Məhkəmə qərarları › İş №2(006)-4933/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4933/2023

28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4933/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 24 oktyabr 2005-ci il təvəllüdlü X4 və 14 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün əmək haqqı və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin və onun xəstəliyi ilə əlaqədar işləyə bilmədiyindən hər ay 300 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun maddi cəhətdən dolanmağı üçün xəstəliyi ilə əlaqədar işləyə bilmədiyindən hər ay 300 yox, 1000 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2004-cü ildə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan 24 oktyabr 2005-ci ildə oğulları X4 və X3 anadan olmuşdur. Nikahları Bakı Səadət Sarayından nikahın bağlanması haqqında akt qeydləri kitabında 3374 nömrə ilə qeydə alınmışdır. Evləndikdən sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri korlanmış, xarakterləri uyğun gəlməmiş, bir-birilərini başa düşə bilməmişlər. Aralarında tez-tez anlaşılmazlıq baş vermiş, bu da öz növbəsində ailədə mübahisənin və söz-söhbətin yaranmasına gətirib çıxarmışdır, ümumiyyətlə cavabdehlə ailə şəraitində yaşamaq mümkün deyil, eyni zamanda heç bir səbəb olmadan ona nalayiq sözlərlə söyür, təhqir edir, ona əl qaldırırdı, evə bazarlıq etmir, uşaqlara baxmır. Bütün bunlara dözməyib ayrı yaşamaq məcburiyyətində qalmışdır. Özü onkoloji xəstədir, uşaqlar artıq hər bir hadisəni, narazılığı anlayırlar, onların yersiz mübahisələri uşaqların psixologiyasına təsir göstərir. Onun dövlət tərəfindən ödənilən pensiyası ilə dolanmaq mümkün deyildir. Məsələ ilə bağlı Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etdi və 19 oktyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinin mənası olmadığı qənaətinə gələrək prosesi sona çatdırmaq barədə qərar verdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, hazırda heç yerdə işləmir. Odur ki, ərizəsində qeyd edilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilən 10 dekabr 2004-cü il tarixli, AZ-İ № 128732 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında 10 dekabr 2004-cü il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3374 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məhəmməddivand” soyadı verilmişdir. Mülki işin materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 21 dekabr 2005-ci il tarixli, AZ-İ № 06069 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 16 dekabr 2008-ci il tarixli, AZ-İİ № 209721 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, İddiaçı sağ süd vəzinin xərçəngi klinik diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi tərəfindən verilən əmək pensiyasının təyin edilməsi barədə bildirişdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə təqdim edilmiş sənədlərə əsasən İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 127,87 manat, xx.xx.2019-cu il tarixdən 160 manat məbləğində İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzil-tikinti kooperativinə məxsus 3 nömrəli binanın 21 nömrəli mənzilində yaşayır və heç bir maliyyə borcu yoxdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək 50 manat ilkin mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir (Mediator: H.Gülnar). “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən Cavabdeh məxsus gəlir məlumatlarından görünür ki, o, "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışır və 1698,29 manat məbləğində əmək haqqı alır. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən İddiaçı məxsus gəlir məlumatlarından görünür ki, o, ƏG-2-ci qrup pensiya növü üzrə 327.22 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 24 oktyabr 2005-ci il təvəllüdlü X4 və 14 iyul 2008-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasında bağlanılmış nikah pozulmamışdır. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehin əmək haqqı və digər gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin, eyni zamanda özünün xəstəliyi ilə əlaqədar hər ay 1000 manat məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, birgə nikahdan doğulmuş 24 oktyabr 2005-ci il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə iddia tələbinin birgə nikahdan doğulmuş uşaqların saxlanılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur; 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iş üzrə iddiaçı tərəfindən alimentin tutulması barədə ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş 14 iyul 2008-ci il təvəllüdlü X1 əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasınının zəruriliyini, cavabdehin hazırda sabit gəlirə malik olduğunu nəzərə alaraq və Ailə Məcəlləsinin 76-cı maddəsini rəhbər tutaraq hesab edir ki, iddia tələbi uşaqlara münasibətdə qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin birgə nikahdan doğulmuş 24 oktyabr 2005-ci il təvəllüdlü X2 saxlanılması hissəsinə münasibətdə qeyd edir ki, hazırda 24 oktyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Buna görə də onun saxlanılması üçün cavabdehdən alimentin tutulması hissəsində iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin İddiaçı saxlanılması üçün Cavabdeh 1000 manat məbləğində alimentin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.1-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı onkoloji xəstədir və işləmir. Məhkəmə iddiaçının hazırda onkoloji xəstə olduğunu və heç bir yerdə işləmədiyini nəzərə alaraq hesab edir ki, tələbi əsaslıdır, lakin tələb qismən təmin edilməklə cavabdehdən iddiaçının xəstəliyi ilə əlaqədar saxlanılması üçün iddiaçının tələb etdiyi həddə deyil, aylıq 300 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan doğulmuş 14 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməli, İddiaçı saxlanılması üçün hər ay Cavabdeh 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı və alimentə dair hissə dərhal icraya yönəldilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 14 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı saxlanılması üçün hər ay Cavabdeh 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentə dair hissə dərhal icraya yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar