Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5332/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Qida X1-X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Qida X1-X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən istehsal edərək satışa çıxarılan çörək məmulatının keyfiyyət göstəricilərinə uyğun olmayan hesab edilərək bununla əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi, buna görə cavabdehə məxsus çörək istehsal müəssisəsinin fəaliyyətinin dayandırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Qida X1-X4 əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, sahibkar inzibati məsuliyyətə cəlb edilmişdir. Tərtib edilmiş protokolla yanaşı müəssisənin fəaliyyəti nəzarətə götürülmüşdür. Hazırda İddiaçı həmin halların yenidən yaşandığını, yəni sözügedən müəssisənin istehsal etdiyi məmulatı yenidən satışa çıxardığını, lakin onun bu məsələ ilə bağlı başqa qurumlara müraciətinin olmadığını və məsələnin mülki qaydada həll edilməsi məqsədilə məhkəməyə müraciət etməsindən bəhs edir. Məhkəmə ididaçının tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki məhkəmə icraatı qaydasında baxıla bilən işlərin dairəsini müəyyən etmiş və məhz həmin icraat qaydasında hansı növ iddia tələblərinə baxılmasının mümkünlüyünü təsbit etmişdir. Qanunvericilikdə məhkəmənin sadalanmış olan tələblərdən savayı digər işlərə də baxmaq səlahiyyətindən bəhs edilsə də, hazırda irəli sürülmüş olan tələbə mübahisənin predmeti baxımından mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, iddiaçı müəssisənin fəaliyyətinin dayandırılmasını və sair tələb etmiş olsa da, işdə olan Azərbaycan Respublikasının Qida X1-X4 31 iyul 2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh qismində cəlb edilmiş olan Cavabdeh MMC-nin fəaliyyəti məhz həmin qurum tərəfindən nəzarətə götürülmüşdür. Məhkəmənin qənaətinə görə müəssisənin fəaliyyəti səlahiyyətli qurum tərəfindən nəzarətə götürldüyü halda baş vermiş qanun pozuntusuna görə iddiaçı səlahiyyətli quruma müraciət edə biləcəyi və iddia edilən pozuntuların sübuta yetirildiyi halda həmin müəssisə barəsində qurumun tədbir görə biləcəyi halda iddiaçı bilavasitə mülki məhkəmə icraatı qaydasında işlərə baxan məhkəməyə müraciət etməklə, mübahisənin aidiyyət qaydalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Qida X1-X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5332/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5332/2024
01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver