlundan şikayət ərzəsi vermişdir. Bununla əlaqədar olaraq oğlu Bilal və o həmin ərazi Polis Bölməsinə dəvət olundular və xx.xx.2022-ci il tarixində orada izahat verdilər. Cavabdehin polisə verdiyi şikayətin tam əsassız və böhtan xarakterli olması tərəfindən sübuta yetirildi. Onda olan məlumata görə Səbail rayonu DİŞ-in 8 nömrəli ərazi Polis Bölməsinin yetkinlik yaşına çatmamış uşaqlarla iş üzrə Müfəttişliyində cavabdehlə proflaktik söhbət aparılmışdır. Lakin bu günədək cavabdehin mövqeyində hər hansı müsbət xarakerli dəyişiklik görünmür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2004-cü il təvəllüdlü oğlu X1 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək xx.xx.2004-cü il təvəllüdlü oğlu X1 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmiş və cavabdehə qarşı aliment tələbinin olmadığını bildirmişdir. Məhkmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 566101 nömrəli doğum haqqında şəhadətnamənin dublikatından görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmişdir. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə andan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7741/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 12 iyun 2001-ci il tarixdə bağlanmış və Nəsimi rayon VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 22 dekabr 2004-cü ildə anadan olmuş X1 anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq, 22 dekabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 289871 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin suətindən görünür ki, İddiaçı ilə Cavabdeh Pərvanə qızı aralarında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydlər kitabında xx.xx.2018-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. 10 yaşına çatdığından, nikah pozulduqdan sonra hansı valideynin yanında qalmaq istəməsi barədə xx.xx.2004-cü il təvəllüdlü X1 məhkəmə iclasında fikri öyrənilmiş, o, izahat verərək atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X3 adında uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7741/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə cavabdeh İddiaçı arasında 12 iyun 2001-ci il tarixdə bağlanmış və Nəsimi rayon VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 22 dekabr 2004-cü ildə anadan olmuş X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə əsasən iddiaçı ilə birgə nikahlarında olan 22 dekabr 2004-cü il təvəllüdlü X1 atası İddiaçı yanında qalmasına etiraz etmədiyi, iddiaçının isə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün qarşı tərəfdən aliment tələb etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Məhkəmə hər iki valideynin və uşağın valideynlərindən hansının yanında qalması, məsələsinə dair fikirlərini öyrənib hesab edir ki, hazırki məsələ uşağın ən yaxşı mənafeyi prizmasından öz həllini tapmalı, uşağın mənafeyi ilə valideynin mənafeyi arasında ədalətli tarazlığın təmin edilməsinə nail olunmalıdır. Bu tarazlıq təmin olunarkən uşağın ən yaxşı mənafeyi qorunmalıdır. Bu baxımdan məhkəmə tərəflərin qeyd olunan məsələ ilə razılığını, uşağın valideynlərindən atasının, yəni İddiaçı yanında qalmaq istəyini nəzərə alaraq hesab edir ki, 22 dekabr 2004-cü il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməlidir. Alimentlə bağlı heç bir tələb olmadığından məhkəmə tərəfindən həmin məsələyə münasibət bildirilmir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış hallara əsaslanıb qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutmaqla hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 22 dekabr 2004-cü il təvəllüdlü X3 atası İddiaçı yanında qalmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 234.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 dekabr 2004-cü il təvəllüdlü X1 atası İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar