Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-525/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və yaşayış sahəsinin yüklülükdən azad edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi üzrə onunla Cavabdeh BOKT ASC arasında Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63,32 m2 yaşayış sahəsi, 26,3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə dair 16.07.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini, həmin mənzilin yüklülükdən azad edilməsini DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə ediməsini və ödənilmiş 100 manat dövlt rüsumunun geri qaytarılması barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh BOKT ("xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi üzrə cəmi 29.069 ABŞ dolları 53 sent məbləğində borcun İddiaçı məxsus Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63.32 m2 yaşayış sahəsi, 26.3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh BOKT ("xxxx" ASC) olan borcun ödənilməsi qərara alınmışdır. Maddi durumunun aşağı olmasına baxmayaraq aprel 2020-ci il tarixinə qətnamə üzrə ödənişi tam icra edib. Lakin ona məxsus ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi ipotekadan azad edilməmişdir. Cavabdeh BOKT ("xxxx" ASC)-a ərizə ilə müraciət edərək ona məxsus Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 yaşayış sahəsi, 26,3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilin ipotekadan azad olunması üçün DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin, cavabdeh Cavabdeh BOKT ("xxxx" ASC) 23.07.2021-ci il tarixli ərizəyə cavab verməmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2016-çı il tarixli 2(002)-3854/2016 saylı qətnaməsindlən görünür ki, Cavabdeh BOKT ("xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi üzrə cəmi 29.069 ABŞ dolları 53 sent məbləğində borcun İddiaçı məxsus Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63.32 m2 yaşayış sahəsi, 26.3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh BOKT ("xxxx" ASC) olan borcun ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı Cavabdeh BOKT ("xxxx" ASC) olan borcu tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdi. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər; 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh BOKT ("xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi üzrə cəmi 29.069 ABŞ dolları 53 sent məbləğində borcun İddiaçı məxsus Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63.32 m2 yaşayış sahəsi, 26.3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh BOKT ("xxxx" ASC) olan borcun ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli İddiaçı tərəfindən verilən ərizədən görünür ki, Cavabdeh BOKT ilə İddiaçı arasında 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 24%lə, 36 ay müddətinə evin təmiri məqsədilə 25.000 (iyirmi beş min) ABŞ dolları kredit götürülmüşdür. Bu borcun təminatı olaraq X4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Məhərrəm Seyidov küçəsi, ev 5,11 saylı evin 89,62 kv.m ümumi sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 2015-ci il devalvasiya səbəbindən İddiaçı öhdəliyini tam yerinə yetirə bilməmişdir. Bununla bağlı Cavabdeh BOKT ASC məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən cəmi 29.069 ABŞ dolları 53 sent, 30 manat dövlət rüsumu və hüquqi yardım üçün 50 man məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Şəxs qətnamə üzrə ödənişi tam icra etmişdir. Beləliklə iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63.32 m2 yaşayış sahəsi, 26.3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilin ipotekasına xitam verilməli, həmin mənzilin yüklülükdən azad edilməsi DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh BOKT ("xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh BOKT("xxxx" ASC) arasında Bakı şəhəri, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63,32 m2 yaşayış sahəsi, 26,3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə dair 16.07.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin. İddiaçı məxsus olan Bakı şəh, Qaradağ rayonu, Məhərrəm Seyidov küçəsi ev 5 saylı evin 89.62 m2 ümumi sahəsi, 63.32 m2 yaşayış sahəsi, 26.3 m2 yardımçı sahəsi olan 4 otaqlı, 11 saylı mənzilə 16.07.2015-ci il tarixli 0066/NF/15 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilsin. İş ürə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh BOKT ("xxxx" ASC)-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-525/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-525/2022
10.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver