Məhkəmə qərarları › İş №2(006)-4994/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4994/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4994/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə sığorta hadisəsi baş verdiyi an ödəniş qrafiki üzrə ödənilməli olan qalıq məbləğin, yəni 20.831,32 manatın 20% həcmində, yəni 4.166,2 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdə ipoteka yolu ilə ərizəsində göstərdiyi fərdi yaşayış evini almışdır. Sənədləşmə zamanı ipoteka götürən şəxslər üçün həyat sığortası məcburi şərt olduğundan «xxxx» ASC ilə aralarında xx.xx.2014-cü il tarixdə xx.xx.2017-ci il tarixədək qüvvədə olan sığorta müqaviləsi bağlanmışdır. Müqavilə müddəti başa çatandan sonra xx.xx.2024-cü il tarixədək aralarındakı müqavilənin müddəti uzadılmışdır. Qeyd edir ki, sığorta ödənişlərində və ipoteka ödənişlərində tərəfindən gecikmələrə yol verilməmişdir. O, sığorta müqaviləsi müddətində xəstələnmiş və 2018-ci ilin fevral ayında İİ qrup əlil olmuşdur. Aralarındakı müqaviləyə və «fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları»nın təsdiq edilməsi haqqında AR Maliyyə Nazirliyinin G-21 saylı xx.xx.2014-cü il tarixli Qərarına, «Sığorta fəaliyyəti haqqında» AR Qanununa və AR MM-nə əsasən sığorta müqaviləsi dövründə əmək qabilimyyətini itirməyi sığorta hadisəsi hesab edildiyindən sığorta ödənişi ilə bağlı cavabdeh şirkətə müraciət etmişdir. «xxxx» ASC xx.xx.2020-ci il tarixli cavab məktubunda aralarındakı sığorta müqaviləsi dövründə onun İİ qurup əlil olmağını, əmək qabiliyyətini itirməyini sığorta hadisəsi hesab etməmiş və sığorta ödənişindən imtina etmişdir. AR MM-nin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hissəsinin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Lakin cavabdeh aralarındakı müqavilə üzrə AR MM-nin 897.3-cü maddəsində nəzərdə tutulmuş həddə qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Cavabdehin ona ödəməli olduğu sığorta məbləği AR MM-nin 904.2-ci maddəsində nəzərdə tutulduğu kimi icbari sığorta qanunları ilə müəyyənləşdirilir. Aralarındakı müqaviləyə görə o, İİ qurup müddətli əlil olduğundan sığorta ödənişinin həcmi sığorta hadisəsi baş verdiyi an ödəniş qrafikində ödənilməli olan qalıq məbləğin 20% həcmində müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən iddia ərizəsini təmin edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə sığorta hadisəsi baş verdiyi an ödəniş qrafiki üzrə ödənilməli olan qalıq məbləğin, yəni 20.831,32 manatın 20% həcmində, yəni 4.166,2 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı İİ dərəcəli əlillik təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə uyğun olaraq təqdim olunmuş sənədlər əsasında tərəflərindən tam və hərtərəfli araşdırma aparılmışdır. Şirkət tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixli M-Lİ P121774/17 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmışdır və həmin şəhadətnamədə onun üçün aşğıdakı sığorta təminatları təyin edilmişdir: istənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%), İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə, İstənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi -1 qrup əlillik. Qeyd olunan İİ təminatda “İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə” halı qeyd edilsə də, təqdim olunan əlillik şəhadətnaməsinə əsasən ona xx.xx.2018-ci il tarixdə “ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavemoz vərəmin qalıq əlamətləri, vərəm infeksiyası, kaxeksiya” diaqnozu ilə (yəni xəstəlik səbəbindən) İİ dərəcəli 5 illik (müddətli) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”na (bundan sonra “Qaydalar”) əsasən bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran, bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisədir. Yuxarıda qeyd edilənlər, eləcə də “Qaydalar”a uyğun olaraq “xxxx” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası ƏƏSMN TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə “ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavemoz vərəmin qalıq əlamətləri, vərəm infeksiyası, kaxeksiya” diaqnozu qoyularaq xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar) təyin edilmişdir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış sığorta ödənişinin verilməsindən imtina ilə əlaqədar xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ona İİ dərəcəli əlillik təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə uyğun olaraq təqdim olunmuş sənədlər əsasında tərəflərindən tam və hərtərəfli araşdırma aparılmışdır. Məlumat üçün bildirmişlər ki, şirkət tərəfindən xx.xx.2017-ci il tarixli M-Lİ P121774/17 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış və həmin şəhadətnamədə onun üçün aşğıdakı sığorta təminatları təyin edilmişdir: istənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%), İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə, istənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi -1 qrup əlillik. Qeyd olunan İİ təminatda “İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə” halı qeyd edilsə də, təqdim olunan əlillik şəhadətnaməsinə əsasən ona xx.xx.2018-ci il tarixdə “ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fıbroz-kavemoz vərəmin qalıq əlamətləri, vərəm infeksiyası, kaxeksiya” diaqnozu ilə iyəni xəstəlik səbəbindən) İİ dərəcəli 5 illik (müddətli) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarf’na (bundan sonra “Qaydalar”) əsasən bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran, bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisədir. Yuxarıda qeyd edilənlər, eləcə də “Qaydalar”a uyğun olaraq “xxxx” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. xx.xx.2012-ci il tarixli, M-Lİ P167225/14 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən iddiaçı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 30.000 manat məbləğində sığortalanmışdır. Şəhadətnaməyə əsasən bədbəxt hadisə və xəstəlik nəticəsində sığortalının ümumi əmək qabiliyyətinin daimi tam və qismən itirilməsi hallarında sığorta ödənişinin verilməsinə təminat vermişdir. Müqavilədə əmək qabiliyyətinin tam itirilməsi üzrə müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirilməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində, qismən itirilmə üzrə ödəniş cədvəlinə əsasən sığortalıya ödəniş ediləcəyi şərti göstərilmişdir. xx.xx.2017-ci il tarixli, M-Lİ P121774/17saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən iddiaçı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 22059,34 manat məbləğində sığortalanmışdır. Şəhadətnaməyə əsasən istənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%) bədbəxt hadisə və İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və istənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi - bədbəxt hadisə İ qrup əlillik hallarına təminat verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdə “ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavemoz vərəmin qalıq əlamətləri, vərəm infeksiyası, kaxeksiya” diaqnozu qoyularaq xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar) təyin edilmişdir. xx.xx.2017-ci il tarixli, M-Lİ P121774/17saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən iddiaçı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən istənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%) bədbəxt hadisə və İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və istənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi - bədbəxt hadisə İ qrup əlillik hallarına təminat verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin G-21 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları»na, «Sığorta fəaliyyəti haqqında» Qanuna və Mülki Məcəlləyə istinad etməklə sığorta hadisəsi baş veridiyindən məhkəmədən sığorta ödənişinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə ödənişi həyata keçirməkdən imtinanı iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin müddətsiz olmaması, əlilliyin təyin edilməsinə olan səbəbin bədbəxt hadisə ilə deyil, xəstəlik ilə bağlı olması ilə əlaqələndirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəlləyə müvafiq olaraq sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 833.1). Sığorta müqaviləsi yazılı formada: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə və icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada bağlanır (maddə 899.1). Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir (maddə 903.1-903.2). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (maddə 922). “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarına əsasən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir (1.1). Qaydalara əsasən, sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (2.0.11). Kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə bədbəxt hadisə hesab edilir (2.0.12). Bu Qaydalara əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı sığorta olunanın ölməsi, sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması risklərindən sığorta təminatı verir (4.4). Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır (7.1). Yuxarıda təsbit olunmuş qanunvericilik normalarını rəhbər tutan məhkəmə qeyd edir ki, sığortaçının sığorta ödənişi ödəmək öhdəliyi sığorta müqaviləsi ilə sığorta riski kimi müəyyən edilmiş hadisələrin baş verməsi ilə şərtləndirilmişdir, yəni sığortalı yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisələrinin baş verəcəyi təqdirdə sığorta şirkətindən sığorta ödənişini tələb edə bilər. Beləliklə baş vermiş hadisəsinin sığorta hadisəsi hesab edilib-edilməməsi məsələsi işin mübahisələndirilən hallarına aiddir və bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsindən göründüyü kimi xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hərbi xidmət zamanı aldığı xəstəlik ilə əlaqədar xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixli, M-Lİ P121774/17 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin sığortalıya ödənilməsinin mümkünlüyü İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqələndirilmişdir. Beləliklə də məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əmək qabiliyyətini itirməsi halı qeyd edilən sığorta müqaviləsinə əsasən sığorta ödənişinin verilməsi ilə təminatlandırılmış hallara aid edilməmişdir. Məhkəmə həmçinin iddiaçının müvafiq qanunvericiliyə istinad etməklə şəhadətnamədə göstərilən halların onun vəziyyətinin pisləşləşməsinə əsas olduğuna dair dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, icbari sığortanın şərtlərindən fərqli olaraq, sığorta müqaviləsində şərtlərin müəyyən edilməsi tərəflərin iradə ifadəsindən asılıdır, sığorta ödənişlərinin həyata keçirilməsi və ödənilməsindən imtina əsasları dispozitiv qaydada tərəflər arasındakı müqavilə ilə təsbit edilir. Məhkəmə hesab edir ki, iddiaçı şəhadətnamədə göstərilən halların gələcəkdə onun vəziyyətini ağırlaşdıra biləcəyini iddia etdiyi şərtlərlə tanış olduğu, bu şərtlər barəsində məlumatlı olduğu halda müqaviləni imzalamaqdan imtina etmək hüququndan istifadə etməmiş, müqaviləni imzalamaqla şəhadətnamədə qeyd edilənlərlə faktiki olaraq razılaşdığını ifadə etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin ödənilməsinə dair tələbi əsassız olduğundan, iddiası rədd edilməlidir. Onun tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar