Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5437/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi baradə” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etməlidir, müraciətinə rəsmi şəkildə imtina cavabı verildikdən sonra məhkəməyə iddia ərizəsi təqdim edilməli olduğu halda bu qaydaya iddiaçı tərəfindən hazırda əməl olunmamışdır. Məhkəmə hesab edir ki, yaranmış mübahisəyə hazırki mərhələdə məhkəmə qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina edilməlidir. Hesab edirəm ki, iddiaçının hazırki iddia ərizəsindəki tələbinə hazırki məqamda ümumi rayon (şəhər) məhkəməsində, yəni Nəsimi rayon məhkəməsində baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi baradə” iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı ilk Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilməsi hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5437/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5437/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver