Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4874/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədli Xanım Sadıq qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" SŞ ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manat pulun iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29.12.2019-cu il tarixdə saat 08:00 radələrində Bakı şəhəri Cavadxan küçəsində, Cavabdeh, hazırda LPO "xxxx" SŞ ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X1 məxsus «Azsamand RX» minik markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X2 məxsus olan, «Mercedes Benz C200» minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili dayandığı yerdə arxadan vurmuş, həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerini tərk etmişdir. Nəsimi rayon DYPŞ tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və onun barəsində 04.01.2020-ci il tarixdə TP ******* saylı X4 Haqqında Qərar qəbul olunmuşdur. Hazırkı iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X2 məxsus olan, «Mercedes Benz C200» minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat məbləğində zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 21.02.2020-ci il tarixli İC AA 6835/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, LPO "xxxx" SŞ ASC tərəfindən zərər çəkən X2 məxsus olan «Mercedes Benz C200» minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə, 11.02.2020-ci il tarixdə 700 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-25.1.4, 63, 25.1.8, 25.2-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 700 manat məbləğində sığorta ödənişi LPO "xxxx" SŞ ASC tərəfindən zərər çəkən X2 ödənildiyindən, hazırda LPO "xxxx" SŞ ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardr. LPO "xxxx" SŞ ASC 16.12.2020-ci il tarixdə Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən Cavabdeh, subroqasiya hüququna əsasən X2 ödənilmiş 700 manat pulun sığorta şirkətinə ödənilməsi barədə pretenziya ünvanlamışdır. Lakin cavabdeh bu günədək göstərilən məbləği ödəməmişdir. Hesab edirlər ki, zərər çəkənə ödənilmiş məbləğin əvəzi 700 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun Cavabdeh LPO "xxxx" SŞ ASC-nin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin Ləğvetmə Komissiyasının etibarnamə üzrə nümayəndəsi Habil İsgəndərov məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndələrinin üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, məhkəmədən mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" SŞ ASC ilə «Azsamand RX» minik markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 arasında 21.03.2019-cu il tarixdə PST********** saylı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta müqaviləsi bağlanmışdır. İcbari sığorta müqaviləsi 1 il müddətinə - 21.03.2019-cu il tarixdən 21.03.2020-ci il tarixədək bağlanmışdır. Cavabdeh 29.12.2019-cu il tarixdə saat 08:00 radələrində Bakı şəhəri Cavadxan küçəsində, X1 məxsus «Azsamand RX» minik markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X2 məxsus olan, «Mercedes Benz C200» minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili dayandığı yerdə arxadan vurmuş, həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerini tərk etmişdir. 22 yanvar 2020-ci il tarixdə yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi barədə sığorta aktı tərtib olunmuşdur. Ziyan aktında göstərilən zərərin aradan qaldırılması üçün "xxxx" SŞ ASC-nin 11 fevral 2020-ci il tarixli 13 saylı ödəniş tapşırığı üzrə 700 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 04.01.2020-ci il tarixdə tərtib olunmuş AP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Cavabdeh barəsində tərtib olunmuş TP seriyalı ******* saylı X4 haqqında qərarda onun avtomobili hüququ olmadan idarə etdiyi, hadisədən sonra isə hadisə yerini tərk etdiyi qeyd edilmişdir. Bakı şəhər Nəsimi RPİ-nin "xxxx" SŞ ASC-yə təqdim etdiyi 10.01.2020-ci il tarixli 082-951-1220 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Qüsur aktından görünür ki, zərər çəkənin avtomobilinin təmir olunması üçün görülməli işlərə və ehtiyat hissələrinin alınmasına 700 manat pul vəsaiti tələb olunur. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən zərər çəkmiş şəxsə 700 manat pul vəsaiti ödənilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-25.1.4, 25.1.8-ci maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər zərəri vurmuş Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, zərər çəkmiş şəxsə verilmiş 700 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manat pul vəsaiti Cavabdeh iddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manat pul vəsaiti iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4874/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4874/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver