Məhkəmə qərarları › İş №2(006)-5035/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5035/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5035/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Abısalam oğluna qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Abısalam oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2019-cu il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment və AR Qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı maddi köməklik qismində 100 (yüz) manat məbləğində aliment, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 24.12.2017-ci il tarixində Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və birgə nikahlarından 14.11.2019-cu il tarixində Ləman adlı qızları dünyaya gəlmişdir. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, mən hamilə olduğu müddətdən cavabdehlə faktiki olaraq ayrılmış, qızları dünyaya gələndən sonra iki ay ərzində o iddiaçının valideynlərinin evinə gəlib-gedərək uşağını saxlamaq üçün iddiaçıya cüzi maddi köməklik etsə də, daha sonra heç bir köməklik etməmişdir. Elə onların faktiki olaraq ayrılmaqlarına səbəb də Fərhadın ailəyə hər hansı bir maddi yardım göstərməməsidir. İddiaçının hamilə olduğu dövrdə də, uşağı dünyaya gətirdiyi vaxtda da cavabdeh iddiaçıya bir ailə olaraq nə mənəvi, nə də maddi bir köməklik göstərməmişdir. Bu köməkliyi ona daima öz valideynləri göstərmişdir. Cavabdeh faktiki olaraq hansısa kolbasa məmulatları şirkətində ekspeditor işləsə də, rəsmi olaraq heç bir yerdə işləmir. Ona görə də cavabdehin rəsmi olaraq əmək haqqısı yoxdur. Elə buna görə də onun əmək haqqısını və digər gəlirlərini müəyyən etmək mümkün deyildir. İddiaçının heç bir təhsilli yoxdur, hər hansı bir peşa sahibi də deyil və heç vaxt da heç bir yerdə işləməmişdir. Onlar ailə qurarkən cavabdeh bütün bunları bilirdi və daim iddiaçıya maddi köməklik göstərəcəyinə söz vermişdi. Bundan əlavə, qızları Ləman hal-hazırda bir yaş, altı aylıqdır. Ona görə də AR Qanunvericiliyinin tələblərinə uyğun olaraq uşağın üç yaşına qədər cavabdehin hər ay ona da maddi vəsait ödəməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçınınvə cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 24.12.2017-ci il tarixdə verilmiş AZ-İİ № seriyalı 247570 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Abısalam oğlu ilə X4 24.12.2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4416 №-ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə «Səmədov», arvada isə «Səmədova» soyadı verilmişdir. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 28.01.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 415271 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 14.11.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 699 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh Abısalam oğlu, anası İddiaçıdır. Fərdi məşğulluq vərəqindən görünür ki, Cavabdeh Abısalam oğlu işsiz kimi qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 24.12.2017-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından X3 adlı övladları doğulmuşdur. Hal-hazırda cavabdeh uşağı ilə maraqlanmadığı üçün iddiaçı övladını böyütməkdə maddi sıxıntılar çəkir. Bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikası 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququnu, cavabdehin maddi vəziyyətini, işsiz olduğunu və yaşayış minumumu haqqında qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən uşağın saxlanması üçün 250 manat məbləğində aliment tutulmasına dair hissədə qismən təmin edilməli və cavabdehdən 14.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə maddi köməklik qismində 100 manat məbləğində aliment tutulması barədə barədə hissəsinə dair qeyd edir ki, bu hissədə iddia tələbi rədd edilməldir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim edilməmiş, iş materiallarında isə bu halı təsdiq edən sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Abısalam oğlundan 02.07.2021-ci il tarixdən başlayaraq, 14.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abısalam oğlundan 02.07.2021-ci il tarixdən başlayaraq, 14.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar