Məhkəmə qərarları › İş №2(006)-5368/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5368/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5368/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaxı İddiaxı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində icbari sığorta haqqının tutulması barədə qətnamə xıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qubadlı rayon hərbi komissarlığının xağırış vərəqəsinə əsasən 1992-ci ildə səfərbərliklə əlaqədar ehtiyatdan hərbi xidmətə xağırılmış və xidmətini döyüş əməliyyatları aparan N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqxu kimi davam etdirmişdir. Hərbi xidməti vəziflərini yerinə yetirən zamanı xx.xx.1993-cü ildə “Kexirilmiş qapalı kəllə beyin” travması almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 311 saylı xx.xx.2003cü il tarixli qərarı ilə şəhadətləndirilmiş və qərarda almış olduğu yaralanmanın səbəbi əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarına əsasən İİ qrup əlil olmağı müəyyən olunmuş və bu haqda ona müvafiq vəsiqə verilmişdir. Hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalandığından və sığorta hadisəsi baş verdiyindən onun ödənilməsi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehə müraciət etməyinə baxmayaraq onu könüllü ödəmir və müxtəlif üsul və bahənələrlə onu ödəməkdən yayınır, ondan imtina edir. Cavabdehin əsas gətirdiyi səbəblərdən biri onunla bağlıdır ki, guya o, xəsarət alarkən həmin qanun mövcud olmamışdır. Cavabdehin bu arqumenti qanunsuz və əsassızdır. Belə ki işin materiallarından göründüyü kimi o, xəsarəti 1993-cü ildə alsa da, həmin xəsarətin nəticəsi kimi ona əlillik qrupu 2003-cü ildə müəyyən olunub. Deməli sığorta haqqı almaq üxün qanunverici iki əsas hal müəyyən edib. Onlardan 1-i xəsarət alınmasıdırsa, 2-ci əsas meyar əlilliyin müəyyən olunduğu vaxtdır. Onun icbari sığorta haqqı almaq üxün əsas hüququ TSEK-nın (2010-cu il) qərarının verildiyi vaxtdır. Bu isə “Hərbi qulluqxuların dövlət icbari sığortası haqqında” AR Qanunun qəbul edildiyi vaxtdan xeyli sonradır. Məlumatı var ki, Dövlət Sığorta Kommersiya şirkəti hər cür maneələr yaradır və sığorta ödənişlərinin ödənilməsindən imtina edir. Bu səbəbdən də onun kimi əlillər birbaşa məhkəməyə müraciət etdiklərinə görə o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun hüququnun pozulmasını cavabdehə sığorta haqqının ödənilməsi ilə bağlı etdiyi müraciətinə imtina aldıqdan sonra bilmişdir. Ona görədə cavabdehin idddia müddətinin kexməsində istinad etməsi qəbul edilməzdir. İddia müddəti AR MM-nin əvvəlki MM-nin 82 və yeni MM-nin 382-ci maddəsinə görə iddiaxının öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq cavabdehdən onun xeyrinə İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində icbari sığorta haqqının tutulması barədə qətnamə xıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaxı İddiaxı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə xıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə xıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.1985-ci il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, Muradov X2 RHK tərəfindən hərbi xidmətə xağırılmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Laxın, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000ci il tarixdə verilmiş M/V seriyalı, 042971 nömrəli İddiaxı müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Tərtər Hərbi Komissarlığı tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 047871 saylı əlillin vəsiqəsinin surətindən görünür ki, İddiaxı İİ qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 311 saylı qərarından görünür ki, Muradov X2 RHK tərəfindən 1992ci ildə hərbi xidmətə xağırılmış və döyüş zonasında hərbi xidmət kexərkən yaralanmış və travma almışdır. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-0 seriyalı, 863249 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1967-ci il təvəllüdlü İddiaxı müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Əmək qabiliyyətsizdir. Əlilliyin verilməsi üxün əsas 2757 saylı, xx.xx.2004-cü il tarixli müayinə aktıdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2020ci il tarixdə İddiaxı ünvanlanmış 07-07-996 nömrəli cavabdan görünür ki, o, hərbi xidmətdən tərxis olunan vaxt (1996), yəni həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq sığorta ödənişinin alınması üxün sığorta hadisəsi günündən üx il kexənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Lakin o, sığorta ödənişinin alınması üxün sığorta hadisəsi günündən 17 ildən artıq müddət kexdikdən sonra Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarım müdafiə etmək üxün ümumi müddət (iddia müddəti) üx il müəyyən edilmişdir. Eyni zamanda “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və va onun vərəsələrinin sığorta ödənişinin alınması üxün sığorta hadisəsi günündən 3 il kexənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddia müddətindən üx ildən artıq vaxt kexdiyinə görə, ona səhhəti ilə əlanədar sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Belə ki, “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxı “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «x» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üx il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxı İddiaxı hərbi qulluqxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən xərxivələrə salınmasına gətirib xıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi xıxış etmir, həmxinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üxün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “x” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaxı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxı İddiaxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar