Məhkəmə qərarları › İş №2(006)-5275/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5275/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5275/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddia verilən tarixdən cavabdehdən himayəsində olan 30 yanvar 2011-ci ildə doğulan qızı X2 və 05 fevral 2015-ci ildə doğulan oğlu X1 üçün, hər ay onun xeyrinə minimum miqdarda, yəni cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyi bildirdi və izahatında göstərdi ki, cavabdehlər nikahları dövlət qeydiyyatına 28 dekabr 2014-cü ildə alınmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2952 № ilə qeyd edilmişdir. Faktiki nikahdan 30 yanvar 2011-ci ildə qızı - X4 və 05 fevral 2015-ci ildə oğlu - X5 doğulmuşdur. Cavabdeh ona və övladlarına qarşı diqqətsizdir, ailə qayğısı çəkmir, uşaqların saxlanmasına maddi yardım göstərmir. Ailənin qorunması, maddi təminatının ağır olduğu barədə iradlarına baxmayaraq öz qazancını istədiyi kimi xərcləyir. Cavabdeh xaricdən maşın gətirib satmaqla məşğuldur. Tez- tez xaricə gedir, gəliri yaxşıdır. Fiziki cəhətdən sağlamdır. Cavabdehin faktiki yaşadığı ünvanda ailə quran vaxtdan atası və anası ilə birlikdə yaşayırlar. Lakin baldızı ayrılıb gələndən sonra qayınanası və baldızı onunla pis rəftar edirlər, evdə onun heç bir hüququ yoxdur, onu evin zirzəmisinə köçürüblər. Baldızı daima onun ailə məsələlərinə müdaxilə edir. Cavabdehin qazancının yaxşı olmasına baxmayaraq bütün pulunu valideynlərinə və bacısına xərcləyir. Ondan ayrılmaq istəmir. Lakin uşaqların baxılmasına da köməklik etmir. Ona və iki uşağına atası və anası baxır. Cavabdeh evə gələndə də, anasının yanında yeməyini yeyərək onların ac və ya tox olduqları ilə maraqlanmır. Cavabdeh ümumiyyətlə xaricdə yaşayan qardaşının yanına qaçaraq onları atmaq istəyir. O, uşaqlar balaca olduğundan və karantin rejiminə görə işləyə bilməmişdir. Maddi durumu ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində cavabdeh iştirak etmir. Cavabdehdən aliment tutularkən onun qazancının qeyri-müntəzəm olması və eyni zamanda övladlarının balaca olması nəzərə alınmalıdır. Cavabdeh bütün qazancını öz bacısına və anasına xərcləyir. Bu səbəbdən də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, onların birgə nikahdan 30 yanvar 2011-ci il təvəllüdlü Aysun və 05 fevral 2015-ci il təvəllüdlü Fərid adlı uşaqları anadan olmuşdur. Belə ki, o, hər ay uşaqlara görə 175 manat alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə razıdır. Sonda cavabdeh iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZE 12007527 saylı və AZE 11443494 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflər 30.01.2011-ci il tarixdə doğulmuş X2 və 05 fevral 2015-ci il tarixdə doğulmuş X3 valideynləridirlər (iş vər. 05). Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh məhkəmə iclasında hər ay uşaqlara görə 300 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər uşağa görə 175 manat miqdarında müəyyən edir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Odur ki, tərəflərin birgə nikahdan olan 30.01.2011-ci il tarixdə doğulmuş X2 və 05 fevral 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 15.07.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Tərəflərin birgə nikahdan olan 30.01.2011-ci il tarixdə doğulmuş X2 və 05 fevral 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 15.07.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar