Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-543/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7nin ləğv edilməsi, Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 949,4 manat gecikdirilmiş əsas, 92,21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 409,1 manat dəbbə pulu, 1175 manat dəymiş zərər olmaqla, cəmi 2625,71 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7nə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014ci il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA543858 ban, 0346 mühərrik nömrəli, ağ rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə X3, X4 və İddiaçı ASC arasında AL-1547(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X4 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 12 % hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 442,30 manat, ümumilikdə isə 19461 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə X4, X2 və İddiaçı ASC arasında AL-1547(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X2, X6 və İddiaçı ASC arasında AL-1547 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X6, X10 və İddiaçı ASC arasında UNİ-1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X10, Cavabdeh və İddiaçı ASC arasında UNİ-1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 1175 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 300 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 949,4 manat gecikdirilmiş əsas, 92,21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 409,1 manat dəbbə pulu, cəmi 1450,71 manat borcu yaranmışdır. X7 və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə baxışı zamanı İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Lizinq obyekti lizinq şirkətinə qaytarılmışdır və qaytarılan zaman qüsurlu olmuşdur. Servis Mərkəzi tərəfindən qüsur aktı tərtib olunaraq müəyyən edilmişdir ki, avtomobilə 1175 manat məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7ndən görünür ki, İddiaçı ASC mülkiyyətindıə olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA543858 ban, 0346 mühərrik nömrəli, ağ rəngli avtomobil 48 ay müddətinə X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə X3, X4 və İddiaçı ASC arasında AL-1547(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X4 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 12% hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 442,30 manat, ümumilikdə isə 19461 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə X4, X2 və İddiaçı ASC arasında AL-1547(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X2, X6 və İddiaçı ASC arasında AL-1547 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X6, X10 və İddiaçı ASC arasında UNİ-1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixdə X10, Cavabdeh və İddiaçı ASC arasında UNİ-1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli 788 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə xx.xx.2019-cu il tarixə 949,4 manat gecikdirilmiş əsas, 92,21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 409,1 manat dəbbə pulu, cəmi 1450,71 manat borcu yaranmışdır. Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7nə əsasən İddiaçı ASC-nin mülkiyyətindən olan lizinq obyekti sayılan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə illik 12% hesablanmaqla lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 16.000 manat təşkil edir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli 788 nömrəli arayışına əsasən xx xxxx 2017-ci il tarixli AL-1547 saylı “X7” üzrə xx.xx.2019-cu il tarixə 949,4 manat gecikdirilmiş əsas, 92,21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 409,1 manat dəbbə pulu, cəmi 1450,71 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, X10 “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. Mülki işin materiallarında olan qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA543858 ban, 0346 mühərrik nömrəli, ağ rəngli avtomobilə servis mərkəzində ilkin texniki baxış keçirilən zaman ehtiyat hissələrinin dəyişdirilməsinə görə 715 manat, təmir-bərpa xərcinə görə 460 manat, cəmi 1175 manat xərc çəkilməsi qeyd edilmiş, lakin həmin aktın hansı tarixdə tərtib edilməsi göstərilməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7nə əsasən İddiaçı ASC-nin mülkiyyətindən olan lizinq obyekti sayılan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə illik 12% hesablanmaqla lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 16.000 manat təşkil edir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində onun İddiaçı ASC-yə borcu yaranmışdır. Bununla da, İddiaçı ASC-nin müqaviləni ləğv etmək və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında bağlanmış X7 15.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq alana hər-hansı bir zərərin əvəzini ödəmədən lizinq müqaviləsini vaxtından əvvələ ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh qismən etirafedici izahatı əsasında “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun istifadəsində olduğu zaman zərər dəyməsi və həmin zərərin 200 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən iddiaçının pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, lizinq müqaviləsi ləğv edilməli və borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia edilən hesablanmış 409,1 manat dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 90 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə araşdırmaları zamanı “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA543858 ban, 0346 mühərrik nömrəli, ağ rəngli avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4270/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizaların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5413 saylı xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1074,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, lizinq obyekti hazırda İddiaçı ASC-yə qaytarılmışdır. İddiaçı ASC tərəfindən 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1175 manat pulun ödənilməsi tələb edilmiş, lakin ekspert rəyi ilə avtomobilə 1074 manat zərərin dəyməsi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq belə hesab edir ki, avtomobilə dəymiş zərərə görə görə Cavabdeh 1074 manat pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7 ləğv edilməli, 949,4 manat əsas, 92,21 manat gecikdirilmiş mükafat, 90 manat dəbbə pulu, 1.074 manat dəymiş zərər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, cəmi 2.235,61 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1547 saylı X7 ləğv edilsin. Cavabdeh 949,4 manat əsas, 92,21 manat gecikdirilmiş mükafat, 90 manat dəbbə pulu, 1.074 manat dəymiş zərər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, cəmi 2.235,61 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-543/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-543/2021
03.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver