Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-506/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Khalida Alızadenin, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə iddiaçı Khalida Alızadenin ilkin iddia üzrə Cavabdeh qarşı «əşyaların qanunsuz sahiblikdən geri qaytarılması, birgə bikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Khalida Alızadeyə qarşı «əşyaların geri qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Khalida Alızade ilkin iddia üzrə Cavabdeh qarşı «əşyaların qanunsuz sahiblikdən geri qaytarılması, birgə bikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 21.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarındaq 17.07.2003-cü il təvəllüdlü Eldar və 10.11.2005-ci il təvəllüdlü Rüfət adlı övladları var. Nəsimi rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(006)-7087/2019 saylı qətnaməsi ilə nikahların pozulması və uşaqların onun himayəsində qalması qət olunmuşdur. Həmin iş üzrə cavabdehin şikayətlərinə görə yuxarı instansiyalarda məhkəmə icraatı hələ də davam etməkdədir. 2019-cu ilin noyabr ayında cavabdeh iddiaçıya və uşaqlara zorakı hərəkətlərinə görə birgə yaşadıqları ünvan 1 ünvanından uşaqları götürüb çıxmışdır. Bundan sonra boşanma üçün müvafiq qaydada məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan cavabdeh həmin mənzildə iddiaçıya məxsus olan olan hüquq əhəmiyyətli sənədləri və aşağıdakı siyahı üzrə əşyaları ona vermir. Həmin əşyaları iddiaçı öz əmək haqqı ilə almışdır və onun şəxsi əşyadır, digərləri isə ona hədiyyə verilib. Dəfələrlə özü və ailə böyükləri vasitəsi ilə əşyalarının geri verilməsi tələb olunsa da, cavabdeh min bir bəhanə gətirib tələblərindən yayınaraq qanunsuz şəkildə imtina etmiş və hal-hazırda ona məxsus əşyaları özündə saxlamaqla onlara qanunsuz sahiblik edir. Göstərilənlərə əsasən Cavabdeh qanunsuz sahibliyində olan: A) Birgə nikah dövründə əldə olunan əşyalar:
1. Mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı); 2. Televizor altlığı; 3. Çıl-çıraq (qonaq otağı, mətbəx və holl); 4. Kondisioner (Mitsubishi) – 5 ədəd; 5. Yataq mebeli (çarpayı, paltar dolabı, komod, 2 tumba – Rumıniya istehsalı);6. Soba (duxovka) «Bosch»;7. Mətbəx mebeli;8. Şkaf-kupe;9. Yataq otağı dəsti («Madeyra»);10. Künc mebeli («Madeyra»);11. Tozsoran;12. Televizor («LG); B) Şəxsi əşyalar:
1. Televizor («Sony» plazma);2. Televizor («Sony» 4K);3. Soyuducu;4. Ütü solu;5. Çıl-çıraq (yataq otağı);6. Pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx);7. Qabyuyan;8. Paltaryuyan;9. Qaz plitəsi;10. Vıtyajka;11. Mikrodalğalı soba;12. Mətbəx avadanlıqları (ət çəkən, şirə çəkən, çörək bişirən, mətbəx kombaynı, blender, toster, samovar, qril, elektrik plitə, elektron mətbəx tərəzisi, kofeüyüdən, mikser);13. Bütün qab-qaçaqlar (yemək serviz dəstləri, çay serviz dəstləri, xrustal dəstləri, mətbəx bişirmə əşyaları və qab qaçaqları);14. Yorğan-döşəklər, balışlar, ədyalar, pokrıvallar;15. Xalça;16. Geyim əşyaları, çantalar, ayaqqabılar; 17. Hüquqi əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər); C) Hədiyyələr:
1. Avtomobil («Volkwagen Polo», **-HC-***) (keçmiş həyat yoldaşı 2-ci qrup əlil olduğu üçün avtomobili hədiyyə olunandan boşanmayadək yalnız iddiaçı idarə etmişdir);2. Pianino;3. Tikiş maşını («Brother»);4. Mətbəx stolu və oturacaqlar; D) Uşaqlara aid əşyalar:
1. Uşaq mebeli (2 çarpayı, 2 şkaf, 1 dolab, 2 iş masası);2. Lustr, 2 bra, 2 masaüstü lüstr;3. Xalça;4. Yorğan, döşək, pərdə-pokrıval (dəst);5. Komputer (uşaqlara olunan hədiyyə) (PC);6. Oyun sükan dəsti (Logitech);7. Planşet – 2 ədəd;8. Velosiped – 2 ədəd;9. Əl alətləri (təmir instrumentləri);10. Kreslo - 2 ədəd;11. Kitablar və məktəb ləvazimatları;12. İdman əşyaları;13. Geyim əşyaları, çantalar, ayaqqabılar;14. Hüquq əhəmiyyətli sənədlər (diplomlar, sertifikatlar və sair) - yuxarıda adları qeyd olunan əşyaların ondan məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə alınan, aşağıda adları göstərilən əşyaların, himayəsində olan yetkinlik yaşına çatmayan övladlarının mənafeyini nəzərə alınmaqla bölünməsi: A) Birgə nikah dövründə əldə olunan əşyalar:
1. Mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı);2. Televizor altlığı;3. Soba (duxovka) «Bosch»;4. Mətbəx mebeli;5. Şkaf-kupe 6. Yataq otağı dəsti («Madeyra»);7. Künc mebeli («Madeyra»);8. Tozsoran;9. Televizor («LG);10. Televizor («Sony» plazma);11. Televizor («Sony» 4K);12. Soyuducu;13. Çıl-çıraq (qonaq otağı);14. Pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx);15. Qabyuyan;16. Paltaryuyan;17. Qaz plitəsi; 18. Vıtyajka;19. Mikrodalğalı soba;20. Mətbəx avadanlıqları (blender, toster, qril, elektrik plitə); İddiaçıya və himayəsində olan övladlarına məxsus aşağıdakı göstərilən əşyaların isə cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya verilməsi: B) Şəxsi əşyalar:
1. Geyim əşyaları, çantalar, ayaqqabılar; 2. Hüquqi əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər); C) Hədiyyələr:
1. Tikiş maşını («Brother»);2. Ütü stolu;3. Mətbəx əşyaları (ət çəkən, şirə çəkən, mətbəx kombaynı, elektron mətbəx tərəzisi, kofeüyüdən, mikser, çörək bişirən, samovar);4. Bütün qab-qaçaqlar (yemək serviz dəstləri, çay serviz dəstləri, xrustal dəstləri, mətbəx bişirmə əşyaları və qab qaçaqları);5. Yorğan-döşəklər, balışlar, ədyalar, pokrıvallar;6. Xalça; D) Uşaqlara aid əşyalar:
1. Uşaq mebeli (2 çarpayı, 2 şkaf, 1 dolab, 2 iş masası);2. Lustr, 2 bra, 2 masaüstü lüstr;3. Xalça;4. Yorğan, döşək, pərdə-pokrıval (dəst);5. Komputer (uşaqlara olunan hədiyyə) (PC);6. Oyun sükan dəsti (Logitech);7. Planşet – 2 ədəd;8. Velosiped – 2 ədəd;9. Əl alətləri (təmir instrumentləri);10. Kreslo - 2 ədəd;11. Kitablar və məktəb ləvazimatları;12. İdman əşyaları;13. Geyim əşyaları, çantalar, ayaqqabılar;14. Hüquq əhəmiyyətli sənədlər (diplomlar, sertifikatlar və sair) – barədə qətnamə çıxarılması xahiş edilmişdir. Öz növbəsində, iddiaçı Cavabdeh Khalida Alizazadeyə qarşı «əşyaların geri qaytarılması və əşyaların bərabər paylara bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Khalida Alizade iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsinə 40 adda əşyaların tələbi ilə iddia ərizəsi qaldırmışdır. İddia ərizəsində qeyd edilən əşyaların cavabdehə məxsus olduğunu və iddiaçı həmin əşyalarının qanunsuz yaşadığı evdə saxladığını ona verməkdən imtina etdiyini iddia edir. Bu isə həqiqətə uyğun deyil. Belə ki, siyahı cavabdeh Khalida Alızade tərəfindən süni şəkildə şişirdilmişdir. Həmin əşyalardan qohumları tərəfindən ona hədiyyə edilmiş əşyalardır (mətbəx mebeli, şkaf kupe, Televizor «Sony» 4K). Cavabdeh Khalida Alizade onunla 21.10.2000-ci il tarixdə rəsmi nikah bağladıqda Gürcüstan Respublikasından cehizsiz köçüb gəlmişdir. Əvvəlcədən onun və valideynləri tərəfindən o vaxt yaşadığı ünvan 2 ünvanındakı evə mebel qonaq otağı (stol, 6 stul, komod, servant – Rumıniya istehsalı) alındığından, sözügedən mebel dəsti nikah pozulduqda bölünməsi predmeti ola bilməz. Qalan əşyalar isə onunla birgə nikah dövründə əldə edilmiş vəsait hesabında alınmış əmlaklardır (televizor altlığı, soba (duxovka «Bosch»), tozsoran, televizor «LC», televizor («Sony» plazma), soyuducu, çıl-çıraq (yataq dəsti), pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx), qabyuyan, paltaryuyan, qaz plitəsi, vıtyajka, mikrodalğalı soba,mətbəx avadanlığı (elektrik plitə). İddiaçı hesab edir ki, Bakı şəhərində yaşayan qohumları tərəfindən ona hədiyyə edilmiş əşyalar onun sahibliyində qalmalıdır. Cavabdehlə birgə nikah dövründə alınmış əmlaklar cavabehlə aralarında bərabər paylarda bölünməlidir. Hazırda cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən nikahadək ona məxsus olmuş əşyalar cavabdehdən alınaraq ona qaytarılmalıdır. Həmin əşyalar aşağıdakılardır:
1. Kondisioner «Panasonic» - 1 ədəd; Soyuducu «Bosch» (2 kameralı) – 1 ədəd; Qaz plitəsi «Qorenje» - 1 ədəd;Paltaryuyan «Bosch» - 1 ədəd;Kombi istislik sistemi «Bosch»;Hamam otağı (unitaz, vanna, ayna, plafonlar);Noutbook HP;Televizor «Sony». Göstərilənlərə əsasən cavabdeh Alizade Khalidanın ondan tələb etdiyi 40 adda əşyalar yenilən müəyyənləşdirilməsi, qohumları tərəfindən ona bağışladığı (mətbəx mebeli, şkaf kupe, Televizor «Sony» 4K) əşyaların onun sahibliyində saxlanılması, birgə nikah dövründə alınmış əşyalar (televizor altlığı, soba (duxovka) «Bosch»), tozsoran, televizor «LG», televizor («Sony» plazma), soyuducu, çıl-çıraq (yataq otağı), pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx), qabyuyan, qaz plitəsi, vityajka, mikrodalğalı soba, mətbəx avadanlığı (elektrik plitəsi) isə cavabdehlə dəyərləri müəyyən edilməklə bərabər paylarla aralarında bölünməsi və hazırda cavabdehin istifadəsində olan ünvan 3 ünvanında yerləşən əşyalar (kondisioner «Panasonic», soyuducu 2 kameralı), qaz plitəsi «Gorenje», noutbuk, paltaryuyan "Bosch", kombi istilik sistemi «Bosch», hamam otağının əşyaları (unitaz, vanna, ayna, plafonlar, televizor «Sony») cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Khalida Alızade ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək onun təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdeh Khalida Alızadenin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək onun təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, mətbəx əşyaları, bütün qab-qaçaqlar, yorğan, döşək, balınclar, ədyallar, pokrıvallar, xalçalar cehiz olaraq onun iştirakı ilə alınmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı və həyat yoldaşının öncə yaşadıqları mənzildə görmədiyi halda Xan Şuşinski küçəsi, 21 ünvanında yerləşən mənzilində yeni qabyuyan, paltaryuyan, qaz plitəsi və 2 ədəd televizor görmüşdür. İş materiallarında olan «Cookna» mebel tərəfindən verilmiş 18.09.2020-ci li tarixli arayışından görünür ki, 2015-ci və 2016-cı il tarixlərində Alızade Khalida və Cavabdeh tərəfindən «Cookna» mebeldən mətbəx mebeli, uşaq mebeli (2 ədəd çarpayı, 2 ədəd kompyuter/oyun masası, 1 ədəd paltar dolabı) və dəhliz mebeli sifariş verilmişdir. Qeyd edilən mebellər müvafiq illərdə Xan Şuşinski 21/955, blok 3, mənzil 166 ünvanına çatdırılmış və quraşdırılıb təhvil verilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 16.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X2 ilə "xxxx" MMC arasında imzalanmış 17.12.2016-cı il tarixli BMK00976 saylı müqavilə (mikrodalğalı soba – BOSCH HMT75M664) üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin çıxarışda göstərilmiş 595 manat aktiv öhdəliyə tam xitam verilmişdir. Xitam verilmiş öhdəliklərin həcmi – 595 manat. Aktiv öhdəliklərinin həcmi – 0 manat təşkil etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 16.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, mərkəzləşdirilmiş informasiya sistemində aparılmış informasiya sistemində aparılmış araşdırma nəticəsində «Alizade Khalide» və «Cavabdeh» adlı şəxslərlə "xxxx" MMC arasında hər-hansı nağd və nisyə alqı-satqı müqaviləsinin bağlanması barədə məlumat aşkar olunmamışdır. Buna baxmayaraq informasiya sistemində adı «X2» kimi qeyd olunmuş şəxslə bağlanmış 17.12.2016-cı il tarixli BMK00976 saylı nisyə alqı-satqı müqaviləsi əsasında dəyəri 595 manat olan «BOSCH» markalı mikrodalğalı soba satılmış və həmin müqavilə üzrə olan borc tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11.09.2020-ci il tarixli arayışından görünür ki, X2 24.04.2016-cı il tarixdə 199678 saylı müqaviləsi üzrə "xxxx" MMC-dən 2399 manat dəyərində «Fridger Siemens» KD74NAL20N mobel soyuducunu, 11.03.2018-ci il tarixdə BL125593 saylı müqavilə üzrə 2399 manat dəyərində TV SONY KD-55XE7005 RU3 model televizor və BL125595 saylı müqaviləsi isə 499 manat dəyərində TUMBA HASANOĞLU TV 24 ART 154/40/45 model tumbanı nisyə satış yolu ilə əldə etmişdir və müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15.10.2020-ci il tarixli arayışından görünür ki, X2 "xxxx" MMC-nin müştərisi olmuş, 24.04.2016-cı il tarixdə 2399 manat dəyərində soyuducu, 12.01.2019-cu il tarixdə 89 manat dəyərində saç feni, 11.11.2019-cu il tarixdə 149 manat dəyərində dəm çayniki, 107 manat dəyərində saç feni və 139 manat dəyərində buxarlı ütü almışdır. Cavabdeh "xxxx" MMC-nin müştərisi olmuşdur. Müştəri ilə şirkət arasında mövcud olan məlumatların məxfiliyini və belə məlumatların açıqlanmasının müştərinin hüquqlarını pozacağını nəzərə alaraq Cavabdeh dair müvafiq məlumatların şirkət tərəfindən verilməsi yalnız məhkəmə sorğusu əsasında mümkün olacaqdır. İş materiallarında olan «Embawood” MMC tərəfindən verilmiş 30.09.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh aldığı mebellərin siyahısı və satış qiyməti: Mellani tam yataq dəsti - 893 manat, Crystal nova künc divan – 997 manat,Mellani TV altlıq – 90 manat, Maya matris – 133 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 12.07.2021-ci il tarixli cehiz əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən mülki iş üzrə ilkin iddiaçı tərəfindən məişət avadanlıqları, həmçinin şəkilləri və siyahıları təqdim olunmuşdur. Qiymətləndirmə məqsədilə mütəxəssislər tərəfindən araşdırma aparılaraq qeyd olunan hazırki bazar qiyməti müəyyən edilmişdir: televizor altlığı – 650 manat, çıl-çıraq (yataq otağı) – 500 manat, soba (duxovka) – 600 manat, tozsoran – 100 manat, televizor (LG) -, soyuducu – 2600 manat, qabyuyan, paltaryuyan, vıtyajka – 2100 manat, qaz plitəsi – 1100 manat, mikrodalğalı soba – 595 manat, elektrik plitəsi -. Cavabdeh bildirişin daxil olmağına baxmayaraq, qəbul etməmiş və məhkəmə tərəfindən qoyulmuş suallarda qeyd edilən məişət əşyalarının Cavabdeh olduğundan baxış keçirmək mümkün olmamışdır. X6 və məhkəmə tərəfindən təqdim edilmiş fotoşəkillər və məlumatlara əsasən mütəxəssislər tərəfindən araşdırmalar aparılmışdır. Nəzərə alsalar ki, əşyaların yeni qiyməti yuxarılakı kimidir, həmin daimi istifadədə olan əşyaların və avadanlıqların amortizasiyası (köhnəlmə) illik 10%-12% kimi təşkil edir. Məhkəmə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilmiş əmlaklar - mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı); Televizor altlığı; Soba (duxovka) «Bosch»; Mətbəx mebeli; Şkaf-kupe; Yataq otağı dəsti («Madeyra»); Künc mebeli («Madeyra»); Tozsoran; Televizor («LG); Televizor («Sony» plazma); Televizor («Sony» 4K); Soyuducu; Çıl-çıraq (qonaq otağı); Pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx); Qabyuyan; Paltaryuyan; Qaz plitəsi; Vıtyajka; Mikrodalğalı soba; Mətbəx avadanlıqları (blender, toster, qril, elektrik plitə) - tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklar olduğundan, həmin əmlaklar qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti hesab edilir və tərəflər arasında bərabər paylarla bölünməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsində sadalanmış iddiaçının şəxsi əşyaları, hadiyyələr və uşaqlara aid əşyaları cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 21.10.2000-ci il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından iki uşağı anadan olmuş, 24.12.2019-cu il tarixli məhkəmə qətnaməsi ailə münasibətləri pozulmuş və uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakların cavabdeh arasında bərabər paylarla bölünməsi, iddiaçıya və uşaqlarına məxsus əmlakların qaytarması barədə tələb irəli sürmüşdür. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Ailə Məcəlləsinin 36.6-cı bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, şəxsə məxsus geyim əşyaları kimin istifadəsinə olubsa ona məxsusdur və uşaqlar kiminlə qalırsa uşağın əşyaları da yanında qalmış valideynə verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, jal-hazırda uşaqlar iddiaçı Khalida xanımın yanında yaşayır. Həmçinin məhkəmə qeyd edir ki, hədiyyə şəklində verilən əşyalar birgə nikah dövründə əldə edilmiş əmlak kateqoriyasına aid edilməməklə hədiyyə alanın şəxsi mülkiyyətidir. Odur ki, iddiaçının hədiyyə verilmiş əşyaların tələb edilməsi barədə iddiasıda təmin edilməldir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin “Alizade Khalidanın ondan tələb etdiyi 40 adda əşyalar yenidən müəyyənləşdirilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş üzrə cehiz əşyalarının qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, bu barədə qarşılıqlı iddiaçıya bildiriş göndərilmiş, lakin Cavabdeh bildirişi qəbul etməmiş və həmin məişət əşyalarının qarşılıqlı iddiaçıda olduğundan baxış keçirmək mümkün olmamışdır. Həmçinin məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı ilkin iddia tələbində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etdiyindən , həmin verilən iddiada olan siyahısında göstərilmiş əşyalar yenidən qarşılıqlı iddia ərizəsi kimi verildiyindən eyni tələblərə iki dəfə baxılaraq qiymət verilməsi prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan həmin hissə təmin oluna bilməz və bu kimi tələb qarşılıqlı iddia insititutunun mahiyyətinədə zidd olmuş olar. Məhkəmə qarşılıqlı iddia tələbinin “qohumları tərəfindən Cavabdeh bağışladığı (mətbəx mebeli, şkaf kupe, Televizor «Sony» 4K) əşyaların onun sahibliyində saxlanılması” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı həmin əşyaların ona bağışlaması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə tələblər əsassız hesab edilməli və təmin edilməməlidirdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin istifadəsində olan ünvan 3 ünvanında yerləşən əşyalar (kondisioner «Panasonic», soyuducu 2 kameralı), qaz plitəsi «Gorenje», noutbuk, paltaryuyan "Bosch", kombi istilik sistemi «Bosch», hamam otağının əşyaları (unitaz, vanna, ayna, plafonlar, televizor «Sony») cavabdehdən alınaraq ona qaytarılması” tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, qarşılıdı iddia üzrə iddiaçı qeyd olunan əşyaların ona məxsus olmasını, olduğu təqdirdə isə onun tərəfindən alınması təsdiq edən qəbz, müqavilə, şahid və s ilə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə olunan aşağıdakı əşyalar:
1. Mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı);2. Televizor altlığı;3. Soba (duxovka) «Bosch»;4. Mətbəx mebeli;5. Şkaf-kupe 6. Yataq otağı dəsti («Madeyra»);7. Künc mebeli («Madeyra»);8. Tozsoran;9. Televizor («LG);10. Televizor («Sony» plazma);11. Televizor («Sony» 4K);12. Soyuducu;13. Çıl-çıraq (qonaq otağı);14. Pərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx);15. Qabyuyan;16. Paltaryuyan;17. Qaz plitəsi;18. Vıtyajka;19. Mikrodalğalı soba;20. Mətbəx avadanlıqları (blender, toster, qril, elektrik plitə)-Khalida Alızade ilə Cavabdeh arasında bərabər paylarla bölünməli, Khalida Alızadeyə və himayəsində olan övladlarına məxsus aşağıdakı əmlaklar: B) Şəxsi əşyalar:
1. Geyim əşyaları, çantalar, ayaqqabılar; 2. Hüquqi əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər); C) Hədiyyələr:
1. Tikiş maşını («Brother»);2. Ütü stolu;3. Mətbəx əşyaları (ət çəkən, şirə çəkən, mətbəx kombaynı, elektron mətbəx tərəzisi, kofeüyüdən, mikser, çörək bişirən, samovar);4. Bütün qab-qaçaqlar (yemək serviz dəstləri, çay serviz dəstləri, xrustal dəstləri, mətbəx bişirmə əşyaları və qab qaçaqları);5. Yorğan-döşəklər, balışlar, ədyalar, pokrıvallar;6. Xalça; D) Uşaqlara aid əşyalar:
1. Uşaq mebeli (2 çarpayı, 2 şkaf, 1 dolab, 2 iş masası);2. Lustr, 2 bra, 2 masaüstü lüstr;3. Xalça;4. Yorğan, döşək, pərdə-pokrıval (dəst);5. Komputer (uşaqlara olunan hədiyyə) (PC);6. Oyun sükan dəsti (Logitech);7. Planşet – 2 ədəd;8. Velosiped – 2 ədəd;9. Əl alətləri (təmir instrumentləri);10. Kreslo - 2 ədəd;11. Kitablar və məktəb ləvazimatları;12. İdman əşyaları;13. Geyim əşyaları, çantalar, ayaqqabılar;14. Hüquq əhəmiyyətli sənədlər (diplomlar, sertifikatlar və sair)- Cavabdeh alınaraq Khalida Alızadeyə qaytarılmalı; qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin VÖEN: **********, bank: "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 512565, H/h AZE30AZRT********************, M/h AZE02NABZ********************, SWİFT: AZRTAZ11 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə olunan aşağıdakı əşyalar:
1. Mebel qonaq otağı (stol, 8 stul, komod, servant – Rumıniya istehsalı);2.Televizor altlığı;3.Soba(duxovka)«Bosch»; 4.Mətbəx mebeli; 5.Şkaf-kupe 6.Yataq otağı dəsti («Madeyra»); 7.Künc mebeli(«Madeyra»); 8.Tozsoran; 9.Televizor(«LG); 10.Televizor («Sony» plazma); 11.Televizor («Sony» 4K); 12.Soyuducu; 13.Çıl-çıraq (qonaq otağı); 14. ərdələr (qonaq, yataq, uşaq otağı və mətbəx); 15.Qabyuyan; 16.Paltaryuyan; 17.Qaz plitəsi; 18.Vıtyajka; 19.Mikrodalğalı soba; 20.Mətbəx avadanlıqları (blender, toster, qril, elektrik plitə) - Khalida Alızade ilə Cavabdeh arasında bərabər yəni 2/1 paylarla bölünsün. Khalida Alızadeyə və himayəsində olan övladlarına məxsus aşağıdakı əmlaklar: B) Şəxsi əşyalar:
1. Geyim əşyaları, çantalar, ayaqqabılar;
2. Hüquqi əhəmiyyətli sənədlər (diplomlar və digər sənədlər); C) Hədiyyələr: 1 Tikiş maşını («Brother»); 2 Ütü stolu; 3 Mətbəx əşyaları (ət çəkən, şirə çəkən, mətbəx kombaynı, elektron mətbəx tərəzisi, kofeüyüdən, mikser, çörək bişirən, samovar); 4 Bütün qab-qaçaqlar (yemək serviz dəstləri, çay serviz dəstləri, xrustal dəstləri, mətbəx bişirmə əşyaları və qab qaçaqları); 5 Yorğan-döşəklər, balışlar, ədyalar, pokrıvallar; 6 Xalça; D) Uşaqlara aid əşyalar:
1. Uşaq mebeli (2 çarpayı, 2 şkaf, 1 dolab, 2 iş masası); 2 Lustr, 2 bra, 2 masaüstü lüstr; 3 Xalça; 4 Yorğan, döşək, pərdə-pokrıval (dəst); 5 Komputer (uşaqlara olunan hədiyyə) (PC); 6 Oyun sükan dəsti (Logitech); 7 Planşet – 2 ədəd; 8 Velosiped – 2 ədəd; 9 Əl alətləri (təmir instrumentləri); 10 Kreslo - 2 ədəd; 11 Kitablar və məktəb ləvazimatları; 12 İdman əşyaları; 13 Geyim əşyaları, çantalar, ayaqqabılar; 14 Hüquq əhəmiyyətli sənədlər (diplomlar, sertifikatlar və sair)- Cavabdeh alınaraq Khalida Alızadeyə qaytarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin VÖEN: **********, bank: "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 512565, H/h AZE30AZRT********************, M/h AZE02NABZ********************, SWİFT: AZRTAZ11 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Xəlilov