Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5380/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər 01 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik işinin qanunsuz hesab edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mənzilə 2/1 pay hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər 01 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik işinin qanunsuz hesab edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mənzilə 2/1 pay hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzili mərhum anası X1 mülkiyyətində olmuşdur. 14.01.2016-cı il tarixdə anası X3 vəfat etmişdir. Anasının vəfatından sonra ondan miras qalan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzilini o və mərhum qardaşı X6 ilə birikdə faktiki olaraq idarə etməklə mirası qəbul etmişlər. Anası vəfat etdikdən sonra Fəxrəddin miras qalmış mənzildə daimi yaşamaqda davam etmiş, o isə mütəmadi olaraq mənzil gedib-gəlmişdir. Fəxrəddin xəstə olduğuna görə o və ailəsi Fəxrəddinin yanında qalırdılar və ona qulluq edirdilər. Beləliklə, analarından miras qalmış əmlakı iki qardaş qəbul edərək ondan istifadə edirdilər. Məhkəmənin nəzər-diqqətinə çatdırmağı vacib hesab edir ki, miras açılan zaman mərhumə anasının onlardan başqa vərəsəsi olmamışdır. Anasının vəfatından bir il sonra qardaşı Fəxrəddini qohumu olan iş üzrə Cavabdeh2 ilə evləndirdilər. Onun razılığı ilə qardaşı həyat yoldaşını anasından miras qalmış mənzilə gətirdi. Bundan sonra da mənzildən qardaşı ilə birlikdə hər ikisi istifadə edirdilər. 16.09.2018-ci il tarixdə qardaşı X7 vəfat etdi. Qardaşı vəfat etdikdən sonra onun həyat yoldaşı, iş üzrə Cavabdeh2 mənzildən onun da istifadə etməyinə mane olmağa başlamışdır. Mübahisəni öz aralarında həll etməyə çalışsa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində buna nail ola bilməmişdir. Belə ki, cavabdeh mənzildən ona çatacaq payın dəyərini ödəyəcəyini bildirərsə də, sonradan məlum oldu ki, əslində niyyəti onu arxayın edərək aldatmaq olmuş, onun xəbəri və razılığı olmadan qeyri-qanuni yolla mənzili öz adına keçirərək, mənzil üzərində qanunsuz mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Cavabdeh Hüseynov Samirənin qanunsuz hərəkətlərinə 1 saylı Bakı Cavabdeh1 notariat ofisi yol verdiyi qanunsuzluqla bilavasitə şərait yaratmışdır. Belə ki, notariat ofisi notarit fəaliyyətini tənzimləyən bir-sıra hüquqi-normativ sənədlərin o cümlədən, 'Notariat hərəkətlərinin aparılması barədə Təlimat”-ın tələblərini kobud şəkildə pozaraq cavabdehin ərizəsi əasında qanunsuz vərəsəlik işi açmış, cavabdehə X8 və mərhum qardaşının qızı Cavabdeh3 qanunsuz olaraq vərəsəlik Hüququ haqqında Şəhadətnamə vermişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi mübahisəli mənzil mərhum anası İzzət Fətəliyevaya məxsus olduğuna, İddiaçı və mərhum qardaşı Hüseynov Fəxrəddin miras əmlaka 1/2 pay hüququ ilə qanun üzrə vərəsə olduğuna görə və digər qanun üzrə vərəsələr olmadığına görə və digər qanun üzrə vərəsələr olmadığına görə notariat ofisi ona miras əmlaka 1/2 pay hüququnu təsdiq edən şəhadətnamə verməli idi. Lakin, notariat ofisi onun qanun üzrə vərəsəlik hüququnu kobud şəkildə pozaraq, ona vərəsəlik şəhadətnaməsi verməmiş, vərəsəlik işinin açılması barədə hər-hansı məlumatı olmamış, Cavabdeh2 miras qoyan X1 qanun üzrə əsl olmadığı halda onun ərizəsi əsasında vərəsəlik işi açmış ona və körpə qızına vərəsəlik şəhadətnaməsi verməmiş, vərəsəlik işinin açılması barədə hər-hansı məlumatı olmamış, cavabdeh Hüseynov Samirə miras qoyan X2 qanun üzrə vərəsəsi olmadığı halda onun ərizəsi əsasında vərəsəlik işi açılmış ona və körpə qızına vərəsəlik haqqında şəhadətnamə vermişdir. Beləliklə, o qanun üzrə vərəsə olduğu halda, notariat ofisinin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququndan məhrum edilmişdir. Cavabdeh isə notariat ofisinin yol verdiyi qanunsuzluq nəticəsində bütün əmlaka sahiblənmiş, yəni özünün və qızının mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etmişdir. Yuxarıda göründüyü kimi 1 saylı Bakı Cavabdeh1 notariat ofisinin yuxarıda qeyd edilən qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikasının Komissiyasında qeyd edilən qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, rədd edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 11.10.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 14.01.2016-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.01.2016-cı il tarixdə, 20 № ilə qeyd edilmişdir. Ölümünün səbəbi miokardın kəskin işemik distrofiyasıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi və pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(006)-997/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xüdmət” mərkəzi Qeydiyyat şöbəsinin 25.09.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16.09.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.09.2018ci il tarixdə, 25 № ilə qeyd edilmişdir. Ölümünün səbəbi “Bronxların və ağciyərin bədxassəli yenitörəməsi”. İş materiallarında olan Bakı şəhəri 1 saylı ASAN xidmətin Dövlət Notariat ofisinin 2V-236;237 saylı notariat işindən görünür ki, Cavabdeh2 19 mart 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən Cavabdeh2 16.09.2018-ci il tarixdə ölmüş X4 miras əmləkdan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzilin ½ hissədə payı almalıdır. İş materiallarında olan 19 mart 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən gərünür ki, Cavabdeh3 Fəhrəddin qızı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzilin ½ hissədə payı almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının vəfat etmiş qardaşı X5 həyat yoldaşıdır. İddiaçı və F.Hüseynov 19.12.2017-ci il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından Cavabdeh3 Fəhrəddin qızı adlı övladları anadan olmuşdur. F.Hüseynovun 16.09.2018-ci il tarıxdə vəfatı ilə əlaqədar onun anasının vəfatından sonra mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzilinə miras açılmışdır. Miras açılan vaxt F.Hüseynovun vərəsələri-həyat yoldaşı Cavabdeh2 və qızı Cavabdeh3 Fəhrəddin qızı mirası faktiki olaraq qəbul etmiş, həmin mənzildə yaşamaqda davam etmişlər. Notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 Fəhrəddin qızına 19.03.2019-cu il tarixdə qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçı anasından qalan miras əmlakın, yəni Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, 23 saylı evin 30-cu mənzilinə dair “çıxarışın etibarsız hesab edilməsi və pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı tərəfindən miras əmlakın vərəsə kimi qəbul edilməsi faktı öz təsdiqini tapmadığı üçün iddia ərizəsi rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı cavabdehlər 01 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik işinin qanunsuz hesab edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mənzilə 2/1 pay hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər 01 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik işinin qanunsuz hesab edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mənzilə 2/1 pay hüququnun itirilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər 01 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik işinin qanunsuz hesab edilməsi və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mənzilə 2/1 pay hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5380/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5380/2021
23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver