Məhkəmə qərarları › İş №2(006)-510/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-510/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-510/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ HakimTağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X5 və Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X9rşı «həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X5 və Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X9rşı «həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı həlak olmuş oğlu Əbilov Rövşən Şakir oğlunun varisi kimi ona 11.000 manat məbləğində sığorta pulunun ödənilməsi, sığorta pulunun ödənilməsi üçün aidiyyatı dövlət orqanlarına göndərdiyi 15 ərizənin hər biri üçün 2 manat olmaqla (xəbərnamə ilə bir yerdə), cəmi 30 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Əbilov Rövşən Şakir oğlu xx xxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən (keçmiş İmişli rayon Hərbi Komissarlığı) tərəfindən hərbi xidmətə çağırılmışdır. xx xxxxx 1997-ci il tarixdə hərbi xidmət zamanı həlak olmuşdur. Naxçıvan MR-dəki N saylı hərbi hissədə xidmətdə olarkən N saylı hərbi hospitalın verdiyi arayışa əsasən övladı «iki tərəfli vərəm, kəskin ürək çatışmazlığı» nəticəsində vəfat etmişdir. Bütün bunlara baxmayaraq, indiyə qədər hərbi qulluqçu kimi həlak olan oğluna görə vərəsəsi kimi ona verilməli olan sığorta pulunu (qan pulunu) ala bilməmişdir. 2012-ci ildən başlayaraq digər şəxslərə sığorta məbləğləri məhkəmə qaydasında ödənilməyə başlanmışdır. Lakin 1992-1997-ci illərdə həlak olan xeyli sayda hərbi qulluqçuların ailə üzvlərinin müraciətlərinə biganə qalmayan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev xx xxxxx 2018-ci il tarixdə həmin kateqoriyadan olaraq həlak olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi barədə Fərman vermişdir. Həmin Fərmanın 1, 4 və 5-ci bəndlərində göstərilənlər ona da oğlunun varisi kimi sığorta pulunun ödənilməsində heç bir hüquqi maneənin olmamasını tamamilə təsdiq edir. Belə ki, Fərmanın 1, 4 və 5-ci bəndlərində göstərilir ki: 1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilsin. 4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. 5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinə təqdim etsin. Bütün yuxarıda göstərilənlərdən belə nəticə çıxır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən həmin Fərmanda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi, Əmək və X8 Nazirliyinə hərbi xidmət zamanı həlak olmuş hərbi qulluqçu kimi övladının həlak olması barədə müvafiq arayış göndərməlidir. Dəfələrlə aidiyyəti dövlət orqanlarına etdiyi müraciətlərə baxmayaraq, indiyə qədər övladının varisi kimi ona verilməli sığorta pulunu (qan pulunu) ala bilməmişdir. Dəhşətlisi odur ki, yuxarıda adlarını qeyd etdiyi aidiyyəti dövlət orqanları müraciəti ilə əlaqədar ona sözün əsl mənasında məsuliyyətsiz cavablar verərək ötür-ötür oyunu oynayırlar. Həmin ötür-ötür oyunları aşağıdakılardır: Dövlət Sığorta Şirkəti ona bildirir ki, Əmək və X8 Nazirliyinə müraciət etsin; Əmək və X8 Nazirliyi ona bildirir ki, Dövlət Sığorta Şirkətinə müraciət etsin. Bütün bunlardan sonra o, məcbur olmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, Vitse prezidenti M.Əliyeva başda olmaqla, bütün aidiyyəti dövlət orqanlarına müraciət etsin ki, hərbi qulluqçu kimi həlak olan oğlunun qan pulunu gec də olsa ona verilməsi Prezidentin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən təmin olunsun. Həmin ərizəsinə əsasən Müdafiə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə göndərilən cavabda göstərilmişdir ki, həmin Fərman şəhid olan hərbi qulluqçulara aiddir. Bütün bunlandan sonra belə bir nəticə çıxır ki, ona qan pulunu Dövlət Sığorta Şirkəti ödəməlidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 nümayəndəsi X7 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ödmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir: 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilsin. Daha sonra, eyni Fərmanın 5-ci bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinə təqdim etsin. Beləliklə də, göstərilən bəndə uyğun olaraq ƏƏSMN ancaq ona təqdim edilmiş siyahıda adı olan şəxslərə sığorta ödənişi edir. İddiaçı vəziyyətində isə onun oğlunun adı ƏƏSMN-ə təqdim edilmiş 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısında yoxdur. Buna görə də, iddiaçının tələb etdiyi on bir min manat sığorta ödənişi ƏƏSMN tərəfindən ödənilməməlidir. Bu səbəbdən, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Səfərbərlik Xidmətindən onlara siyahı gəlmişdir. Həmin siyahıdan kənar onlar heç kimə pul ödənişi edə bilmirlər. Onlar cavabdehlər siyahısından çıxarılmalıdırlar. Çünki icra orqanıdırlar. Siyahıda adı olsa idi icra edərdilər. Bu səbəbdən, Azərbaycan Respublikası Dövlət X2 cavabdehlər siyahısından çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Əbilov Rövşən Şakir oğlu xx xxxxx 1997-ci il tarixdə hərbi xidmət zamanı həlak olduğundan Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının təsiri altına düşür belə ki, həmin fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə Əmək və X8 Nazirliyi tərəfindən ödənilməlidir. Məhkəmədən iddianın onlara dair hissəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mərhum Əbilov Rövşən Şakir oğlunun doğma anasıdır. Rəsmi sənədlərdən göründüyü kimi, Rövşən Əbilov N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən xidmət dövründə yaranmış xəstəlikdən xx xxxxx 1997-ci il tarixdə hərbi hospitalda vəfat etmişdir. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli 13/1896 saylı məktubunda Əbilov Rövşən Şakir oğlunun hərbi xidmətə çağırılması, hansı hərbi hissədə xidmət keçməsi, hansı diaqnozla müalicə olunması və hansı xəstəlikdən vəfat etməsi müfəssəl şəkildə göstərilmişdir. Mərhumun anası İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət X5 müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə sığorta ödənişinin ona verilməsini xahiş etmiş, nəticə əldə etməyərək məhkəməyə iddia ərizəsi təqdim etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 167-ci maddəsinə əsasən ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cü bəndinin ikinci hissəsinə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar, hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Beləliklə, qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çağırılarkən hərbi hissənin siyahısında qeyd olunandan həmin siyahıdan çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq icbari sığorta olunurlar. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın faydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət X5 həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 99-6 və xx.xx.1992-ci il tarixli, 426-20 saylı qərarları ilə iddiaçı icbari sığortalanmışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 140 saylı qərarına əsasən Nazirlər Kabinetinin həmin qərarları qüvvədən düşmüşdür. Göründüyü kimi, iddiaçının oğlu hərbi xidmətdə olduğu müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarlarına əsasən icbari sığorta olunduğundan, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunan xidmətdə (toplanışdan) olduğu zaman həlak olduqda (öldükdə) sığorta məbləğinin 100 faizi məbləğində sığorta ödənişləri verilir. Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət X3. Bu səbəbdən, iddiaçının oğlu hərbi xidmət dövründə qazanılmış xəstəlikdən vəfat etdiyindən, iddia tələbi sığorta ödənişinin verilməsinə dair hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X1 11.000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddiaqalanhissədərəddedilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X1 11.000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar