Məhkəmə qərarları › İş №2(006)-502/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-502/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-502/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, iddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİİ qrup əlil kimi ona verilməli olan 4440 (dörd min dörd yüz) manat sığorta məbləğinincavabdeh Azərbaycan Respublikası Dövlət X3 tutularaq ona ödənilməsi barəsində qətnamə xıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xətai RHK tərəfindən xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə xağırılmış və hərbi xidmətdə olmuşdur. xx.xx.1994-cü ildə N saylı hərbi hissənin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, Tərtər istiqamətində “Yuxarı və orta sol budundan aldığı qəlpə yaraları” diaqnozu ilə yaralanmışdır. İlk yardımı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Tərtər hərbi hospitalında, xx.xx.1994-cü ildən 06.1994-cü ilədək M.Nağıyev adına Klinik Xəstəxanasında müayinə və müalicə almışdır. AR MN Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi xx.xx.1994-cü ildə ordudan tərxis olunmuşdur. AR MN Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin, Xətai rayonu TSEK-nin xx.xx.1994-cü il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona ilk dəfə İİİ qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə Xətai rayonu TSEK-də İİİ qrup əlil kimi xx.xx.1998-ci ildə müayinə olunmuş və əmək qabiliyyətsiz kimi müddətsiz İİİ qrup əlil kimi təyin edilmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Dövlət X3 4440 (dörd min dörd yüz) manat sığorta məbləğinin ona ödənilməsi barəsində qətnamə xıxarılmasını xahiş etmişdir. İddiaxı İddiaxı teleqram ünvanlayaraq məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyindən, işə onun iştirakı olmadın baxılıb, iddianın təmin edilməsi barədə qətnamə xıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hex bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.1975-ci il tarixdə verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaxı xx.xx.1993-cü ildə Bakı şəhəri Xətai rayon RHK tərəfindən hərbi xidmətə xağırılmış və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, 10906 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaxı xx.xx.1994-cü il tarixdə Tərtər rayonu istiqamətində hərbi travma almışdır. Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar alınmışdır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında 2 saylı zona X1 tərəfindən verilmiş TSE-0 seriyalı, 018803 nömrəli müayinə aktından xıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaxı müddətsiz İİİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Əlilliyin verilməsi üxün əsas 2411 nömrəli, xx.xx.1998-ci il tarixli müayinə aktıdır. Əmək və X10 Nazirliyi yanında Dövlət X11 Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 002877 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaxı müddətsiz üxüncü qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Dövlət X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 07-07- 775 nömrəli cavabdan görünür ki, “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında”Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər sığorta məbləğini almamış hərbi qulluqxulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmiş və həmin məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********3 nömrəli arayışdan görünür ki, İddiaxı 171062 nömrəli pensiya işi üzrə 3-cü qrup ARMZ əlilliyə görə xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək əmək pensiyası almışdır. Onun 2017-ci ildə əmək pensiyasının aylıq məbləği 175.43 (bir yüz yetmiş beş manat qırx üx qəpik) manat olmuşdur. Belə ki, “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) X1nın arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxı “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «x» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üx il müddətində sığorta olunana İİİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 40 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət X9 bazasında Azərbaycan Respublikası Dövlət X7 yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxı İddiaxı hərbi qulluqxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət X4 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən xərxivələrə salınmasına gətirib xıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi xıxış etmir, həmxinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üxün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “x” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət X7 tərəfindən İddiaxı 4.400 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət X3 4.400 manat məbləğində pul tutularaq İddiaxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar