Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4352/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin olunmuş, həmin qət namədən İddiaçı verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)4823/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-689/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin, dövlət qeydiyyatının, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilə mülkiyyə t hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli 2V-749 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 13, 28 saylı mənzilə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apelyasiya şikayətini müddətin bitməsinə 2 gün qalmış xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən poçt orqanlarına təhvil verilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli poçt qəbzi var. Şikayət poçt vasitəsi ilə daxil olduğundan Apelyasiya Məhkəməsi həmin şikayətin poçt orqanına nə vaxt təhvil verilməsini yoxlamalı idi. Prosessual məsələlər: İddiaçının vəkili X1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya Məhkəməsi şikayəti ona görə qeyri-mümkün hesab etmişdir ki, Vəsidə İsmayılovaya poçt vasitəsilə göndərilmiş qətnamə xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinin kötüyünə imza etdirilməklə ona çatdırılmış (bu xüsusatı o özü də apellyasiya şikayətində təsdiq etmişdir), qətnamədən apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Qətnamə iddiaçıya xx.xx.2020-ci il tarixdə verildiyindən şikayət vermə müddətinin sonuncu günü xx.xx.2020-ci il tarix i olmuş, lakin şikayət xx.xx.2020-ci il tarixində verilmişdir. Ona görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, apelyant şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət vermədiyindən apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən apellyasiya qəbul olunmamış hesab edilməlidir. Məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır. Ona görə ki, həmin məhkəmə apelyasiya şikayətinin məhkəməyə poçt vasitəsi ilə göndərilməsinə diqqət yetirmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3. maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Poçt vasitəsi ilə məhkəməyə daxil olan şikayətin üzərində poçta dair rekvizitlərin olmaması, yəni həmin sənədlərin poçt vasitəsi ilə daxil olmasına dair sənədlərin (poçt möhürü ilə möhürlənmiş zərfin) olmaması şikayətçinin günahı deyil. Şikayətçi apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir (bu böarədə Azərpoçt MMC-nin qəbzi var). Poçt daşıması ilə bağlı zəruri sənədlərin mülki işə tikilmiş apelyasiya şikayətində olmaması şikayətçinin günahından baş vermədiyi üçün həmin hal onun ziyanına həll edilə bilməz. Poçt haqqında Azərbay can Respublikası Qanunun 9.1. maddəsinə əsasən poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirməlidir. İddiaçı tərəfindən göndərilən apellyasiya şikayətinin göndərildiyi zərfin mülki işdə olmaması poçt xidmətinin səhvi hesab oluna bilməz. Çünki apellysiya şikayətinin mülki işdə olması bu halı istisna edir. Həmin zərfin şikayətin məhkəməyə daxil olduqdan sonra yoxa çıxması ehtimalı daha böyükdür. Belə səhvlərə görə iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: İddiaçı kassa siya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apelyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4352/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4352/2020
08.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver