Məhkəmə qərarları › İş №2(006)-5304/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5304/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5304/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2-ci dərəcəli əlilliyə görə 594N manat pulun və hüquqi yardım üçün ödədiyi 1NN manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xx.xx.2NN5-ci il tarixdən xx.xx.2NN6-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2NN6-cı il tarixdə döyüş postunda döyüş tapşırığını yerinə yetirərkən ermənilər tərəfindən atılan atəşdən kəllə və beyni dəlib-keçən güllə varası almışdır. Aldığı yaralanmanın (travmanın) səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 53 saylı xx.xx.2NN6-cı il tarixli “Xəstəlik haqqında şəhadətnaməsində “Hərbi travma. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN6-cı il tarixli qərarı ilə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab olunmuş və N saylı hərbi hissə komandirinin N saylı xx.xx.2NN6-cı il tarixli əmri ilə xəstəliyə görə ehtiyata buraxılmışdır. ƏƏSMN-nin 25 saylı X6-Sosial Ekspert Komissiyasının xx.xx.2NN7-ci il tarixli müayinə aktı ilə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. xx.xx.2N13-cü il tarixdə isə 2-ci qrup əlilliyi müddətsiz olaraq təyin edilmişdir. Əlilliyin səbəbi “Hərbi travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin ona 2-ci dərəcəli əlilliyə görə “Hərbi qulluqçuların məcburi dövlət şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan 66NN manat yox, 66N manat məbləğində sığorta ödənişi verilmişdir. “Hərbi qulluqçuların icbari döv lət şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan 66NN manat məbləğində sığorta ödənişinin ona verilməsi xahişi ilə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsilə xx.xx.2N22-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2N22-ci il tarixli, N5/18N6 saylı məktubla imtina cavabı verilmişdir. İmtina cavabında göstərilir ki, ona cavabdeh tərəfindən xx.xx.2NN7-ci il tarixdə 66N manat məbləğində sığorta ödənişi verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edir ki, ona daha 594N manat sığorta məbləği ödənilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin alınması ilə əlaqədar xx.xx.2N22-ci il tarixində cavabdehə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əlavə olunmuş ANN69997N nömrəli hərbi biletə əsasən, şəxs xx.xx.2NN5-ci il tarixindən xx.xx.2NN6-cı il tarixinədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ərizəyə əlavə olunmuş AR MN-nin MHHK tərəfindən verilmiş xəstəlik haqqında xx.xx.2NN6-cı il tarixli 53 nömrəli şəhadətnaməyə əsasən, şəxsin almış olduğu travma hərbi xidmət dövründə alınmışdır. Ərizəyə əlavə olunmuş AR ƏƏSMN-nın 25 nömrəli Kəpəz Zona TSEK tərəfindən verilmiş SER TSE-N1 N3189N nömrəli arayışa əsasən, şəxsə xx.xx.2NN7-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur. Şirkətin elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən, məlum olmuşdur ki, şəxsə ikinci dərəcəli əlilliyin təyin edilməsi ilə əlaqədar baş vermiş sığorta hadisəsinə görə cavabdeh tərəfindən xx.xx.2NN7-ci il tarixində 66N manat sığorta ödənişi verilmişdir. Bu səbəbdən, əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkün olduğundan, sığorta ödənişinin verilməsindən imtina edilmiş və bu barədə xx.xx.2N22-ci il tarixli cavab məktubu təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AO seriyalı ******* saylı Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2NN6-cı il tarixində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən kəllə və beyni dəlib keçən güllə yarası almışdır. xx.xx.2NN6-cı il tarixli 53 saylı Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçının aldığı yaralanmanın (travmanın) səbəb əlaqəsi kimi “Hərbi travma. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. N3189N saylı arayışdan görünür ki, iddiaçıya aldığı travmaya görə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2N22-ci il tarixli N5/18N6 saylı məktubdan görünür ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi almağı ilə əlaqədar cavabdeh tərəfindən 3N may 2NN7-ci il tarixdə 66N manat sığorta ödənişi verilmişdir. Bu səbəbdən iddiaçıya əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 1NN faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 1NN faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 1NN faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:  İ qrup əlilliyə görə — 8N faiz;  İİ qrup əlilliyə görə — 6N faiz;  İİİ qrup əlilliyə görə — 4N faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2N14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasıhaqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Eyni zamanda həmin Qərarda göstərilmişdir ki, sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəalarına əsasən sığortalıya verilən sığorta məbləği birdəfəlik ödəncdir, yəni bir şəxsə bir dəfə verilməli olan məbləğdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının yaralanması ilə bağlı yaranmış sığorta hadisəsinə görə cavabdeh tərəfindən iddiaçıya 3N may 2NN7-ci il tarixdə 66N manat sığorta ödənişi verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddiaçıya sığorta ödənişi ödənildiyindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22N, 227, 233, 36N, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar