Məhkəmə qərarları › İş №2(006)-5086/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5086/2021

06.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5086/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X6, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X15 "xxxx" ASC-yə və üçüncü şəxs X5 qarşı “kredit və ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair ilkin iddia; iddiaçı X15 "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə aramızda bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi və 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinin ləğv edilməsi; 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə aramızda bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi və 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinin ləğv edilməsi; 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilin ipoteka yüklülüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X15 "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 14 iyul 2011-ci il tarixli 1155 nömrəli Kredit müqaviləsi üzrə 19 842.95 manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 5921.20 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 20983.87 manat cərimə borcunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6000.24 manat faiz borcunun, cəmi 52 748.26 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq X15 Cavabdeh ASC-nə ödənilməsi; tutmanın tam mülkiyyət hüququ üzrə X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0,1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli 5 mərtəbəli evin 54.32 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 42 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin İddiaçı 14 iyul 2011-ci il tarixli 1155 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, mənzil hərracdan satıldıqdan sonra boşaldılması və mənzildə qeydiyyatda olan X3, İddiaçı və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin ən geci 1( bir) ay ərzində mənzildən çıxarılmalar barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X10 ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə 27800 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc verən "xxxx" ASC tərəfindən borcun ödənilməsinə dair heç bir tələb irəli sürülməmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borc verən "xxxx" ASC tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilin də ipoteka yüklülüyündən azad edilməlidir. Bundan başqa X15 "xxxx" ASC tərəfindən məhkəməyə qarşılıqlı iddia verilmişdir. İddia ərizəsinə əsasən cavabdehlər İddiaçı və X1 52748. 26 manat və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilə yönəldilməsi xahiş edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır. Belə ki, qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc verən "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borc verən "xxxx" ASC tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X10 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X7 qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 27800 manat məbləğində kredit verilmişdir. Həmin kreditin qaytarılmasının təminatı kimi tam mülkiyyət hüququ üzrə X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0,1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli 5 mərtəbəli evin 54.32 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 42 nömrəli mənzili Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan X9 arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2, 3.1, 4.2, 4.4 və 7.2.2-ci bəndlərinə əsasən borc alan İddiaçı kredit borcunun əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada banka ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə 7957.05 manat, faiz borcu üzrə isə 20475.95 manat məbləğində ödəniş etməklə kifayətlənmişdir. Bu səbəbdən də cavabdeh İddiaçı 14 iyul 2011-ci il tarixli 1155 nömrəli kredit müqaviləsi üzrə 28 iyul 2021-ci il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş cəmi 52748,26 manat məbləğində kredit borcu vardır. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X7 qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə üçüncü şəxs X8 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə istirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 27800 manat məbləğində kredit verilmişdir. Həmin kreditin qaytarılmasının təminatı kimi tam mülkiyyət hüququ üzrə X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0,1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli 5 mərtəbəli evin 54.32 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 42 nömrəli mənzili Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan X9 arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. –390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). ddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin: - 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. -377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (Mülki Məcəllənin 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Beləliklə, müəyyən edildi ki, "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi olmuş və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmiş və iddia ilə bağlı məhkəməyə müraciət etməmişdi. Beləliklə, məhkəmə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçdiyini nəzərə alaraq, hesab edir ki, ilkin iddia təmin edilməklə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi və 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinin ləğv edilməli; 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməli; 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilin ipoteka yüklülüyünə dair qeydləri ləğv edilməlidir; qarşılıqlı iddia isə əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmaqla və onlardan islifadə etməklə öz qətnaməsini əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh X15 "xxxx" ASC-yə və üçüncü şəxs X5 qarşı “kredit və ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair ilkin iddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsi və 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsi ləğv edilsin. 14 iyul 2011-ci il tarixli 1155 saylı kredit müqaviləsinə əsasən göstərilən borc Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin. 14 iyul 2011-ci il tarixli 1155 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində istifadədə olan 0.1206 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada, 54.32 kv.m ümumi, 43. 62 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilin ipoteka yüklülüyünə dair qeydləri ləğv edilsin. İddiaçı X15 "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar