Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4866/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mülki məsuliyyətin icbari sığortasına uyğun olaraq 5.000 manat sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 150 manat, mənəvi zərər olaraq 2.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.180 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sürücü X5 19.03.2021-ci il tarixdə mülki məsuliyyəti cavabdeh “Atasığorta" ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası haqqında PAA********** saylı şəhadətnaməsi ilə sığorta olunmuş “Hyundai County” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, M.Əlivev küçəsində idarə etdiyi zaman yol hərəkəti qaydalarını pozub ona məxsus «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsində “Hyundai County” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 təqsirli olması Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin inzibati xəta haqqında protokolu ilə təsdiqlənmişdir. Dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə servisə müraciət edilmiş və “Toyota Bakı Mərkəzi" MMC-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, bu qəza nəticəsində ona məxsus «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə 11322,03 manat məbləğində maddi ziyan dəymişdir. Təmir xərci ƏDV ilə birgə cəmi -13360,00 manat təşkil edir. Dəymiş zərərin yüklü dərəcədə olmasına baxmayaraq, qanunvericiliyə və hadisədə təqsirli şəxsin mülki məsuliyyətinin icbari sığortası haqqında PAA********** saylı Sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən ona 5.000 manat ödənilməli olmasına rəğmən, "xxxx" ASC məqsədyönlü şəkildə təmir xərcini ödəməmiş, onu get-gələ salmış, yekunda qeyd olunan qəza və dəymiş maddi ziyan üçün 2.854 manat təmir xərci verməyə razı olduqlarını bildirmişlər. Artıq üç aydır ki, o, get-gələ salınır, əsassız yerə süründürməçilik edilir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərə görə mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə uyğun olaraq 5.000 manat sığorta ödənişi, uzun sürən və əsassız süründürməçiliyə yol verildiyindən 2.000 manat mənəvi ziyan, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 150 manat və 30 manat dövlət rusumu olmaqla, cəmi – 7.180 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qismən qəbul edərək və məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsini müdafiə edərək bildirdi ki, ‘‘AtaSığorta” ASC ilə X9 arasında 11.06.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Hyundai County” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətlərinə ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin 19.03.2021-ci il tarixdə qəzaya uğradığını və nəticədə “X12 Prado” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 3.135.00 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 5 000,00 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 30.00 manat, 150,00 manat işlərin görülməsi xərclərinin, 2.000.00, ümumilikdə 7.180.00 manat məbləğində pul vəsasitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəmiyyətlərinə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 3.150.00 manat məbləğində müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyinin zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən, 19.03.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək “AtaSığorta’" ASC-nin hüququdur. “İcbari sığortalar haqqında” AR Qanunun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Bildirmək istəyirlər ki, “İcbari sığortalar haqqında” AR Qanunun 16.2-ci maddəsinə əsasən, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndiridə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari Sığortalar haqqında" AR Qanunun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı, mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətlərinin ödəniş etmək öhdəliyi yaranmadığından mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı tələbi əsassız hesab olunur. Qeyd olunanlardan da göründüyü kimi, 19.03.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı 3.135.00 manat sığorta ödənişinin verilinəsi haqqında qərarları qanuni və əsaslı olduğu üçün İddiaçı cavabdeh “AtaSığorta" ASC-yə qarşı “pul” tələbinə dair iddiasının 3.135,00 manat hissədə təmin, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən, habelə tərəflərin izahatlarından görünür ki, "xxxx" ASC ilə X9 arasında 11.06.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən «Hyundai County» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X1 Natiq Şirzad oğluna məxsus olan «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmaqla, ƏN-V seriyalı, 512928 saylı etibarnamə əsasında idarə edir. X5 19.03.2021-ci il tarixdə saat 16.31 radələrində idarə etdiyi «Hyundai County» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozmaqla İddiaçı idarə etdiyi «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, İddiaçı idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. X4 barəsində 19.03.2021-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsində məhz X4 təqsirli olması təsbit edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən ona vurulmuş maddi ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin onun sözlərinə görə "xxxx" ASC dəymiş maddi ziyanı 2.854 manat həddində dəyərləndirmişdir. Tərəflər arasında olan mübahisə məhz vurulmuş maddi zərərin həcmi ilə bağlıdır. Cavabdehin nümayəndəsinin məhkəməyə vermis olduğu iddia ərizəsinə etirazda cavabdeh tərəf iddianı qismən – 3.135 manat hissəsində etiraf etdiyini bildirmiş, iddianı qalan hissədə qəbul etmədiklərini göstərərək, bunu dəymiş faktiki maddi ziyanın 3.135 manat həcmində olması ilə əsaslandırmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi, iddia tələbini əsaslandırdığı sübutlardan biri olan "xxxx" MMC-nin 09.04.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün ehtiyyat hissələrinin alınmasına və təmir olunmasına cəmi 13.360 manat pul vəsaiti lazım olduğu qeyd edilmişdir. Məhkəmə işə obyektiv və hərtərəfli baxılması üçün müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2021-ci il tarixli 9/6555 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 09.04.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı mühərrikin iş həcmi 2.700 sm3 avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9.008,00 manat. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 6.668,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 2.340,00.
2. Dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7.566,00 manat. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 5.226,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 2.340,00. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan - dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9.008 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7.566 manat təşkil edir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini, yəni iddiaçının sığorta ödənişi qismində tələb etdiyi 5.000 manat pul vəsaitini iddiaçıya ödəməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar 150 manat pul vəsaiti, məhkəməyə iddia ərizəsinin təqdim edilməsi ilə əlaqədar isə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi olaraq 5.000 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından göründüyü kimi, iddiaçı ona vurulmasını iddia etdiyi mənəvi zərərin konkret olaraq nədə ifadə edildiyini göstərməmiş, ümumi sözlərlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində müəyyən sarsıntılara, əzaba, stresə, əsəbə və məyusluğa məruz qaldığını bildirmişdir. Bu səbəbdən, iddia mənəvi zərərin tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Sığorta ödənişi olaraq 5.000 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev