Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4995/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və həmin Şirkətin Ləğvetmə Komissiyasına qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və həmin Şirkətin Ləğvetmə Komissiyasına qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq və yaxud rüsumun ödənilməsindən azadolma barədə sənəd əlavə edilməmişdir.
a) Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15*.1, 15*.1.2. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; Maddə 152.1, 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
b) Məhkəmənin mövqeyi:
5. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya onu da izah etməyə zərurət vardır ki, Şirkətin Ləğvetmə Komissiyası müstəqil hüquqi və ya fiziki şəxs olmadığından, Komissiyanın cavabdeh qismində cəlb edilməsi və ona qarşı tələb yönəldilməsi düzgün deyildir. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hələ tam ləğv edilmədiyindən, yəni ləğv prosesində olduğundan, Şirkət məhkəmə proseslərində cavabdeh qismində cəlb oluna bilər.
Nəticə:
6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15*- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və həmin Şirkətin Ləğvetmə Komissiyasına qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova